Naxçıvanda 7 yaş qrupu üzrə Azərbaycan çempionatına start verilib FOTOLAR
Icma.az, Sia Az saytına istinadən bildirir.
AFFA və Naxçıvan Futbol Federasiyasının (NFF) birgə təşkilatçılığı ilə 7 yaş qrupu üzrə Azərbaycan çempionatının Naxçıvan regionu üzrə oyunlarına start verilib. SİA xəbər verir ki, bu barədə NFF-nin mətbuat xidməti məlumat yayıb.
Əvvəlcə açılış mərasimi keçirilib. Naxçıvan şəhər stadionunda təşkil olunan tədbirdə federasiyanın vitse-prezidenti Elşən Abasov liqalarda iştirak edən futbolçulara uğurlar arzulayıb, bu cür yarışların bölgədə futbolun kütləviliyinin artırılmasına, perspektivli gənclərin üzə çıxarılmasına və gələcəkdə futbolumuza qazandırılması baxımından fayda verəcəyinə yardım edəcəyini bildirib.
Topa ilk toxunuşu futbol veteranları Arif Xudiyev və İlham Məmmədov ediblər.
Daha sonra U-16 Liqası çərçivəsində “Şərur Arpaçay” və “Araz-Naxçıvan” komandaları qarşılaşıb. Matç Şərur komandasının 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Aprelin 20-də başa çatacaq U-10, U-11, U-12, U-13, U-14, U-15 və U-16 liqalarında ümumilikdə 42 komandadan 650-yə yaxın futbolcu iştirak edir.
Oyunlar 5 stadionda - Naxçıvan şəhər stadionu, Uzunoba təlim-məşq bazası, Sədərək, Ordubad stadionları və Şərur Olimpiya Kompleksində təşkil olunur.
U-13, U-14, U-15 və U-16 liqalarının qalibləri Bakıda təşkil olunacaq Azərbaycan birinciliyinin pley-off mərhələsində mübarizəni davam etdirəcəklər. Matçları muxtar respublikadan olan hakimlər idarə edirlər.
Qeyd edək ki, iştirakçı komandaların hamısı NFF tərəfindən oyun formaları, inventarlar və məşq meydançaları ilə təmin olunub, futbolçuların qeydiyyatı aparılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 03 Aprel 2025 11:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















