Icma.az
close
up
RU
Naxçıvanda Ali Məclis ləğv ediləcək “Olmayan məclislərin “ali”si də ola bilməz”

Naxçıvanda Ali Məclis ləğv ediləcək “Olmayan məclislərin “ali”si də ola bilməz”

Hurriyyet saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Konstitusiya islahatları” deyəndə, dərhal proporsional seçki sisteminin bərpasını ağla gətirilməsi müəyyən qədər bəsit yanaşmadır. Çünki daha vacib məqamlar var”.

Hurriyyet.az xəbər verir ki, bunu “Yeni Sabah”a Milli Məclis üzvü Elçin Mirzəbəyli deyib.

O qeyd edib ki, Konstitusiya islahatlarının zəruriliyi ilə bağlı artıq bir neçə ildir ki, əsasən, media resurslarında və siyasi partiyalarda müzakirələr aparılır:

“Əsas Qanuna tez-tez əlavə və dəyişikliklər edilməsinin zəruri olduğunu düşünmürəm. Çünki bu halda bir sıra hüquqi-normativ akta da yenidən baxmaq zərurəti yaranır. Həm də “konstitusiya islahatları” deyəndə, dərhal proporsional seçki sisteminin bərpasının ağla gətirilməsi müəyyən qədər bəsit yanaşmadır. Çünki daha vacib məqamlar var. 

Məsələn, Naxçıvan Muxtar Respublikası ilə bağlı. Naxçıvan Ali Məclisinin adındakı “ali” sözü həmin orqanın real hüquqi statusundan yüksəkdir və muxtar respublikanın parlamenti, sadəcə “Məclis” adlandırılmalıdır. 

İndi Naxçıvanda nə xalq deputatları sovetləri var, nə də yerli məclislər. Əgər yerlərdə məclislər yoxdursa, təbii ki, olmayan məclislərin “ali”si də ola bilməz.

Digər tərəfdən, Azərbaycanda ali qanunvericilik orqanı “Milli Məclis” adlanır. Belə olduğu təqdirdə, Azərbaycanın inzibati ərazi subyektlərindən birinin qanunverici orqanı “Ali Məclis” adlana bilməz. Çünki “Ali” daha yüksək deməkdir

Bundan başqa, Azərbaycanda prezident üsul-idarəsinin mövcud olmasına baxmayaraq, Naxçıvan MR-in ali vəzifəli şəxsi Naxçıvan Ali Məclisinin sədri hesab olunur. Bu, tamamilə dövlət quruluşumuzun və dövlət idarəçilik sistemimizin hüquqi fəlsəfəsinə zidd olan bir reallıqdır. Digər tərəfdən, bəlli olduğu kimi, Azərbaycan unitar respublikadır və unitar dövlətlərin tərkibində muxtar subyektlərin olmasına nadir hallarda olsa da rast gəlinir. Müasir dövrdə unitar dövlət quruluşu, dövlətin ərazi bölgüsü formasından daha çox vahid siyasi hakimiyyət anlayışı ilə ifadə olunur. Yəni unitar dövlətdə inzibati ərazi subyektləri müstəqil siyasət yürütmək hüququna malik olmurlar”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:160
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 27 Yanvar 2025 10:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see234

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see224

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see205

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see193

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see192

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see192

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see175

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see167

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see160

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see160

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see154

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see152

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see148

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see147

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see147

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see146

Güclü külək, qar, yollar buz bağlayacaq Həftənin ilk iş gününün HAVASI

25 Yanvar 2026 12:44see146

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see145

Sahibə Qafarova Əli bin Saleh Al Salehlə görüşüb YENİLƏNİB

25 Yanvar 2026 20:10see136

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri