Icma.az
close
up
RU
Naxçıvanda elmipraktik konfrans keçirilib

Naxçıvanda elmipraktik konfrans keçirilib

Sia Az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və Milli Onkologiya Mərkəzinin dəstəyi ilə “Bədxassəli şişlərin diaqnostika və müalicəsinə müasir yanaşma” mövzusunda elmi-praktik konfrans keçirilib. Nazirliyin mətbuat xidmətindən SİA-nın Naxçıvan bürosuna bildirilib ki, konfrans iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsini ziyarət edib, abidə önünə gül dəstələri qoyub, Heydər Əliyev Muzeyi ilə tanış olublar.

Konfransda Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib. Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri Samiq Sadıxov bu cür elmi tədbirlərin səhiyyə sahəsində bilik və təcrübə mübadiləsini təşviq etdiyini, xüsusilə onkologiyanın müasir yanaşmalarla inkişafına mühüm töhfə verdiyini vurğulayıb.

Konfransda onkologiya sahəsinin müxtəlif aspektlərini əhatə edən elmi çıxışlar dinlənilib. Çıxış edən həkimlər "Baş və boyun şişlərinə müasir yanaşma", "Azərbaycanda uşaq onkologiyasının inkişafı", "Sümüklərin bədxassəli törəmələrində cərrahi bərpa üsulları", "Uşaqlıq boynu xərçənginə müasir yanaşma" və digər mövzularda elmi bilik və təcrübələrini iştirakçılarla bölüşüb, auditoriyanın suallarını cavablandırıblar.

Konfrans onkologiya sahəsində beynəlxalq standartlara uyğun yeni yanaşmaların müzakirəsi və praktiki təcrübə mübadiləsi üçün vacib platforma olub. Tədbir səhiyyə sahəsində yeni əməkdaşlıq perspektivləri və inkişaf imkanları baxımından uğurla başa çatıb.

Daha sonra Milli Onkologiya Mərkəzinin həkim və mütəxəssislərindən ibarət heyət Əziz Əliyev adına Mərkəzi Uşaq Xəstəxanasının qarşısında yerləşən akademik Əziz Əliyevin büstünün önünə gül dəstələri qoyub, akademikin xatirəsini ehtiramla yad ediblər. Ardınca qonaqlar xəstəxananın tərkibində yaradılan Təcili Tibbi Yardım şöbəsinə baxış keçiriblər.

Səfər zamanı qonaqlar Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində yerləşən DƏSTƏK Mərkəzində yaradılan müasir şərait və göstərilən xidmətlərlə tanış olub, Təcili Tibbi Yardım Xidmətinin fəaliyyəti ilə yaxından maraqlanıblar. Nazir Samiq Sadıxov təcili tibbi yardım avtomobillərində quraşdırılmış GPS izləmə sistemləri, 103 Çağrı Mərkəzinin iş prinsipi və göstərilən xidmətlərin keyfiyyətini artırmaq məqsədilə həyata keçirilən yeniliklər barədə ətraflı məlumat təqdim edib.

Sonra Milli Onkologiya Mərkəzinin həkim və mütəxəssisləri Naxçıvan Muxtar Respublikası Xəstəxanasında yaradılan, şəhidlərimizin adlarını daşıyan təlim otaqlarına baş çəkib, buradakı şəraitlə tanış olublar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:174
embedMənbə:https://sia.az
archiveBu xəbər 08 Dekabr 2024 10:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see350

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see341

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see337

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see309

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see308

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see250

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see247

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see234

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see229

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see227

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see223

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see218

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see213

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see204

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see203

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see202

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see201

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see191

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see188

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri