Icma.az
close
up
RU
Naxçıvanda elmipraktiki konfrans keçirilib

Naxçıvanda elmipraktiki konfrans keçirilib

Modern.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Naxçıvan Muxtar Respublikası Mərkəzi Xəstəxanasında "Klinik laborator diaqnostikada müasir prinsiplər" adlı elmi-praktiki konfrans keçirilib.

Modern.az xəbər verir ki, tədbir Naxçıvan Respublikası Səhiyyə Nazirliyi, Referans Medical Group və Tibb Müəssisələrinin İdarəetmə Birliyinin (TMİB) birgə təşkilatçılığı ilə baş tutub.

Konfransdan öncə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyub, daha sonra Heydər Əliyev Muzeyi ziyarət edilib. Muzeydə Ulu Öndərin həyat və fəaliyyətinə həsr olunmuş eksponatlar iştirakçılar tərəfindən maraqla qarşılanıb. 

Konfransda Referans Klinik Laboratoriya Mərkəzindən dəvət olunmuş 10 mütəxəssis çıxış edib. Onlar laborator diaqnostikanın müasir prinsipləri, yeni texnologiyalar və xüsusi laborator testlər haqqında məruzələr təqdim ediblər. Məruzələr zamanı klinik laborator diaqnostikada əldə olunan son nailiyyətlər və bu nailiyyətlərin xəstəliklərin erkən aşkarlanmasında, dəqiq diaqnozun qoyulmasında oynadığı mühüm rol xüsusi vurğulanıb. 

Tədbir çərçivəsində iştirakçıların sualları cavablandırılıb və müxtəlif kliniki hallar əsasında interaktiv müzakirələr təşkil olunub. İştirakçılar təcrübələrini bölüşərək bu sahədəki yenilikləri praktik fəaliyyətlərində necə tətbiq edə biləcəkləri barədə fikir mübadiləsi aparıblar. 

Konfransda 200-ə yaxın həkim iştirak edib. Onların arasında müxtəlif ixtisas sahibləri, laborator mütəxəssislər və tibb işçiləri yer alıb. Konfransın əsas məqsədi Naxçıvanda fəaliyyət göstərən həkimləri müasir laborator diaqnostik yanaşmalar barədə məlumatlandırmaq, onların bilik və bacarıqlarını daha da təkmilləşdirmək olub. 
Tədbir təşkilatçıları bildiriblər ki, növbəti il ərzində də Naxçıvanda bu cür seminar və konfransların keçirilməsi planlaşdırılır. Belə tədbirlər həkimlərin biliklərini daim yeniləməsinə, tibbi praktikanın daha effektiv və dəqiq həyata keçirilməsinə töhfə verəcək. 

Konfrans iştirakçıları təşkilatçılara minnətdarlıqlarını bildirərək bu cür tədbirlərin davamlı təşkilinin vacibliyini vurğulayıblar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:178
embedMənbə:https://modern.az
archiveBu xəbər 17 Dekabr 2024 11:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Mənzil almazdan əvvəl bunu bilməlisiniz Hansı evlər dəyər itirə BİLƏR?

26 Sentyabr 2026 13:31see271

Tiflisdə qazıntı: türklərə aid şəhər tapıldı, dərhal bağladılar...

26 Sentyabr 2026 13:43see221

Ceyhun Bayramov Nyu Yorkda 37 ikitərəfli görüş keçirib, 17 sənəd imzalanıb

27 Sentyabr 2026 00:00see215

Kaylinin şousu diqqət çəkdi

26 Sentyabr 2026 12:09see213

Klopp Adeyemini müdafiə etdi: “Onun oyununu bəyənirəm”

27 Sentyabr 2026 01:04see210

5 yaşlı qız uşağı dişinin müalicəsindən sonra vəziyyəti pisləşərək ölüb

27 Sentyabr 2026 08:13see209

Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?

27 Sentyabr 2026 02:04see209

Kara Haydar ın maşınlarından dəstə dəstə pullar çıxdı

26 Sentyabr 2026 14:34see206

Bu nazirliyin işçilərinə süni intellekt öyrədiləcək

26 Sentyabr 2026 15:44see204

182 metr Dünyanın ən hündür abidəsi kimə həsr olunub?

26 Sentyabr 2026 14:07see204

SOCAR və Apollo upstream layihələrinə investisiya imkanlarını araşdıracaq

26 Sentyabr 2026 15:01see202

Barselona onun üçün 80 milyon avro ödəyəcək?

26 Sentyabr 2026 23:57see200

“Təzə ata olmuşdu, qucağımda şəhid oldu” VİDEO

27 Sentyabr 2026 01:31see198

İspaniya millisi rekord vurdu məğlubiyyətsizlik seriyasını 39 matça çatdırdı

27 Sentyabr 2026 01:20see197

Kristian Unteanu: Azərbaycan yeni regional enerji arxitekturasında mühüm mövqe qazanır

26 Sentyabr 2026 15:04see193

Səssiz irəliləyən xərçəng növü İlk əlamətləri bunlardır

26 Sentyabr 2026 14:14see193

Qeyri neft qaz ixracında rekord artım

26 Sentyabr 2026 16:29see191

SOCAR TotalEnergies ilə karbon emissiyalarının azaldılmasında birgə fəaliyyət göstərəcək

26 Sentyabr 2026 14:45see190

Azərbaycan ən çox investisiyanı hansı ölkələrə yatırıb?

26 Sentyabr 2026 15:30see185

İlham Əliyev Aleksandr Oşpelt ilə görüşüb FOTOLAR

26 Sentyabr 2026 16:45see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri