Icma.az
close
up
RU
Yaralı əsgərin harayına tələsərkən şəhid olan həkim

Yaralı əsgərin harayına tələsərkən şəhid olan həkim

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Şəhid Mirlətif Ağayevin bacısı: Deyib ki, döyüşlərdə əsgərlər ən çox qan itkisindən həyatlarını itirirlər, mən orada lazımam...

Bakı, 25 oktyabr, AZƏRTAC

Ailənin sonbeşiyi idi, ona babasının adını qoymuşdular. Böyüdükcə də hamı ona böyük - ata, baba kimi baxırdı. Uşaq kimi sevimli, qardaş kimi əziz, həm də ata kimi istəkli, baba kimi ağsaqqal idi. Lap erkən yaşlarından hamı ondan məsləhət alırdı. O, bunu təkcə adı ilə deyil, ağlı, dərrakəsi, düşüncəsi ilə qazanmışdı.

Mirlətif Cəlilabadın Göytəpə qəsəbəsində yaşayan Ağayevlər ailəsinin sonbeşiyi, ən əziz övladı idi. Qardaşları Ülvi və Nişan, bacıları Sevinc və Ülviyyə onu hədsiz dərəcədə çox istəyirdilər.

Bacısı Sevinc AZƏRTAC-ın müxbirinə qardaşının peşə seçimindən danışarkən deyib: “Atam xərçəng xəstəsi idi. Mirlətif əlini divara çırparaq ağlayırdı ki, mən niyə atama kömək edə bilmirəm? Atam onun idealı olmuşdu, elə həkimliyi də onun məsləhəti ilə seçmişdi. Qardaşım həkim olandan sonra atam dedi ki, bir yandan bağlayan Allah bir yandan açır. Mənə belə sağalmaz xəstəliyə tuş olsam da, şükür edirəm ki, oğlum həkim oldu”.

Mirlətif Azərbaycan Tibb Universitetinin Stomatologiya fakültəsini bitirəndən sonra Müdafiə Nazirliyinin Təlim-Tədris Mərkəzində kurs keçib, imtahan verib. Naxçıvana hərbi xidmətə leytenant kimi yollanıb.

Qayıdandan sonra Bakının Masazır qəsəbəsində özünə diş klinikası açıb. Arzusu xaricdə təhsil alıb, klinikanın şəbəkələrini yaratmaq idi. Təəssüf ki, xaricdə aldığı təhsilin diplomunu da sağlığında əldə etmək ona qismət olmadı. Onu sonradan dostları alıb gətiriblər.

Mirlətif 2019-cu ildə açdığı klinkaya lisenziya alıb. 2020-ci ildə isə könüllü olaraq Vətən müharibəsinə yola düşüb.

Hospitalda qalmayıb, ön mövqedə olmağı seçib

“Getməyə bilərdi, gedib hospitalda da işləyə bilərdi. Amma hospital onun üçün arxa idi, Mirlətif arxada olmağa öyrəşməmişdi. O, həmişə öndə olmağa adət etmişdi. Öndə olmağa vərdiş etdiyindən Qarabağa gedənlərin də birincisi oldu. Ona təklif olunub ki, qal, sən hospitalda lazımsan. Deyib ki, döyüşlərdə əsgərlər ən çox qan itkisindən həyatlarını itirirlər, mən orada lazımam. Onun xarakteri belə idi. Hətta “Sən hərbi həkim deyilsən, getmə”, - deyənlər də olub. Cavab verib ki, hərbi həkimin anası ana deyil?”, - deyə bacısı Sevinc söhbət açır.

Anası Təyibə xanım onun son dərəcə səliqəli, təmizliyi sevən və anasına çox bağlı olduğunu deyir: “Həyatda nə gözəllik var idisə, hamısı onda idi. Evdən çıxanda boynumu qucaqlayar, dəfələrlə üz-gözümdən öpürdü. İşdən gələndə hökmən başını dizimə qoyub uzanardı. O qədər səliqə-sahmanlı, təmizliyi sevən idi ki, geydiyi corabı gündə iki dəfə dəyişirdi. Cəbhəyə yola düşəndə ona dəsmal, köynək qoymaq yadımdan çıxmışdı. Zəng etdim ki, gəl, sənə mayka, köynək qoyum. Gəldi, dedi ki, ana, sən çox narahat olma, onsuz da çox qalmayacağam. Öpüşüb görüşdük, qapının kandarından bir də qayıdıb, məni qucaqladı. Dedi ki, qəti darıxma, harada olsam, sənə cavab verəcəyəm, nə vaxt istəsən, zəng elə”.

Tez-tez zəng edib danışırmış. Hamını da arxayın edirmiş ki, heç nədən nigaran qalmayın. Az qalıb, lap tezliklə görüşəcəyik. Oktyabrın 25-də də zəng edib, bütün ailə üzvləri ilə danışıb. Bir də deyib ki, əgər mənə zəng çatmasa, narahat olmayın.

Oktyabrın 27-də Mirlətifin də ailə üzvləri Şuşadan xəbər gözləyirmiş. Hətta telefonla danışanda deyib ki, gedirik bacımın yoldaşıgildə çay içməyə. Onun bacısının yoldaşı Şuşadandır. O, evdəkilərə üz tutduqları istiqaməti bu yolla anladıb.

Göy otların üzərindəki qan izi

Döyüşlərin qızğın vaxtı idi. Mirlətif yaralıları atəş altından çıxarır, onlara ilkin tibbi yardım göstərir, təkrar özünü yenə odun-alovun içərisinə atır. Onun yaralı vəziyyətdə olan əsgərə yardım göstərmək üçün getmək istədiyi yeri düşmənlər bir dəfə vurublar. Ona deyiblər ki, həmin yerə bir də atacaqlar, getmə. Deyib, axı, yaralı çağırır, necə getməyim, tez onu götürüb, atəş altından çıxaracağam. Hərbi həkimlər bilirlər ki, düşmən vurduğu yerə bir də təkrar zərbə endirir ki, həmin mövqedə yaralıya yardım göstərənlər də məhv olsun. Mülki həkim bunu bilməyə bilər, çünki həmin taktikaları onlara yox, hərbi həkimlərə keçirlər. Əlbəttə, Mirlətif bunları bilməmiş deyildi, müharibə ona təcrübə qazandırmışdı. Amma imdad diləyən yaralını köməksiz qoymaq da onun xarakterinə yad idi. O, heç vaxt döyüşçünü köməksiz qoya bilməzdi, onun ürəyi buna dözməzdi. Güclü atəşdən sonra ağır yara alan əsgərin fəryadına dözmür və onun harayına yetişməyə tələsir. Mirlətifin yaralıya yetişməsi ilə həmin nöqtəyə atılan minomyotun partlaması bir olur. Atəş nəticəsində özü qanın içində göy otların arasında qalır…

Mirlətifin son günlərində onunla cəbhə yoldaşı olmuş bölük komandiri, ehtiyatda olan baş leytenant Fərzalı Pəsərək həkimin şəhidliyə ucaldığı hadisəni xatırlayaraq deyib: “Bizim onunla tanışlığımız hadisədən iki gün əvvəl baş vermişdi. Təxminən bir gecə, iki gün bir yerdə olmuşuq. Qubadlının Yazı düzünün sağ cinahında xüsusi təyinatlıların düşməndən azad etdiyi mövqedə idik. Həmin gün Mirlətif tabor komandiri ilə birlikdə dərədən qalxandan sonra təxminən 500 metrlik məsafədə yerləşən bizim döyüş mövqeyimizə gəldi. Oktyabrın 25-də düşmən hərbçiləri tank əleyhinə raketlə bizim qoruduğumuz mövqeni hədəfə aldılar. Qəhrəman polkovnik Vüqar Ağayev və onunla birlikdə taborun həkimi Mirlətif Ağayev atəşə tuş gəldi. Atəş nəticəsində mən də yaralanaraq huşumu itirmişəm, məndən dörd metr aralıda isə o, şəhidliyə ucalıb”.

Sevinc göz yaşı içərisində həmin günlərə qayıdır: “Düz on gün hər yerdə ondan soraq tutmağa çalışdıq, lakin heç yerdə tapa bilmədik. Nə yaralı siyahısında var idi, nə də şəhid. Cəsədlərin arasında axtarırdıq, tapmayanda sevinirdik. Amma ürəyimizə hər şey gəlirdi. Elə həmin günlərdə Mirlətifin nişanlısı zəng vurdu ki, bir döyüş yoldaşı şəklini statusa qoyub və yazıb ki, uca məqama yüksəldi”.

Qoşa məzar

Bunu da Sevinc xanım deyir: “Həmişə deyirdi ki, atama qovuşacağım gün xoşbəxt olacağam. Elə deyəndə acıqlanırdım. Deyirdi, hələ indi demirəm ki, onsuz da nə vaxtsa hamımız ona qovuşacağıq. Noyabrın 7-də onu tapdıq, noyabrın 8-də Şuşa azad oldu, sonra da müharibə qurtardı. O, əməlləri ilə cənnəti qazanmışdı, şəhadəti ilə də haqqın dərgahına qovuşdu. Məzarı atamın kənddəki son mənzili ilə üz-üzədir. Onları bir-birindən ayırmaq olmazdı, məzarları da qoşa oldu”.

Qeyd edək ki, Mirlətif Mirislam oğlu Ağayev 1990-cı il noyabrın 20-də Cəlilabad rayonunda anadan olub. Göytəpə qəsəbəsindəki 1 nömrəli tam orta məktəbi bitirib. 2008-ci ildə Azərbaycan Tibb Universitetinə daxil olub, 2013-cü ildə ali təhsilini başa vurduqdan sonra hərbi xidmətə yollanıb. O, ordu sıralarında zabit kimi xidmət edərək, 2015-ci ildə ehtiyata buraxılıb.

Vətən müharibəsi zamanı Cəbrayılın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə yaralanan hərbçilərə yerindəcə yardım edib. Çoxlu yaralı əsgəri və şəhidi döyüş meydanından çıxarıb. Oktyabrın 26-da Qubadlının azad edilməsi uğrunda gedən döyüşlər zamanı şəhid olub.

“Vətən uğrunda”, “Cəbrayılın azad olunması uğrunda”, “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib.

Şəhid olanda 26 yaşı var idi, nişanlı idi.

Sinəsi arzularla, qəlbi həyat eşqi ilə dolu idi…

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:160
embedMənbə:https://azertag.az
archiveBu xəbər 25 Oktyabr 2025 16:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see488

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see245

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see232

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see228

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see222

Soyuqdəymənin dərmansız müalicəsi üçün təbii üsullar

09 Oktyabr 2026 12:11see214

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see203

Kollec diplom verir: İş yox

09 Oktyabr 2026 18:04see196

Həkimlərə əməliyyata görə 80 manat ödənilməsinə qurumdan rəsmi cavab

09 Oktyabr 2026 19:18see189

Xəzərdə təhlükə böyüyür: Bakı dünyanı hərəkətə keçməyə çağırır

09 Oktyabr 2026 18:19see187

Azər Səmədov BU NAZİRLİKDƏ yüksək vəzifəyə təyin olundu

09 Oktyabr 2026 14:45see186

Nazir Roza Zərgərlini qəbul etdi

09 Oktyabr 2026 16:08see183

Pensiyaçılara üç aydan bir əlavə 30 manat ödənilir? RƏSMİ AÇIQLAMA

09 Oktyabr 2026 18:31see182

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see178

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see178

Azərbaycanda bu valyutalar bahalaşdı Rəsmi

09 Oktyabr 2026 09:13see178

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see174

Sudan istifadə edənlərin nəzərinə Bu ünvanlarda...

09 Oktyabr 2026 20:08see174

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see166

Yumurta çörək yeməklə 100 min dollar yığdı

09 Oktyabr 2026 19:52see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri