Icma.az
close
up
RU
Naxçıvanda əhaliyə qəsdən çirkli su verilir? “Məqsəd insanları mağazalardan su almağa məcbur etməkdir”

Naxçıvanda əhaliyə qəsdən çirkli su verilir? “Məqsəd insanları mağazalardan su almağa məcbur etməkdir”

Icma.az, Azpolitika.az portalına istinadən məlumatı açıqlayır.

Naxçıvanın dörd bir yanı təmiz su mənbələri ilə zəngin olsa da, şəhər sakinlərinin krantlarından çirkli və sağlamlıq üçün təhlükəli su axır.

“AzPolitika” xəbər verir ki, bu barədə “Gündəlik Naxçıvan” kanalına Naxçıvanda yaşayan bir qrup sakin müraciət edib.

Sakinlər iddia edirlər ki, bu, təsadüfi deyil – məqsəd insanları mağazalardan su almağa məcbur etməkdir.

İçməli su tapmayanlar ya baha qiymətə qablaşdırılmış su almalı, ya da uzaqdan su daşımalı olurlar. İnsanları susuz saxlamağın arxasında isə böyük biznesin dayandığı bildirilir.

İddialara görə, Naxçıvanda qablaşdırılmış su bazarına yüksək vəzifəli şəxslər nəzarət edir.

“Sadəcə gözlə baxmaq kifayətdir ki, suyun nə qədər çirkli olduğunu görəsən. Krantların xalisləri tez tutulur, qabda saxlayanda çöküntü əmələ gəlir, istifadə olunan əşyalar kirəc bağlayır. Mən ya mineral su, ya da Şahbuzdan gətirilən qablaşdırılmış Batabat suyunu baha qiymətə almağa məcbur oluram. Bu biznesin yuxarıda kimlərin nəzarəti altında olduğu hamıya məlumdur”, – sakinlərdən Nihad Nəbiyev belə deyir.

Onun sözlərinə görə, membran və su təmizləyici filtrlər vaxtında dəyişdirilmir, ona görə də camaata içməli su yerinə texniki su verilir: “Filtrlər alınmır, ya da vaxtında dəyişdirilmir. İçməli su normal süzülmədiyindən insan sağlamlığına ziyan vurur. Yəni, bilrəkdən, pul qazanmaq üçün bizi zəhərləyirlər”.

Sakinlər bu vəziyyətin son dövrlər yarandığını bildirirlər.

“Hamı deyir ki, Naxçıvanda təmiz su mənbələri var, amma biz içməyə su tapmırıq”,– bunu isə digər şəhər sakini Səma Orucova deyir.

O, yerli hakimiyyəti korrupsiyada günahlandırır: “Televiziyada deyirlər ki, camaata təmiz içməli su veririk. Amma, filtrlər vaxtında dəyişdirilmir, suyun təmizlənməsinə ayrılan pullar da gedir ciblərə. Bir məqsəd də öz su bizneslərini dirçəltməkdir. İçməli su tapa bilmədiyimizdən, gedib dükanlardan almalı oluruq. Bu biznesə də elə başda oturan məmurlar nəzarət edirlər”.

Şəhər sakinləri aidiyyəti qurumlara müraciət edərək, problemin tezliklə həll olunmasını tələb edirlər.

“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:83
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 13 Mart 2025 14:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see252

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see239

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see218

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see212

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see181

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see166

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see162

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see155

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see154

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see152

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see151

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see150

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see143

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see142

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see142

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see141

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see138

Belarus qapıçı Azərbaycanda rekorda imza atıb

28 Dekabr 2025 16:54see137

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see136

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri