Ali Məclis sədri seçilmək üçün 5 il Naxçıvanda yaşama tələbi OLMAYACAQ
Icma.az, Modern.az portalına istinadən məlumat verir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrinin seçilməsinə dair tələblər dəyişir.
Modern.az xəbər verir ki, məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə olunan “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında” qanun layihəsində öz əksini tapıb.
Mövcud qanunvericiliyə görə, Naxçıvan MR-in ərazisində beş ildən az olmayaraq daimi yaşayan, başqa dövlətlər qarşısında öhdəliyi olmayan, ali təhsilli, ikili vətəndaşlığı olmayan Naxçıvan MR Ali Məclisinin hər bir deputatı Naxçıvan MR Ali Məclisinin sədri seçilə bilər.
Təklif edilən dəyişikliyə əsasən, Naxçıvan MR Ali Məclisinin ali təhsilli hər bir deputatı Naxçıvan MR Ali Məclisinin sədri seçilə biləcək.
Qanun layihəsi səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:119
Bu xəbər 08 İyul 2025 11:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















