Icma.az
close
up
RU
Naxçıvanda Bahar festivalı keçirilir

Naxçıvanda Bahar festivalı keçirilir

Icma.az, Sia Az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Martın 18-də “Əcəmi Seyrəngahı” Mədəniyyət və İstirahət Kompleksində Bahar festivalı işə başlayıb.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, iştirakçılar əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin “Əcəmi Seyrəngahı”ndakı büstünü ziyarət edib, önünə gül dəstələri düzüblər. Milli geyimli Bahar qız bayram münasibətilə iştirakçılara təbriklərini çatdırıb, festivalı açıq elan edib. El ağsaqqalı Dədə Qorqud baharın gəlişi münasibətilə xeyir-dua verib, bayram tonqalını alovlandırıb.

“Şərur” Xalq Yallı Ansamblı tərəfindən milli rəqslərimizindən ibarət bədii kompozisiya təqdim olunub, Naxçıvan Dövlət Uşaq Teatrının aktyorları Novruz bayramının milli atributlarından sayılan “Kosa və Keçəl” səhnəciyini, Naxçıvan Dövlət Kukla Teatrının kollektivi isə “Saçları səməni oğlan” tamaşasını nümayiş etdirib.

Festival iştirakçıları Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Ədliyyə Nazirliyinin Penitensiar Xidməti, eləcə də istedadlı şəxslərin təşkil etdikləri müxtəlif sənətkarlıq nümunələri və əl işlərindən ibarət sərgi ilə, həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Tullantıları tinglərə dəyiş” aksiyası ilə tanış olublar.

Muxtar respublikada fəaliyyət göstərən sahibkarlıq subyektləri tərəfindən ictimai-iaşə xidməti də təşkil edilib.

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli bayram tədbirində çıxış edərək bildirib ki, xalqımızın milli dəyərləri içərisində Novruz bayramı xüsusi yer tutur. Bayramın mahiyyətini ifadə edən sülh, quruculuq və həmrəylik məfkurəsi Azərbaycan xalqının milli ruhunun, yaddaşının təzahürü, müstəqilliyimizin və dövlətçiliyimizin təntənəsidir. Novruz bayramı ölkəmizdə iqtisadi yüksəlişlə həmahəng qeyd olunur. Prezident İlham Əliyevin rəhbərliyi ilə xalqımız Novruzu sabitlik, inkişaf və rifah şəraitində qarşılayır.

Qeyd edilib ki, ölkəmizin ümumi inkişafı onun hər bir bölgəsində olduğu kimi, Naxçıvanda da sosial-iqtisadi həyatın bütün sahələrini əhatə edib. Xüsusilə də “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın ardıcıl şəkildə icrası muxtar respublikanı yeni inkişaf hədəflərinə doğru uğurla aparır. Dövlət Proqramına uyğun olaraq bu il İğdır-Naxçıvan qaz kəmərinin istifadəyə verilməsi ölkə Prezidentinin Naxçıvana növbəti diqqətinin daha bir ifadəsi olmaqla, muxtar respublikada enerji təhlükəsizliyinə ciddi töhfələr verəcək.

“2025-ci ildə Naxçıvan Muxtar Respublikasında mühüm infrastruktur tədbirləri həyata keçiriləcək. Avtomobil yolları yenidən qurulacaq, məktəb binalarının, uşaq bağçalarının inşasına başlanacaq, eləcə də tarixi abidələrdə beynəlxalq mütəxəssislər tərəfindən bərpa-konservasiya işləri həyata keçiriləcək. Hazırda muxtar respublikada avtomobil yollarının yenidən qurulması ilə bağlı ümumi dəyəri 80 milyon manatdan artıq olan satınalma müsabiqələri davam etdirilir”, - deyən səlahiyyətli nümayəndə vurğulayıb ki, il ərzində 10 milyon manatdan çox tibbi avadanlığın alınması nəzərdə tutulur. Bu il “Araz1” və “Araz-2” nasos stansiyalarının, “Bənəniyar” su anbarının sugətirici kanalının yenidən qurulması aparılacaq ki, bu da əkin sahələrinin dayanıqlı su təminatına imkan verəcək. Elektrik enerjisi təminatının yaxşılaşdırılması istiqamətində də tədbirlər görülür. Hazırda ümumi dəyəri 40 milyon manat olan elektrik verilişi xətlərinin inşası ilə bağlı satınalma müsabiqəsi davam etdirilir. Bununla yanaşı, il ərzində muxtar respublikada 3 yarımstansiyanın, 20 kənddə elektrik verilişi sisteminin, 30 meqavat gücündə Günəş elektrik stansiyasının inşası nəzərdə tutulur.

Diqqətə çatdırılıb ki, mənzil bazarında tələbatın artması Naxçıvan şəhərində yeni yaşayış komplekslərinin inşasını da zərurətə çevirib. Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən Naxçıvan şəhərində 5 hektar sahədə yaşayış kompleksinin tikintisi ilə bağlı layihələndirmə işləri aparılır. Bununla yanaşı, hazırda Naxçıvan şəhərində sahibkarlar tərəfindən 2 yeni yaşayış kompleksi inşa olunur. Bütün bunlar onu deməyə əsas verir ki, Prezident İlham Əliyevin rəhbərliyi və qətiyyətli siyasətinin nəticəsi olaraq Naxçıvan Muxtar Respublikası daha böyük inkişafa qovuşacaq.

Fuad Nəcəfli əziz bayram günündə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsini dərin hörmət və ehtiramla yad edib, şəhid ailələrini, qazilərimizi, bütün muxtar respublika əhalisini təbrik edib, sağlıq və səadət arzulayıb.

Bahar festivalı Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblının rəqs nömrələri və Xalq artisti Gülyaz Məmmədovanın ifaları ilə davam edib.

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin dəstəyi, Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi və Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən Bahar festivalı martın 23-dək davam edəcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:245
embedMənbə:https://sia.az
archiveBu xəbər 18 Mart 2025 20:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see317

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see299

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see296

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see291

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see278

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see277

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see256

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see253

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see250

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see243

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see242

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see235

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see229

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see218

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see214

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see210

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see201

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see192

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri