Naxçıvanda bu ərazilərdə işıq olmayacaq KONKRET
Icma.az, Konkret.az saytına istinadən bildirir.
Avqustun 21-də 110/35/10 kV-luq “Koroğlu” yarımstansiyasında “AzərEnerji” ASC-nin Naxçıvan Enerji MMC tərəfindən aparılan yenidənqurma işləri ilə əlaqədar elektrik enerjisinin verilişi müvəqqəti dayandırılacaq.
KONKRET.az xəbər verir ki, “Azərişıq” ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsindən (RETSİ) verilən məlumata görə, bununla əlaqədar, sabah saat 03:30-dan 04:30-dək Naxçıvan şəhərinin Abbas Zamanov, Gəray Əsədov, Behbud ağa Şahtaxtinski, Məmməd Səid Ordubadi, 1-ci və Sabir küçələrində, həmçinin 9, 10, 11, 7A, Qoçüstü və Yeni Naxçıvan məhəllələrində elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq.
Qeyd edək ki, enerji təchizatı sisteminin etibarlılığının artırılması məqsədilə elektrik verilişi xətlərində və yarımstansiyalarda təmir-bərpa və yenidənqurma işləri mərhələli şəkildə davam etdirilir. Görülən işlər başa çatdıqdan sonra qeyd olunan ərazilərdə yaşayan abonentlərin daha keyfiyyətli, etibarlı və dayanıqlı elektrik enerjisi ilə təmin olunması nəzərdə tutulur.
Baxış sayı:179
Bu xəbər 20 Avqust 2026 17:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















