Naxçıvanda dövlət qurumlarının inormasiya təhlükəsizliyi rəhbərlərinin toplantısı keçirilir FOTO
Xalqcebhesi saytından alınan məlumata görə, Icma.az bildirir.
Naxçıvan şəhərində Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən “Dövlət qurumlarının informasiya təhlükəsizliyi rəhbərlərinin VII Zirvə Toplantısı” keçirilir.
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov və Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi general-leytenat İlqar Musayev Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzindəki abidəsini ziyarət edib.
Zirvə toplantısında çıxışlar olacaq, xüsusi rabitə, dövlət şəbəkəsinə qoşulmalar, proqram təminatlarının lisenziyalaşdırılması, antiviruslar, kiberinsident nümunəsində ölkəmizdəki hədəflər, effektiv mübarizə üçün nələr edilməlidir, yeni tendensiyalar, təhlükələr, dövlət qurumlarının qarşılaşdığı problemlər, təkliflər, onlayn sorğu və digər məsələlərlə bağlı açıq müzakirələr aparılacaq.
Qeyd edək ki, zirvə toplantısı dövlət qurumlarının informasiya təhlükəsizliyi üzrə dövlət qurumlarının rəhbər heyəti arasında sahə üzrə problemləri müzakirə etməklə yanaşı, yeni imkanları və ideyaları bölüşmək məqsədilə təşkil olunur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 23 Dekabr 2025 10:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















