Icma.az
close
up
RU
Hərbi institutda elmipraktik konfrans keçirilib

Hərbi institutda elmipraktik konfrans keçirilib

Icma.az xəbər verir, Operativmedia saytına əsaslanaraq.

Heydər Əliyev adına Hərbi İnstitutda Zəfər gününün dördüncü ildönümünə həsr olunmuş “İkinci Qarabağ Müharibəsinin hərbi-siyasi dərsləri: əldə olunan uğurlar və qarşıda duran vəzifələr” mövzusunda III respublika elmi-praktik konfransı keçirilib.
Müdafiə Nazirliyindən "Operativ Media"ya verilən məlumata görə, konfransda Heydər Əliyev adına Hərbi İnstitutun zabit, professor-müəllim heyəti ilə bərabər, respublikanın 20-yə yaxın təşkilatının rəhbər və nümayəndə heyəti iştirak edib.
Konfrans iştirakçıları əvvəlcə hərbi institutun qərargahı qarşısında ucaldılan xalqımızın Ümummilli Lideri Heydər Əliyevin abidəsini və Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçularımızın xatirəsinə salınmış abidə kompleksini ziyarət edərək əklillər qoyublar.
Konfrans Ulu Öndərin və Azərbaycan Respublikasının müstəqilliyi və suverenliyi uğrunda şəhid olanların əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin ifası ilə başlanıb.
Sonra Heydər Əliyev adına Hərbi İnstitutun rektoru polkovnik Ümüdvar Quliyev konfransda giriş nitqi ilə çıxış edərək, 2020-ci il sentyabr ayının 27-də başlanan, 44 gün davam edən və Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun qələbəsi ilə başa çatan Vətən müharibəsindən danışaraq bildirib ki, Ali Baş Komandanın qətiyyəti, xalqımızın birliyi, Müzəffər Ordumuzun gücü sayəsində, şəhidlərimizin qanı-canı bahasına əldə olunmuş bu Qələbə ilə dünya azərbaycanlılarının çoxillik həsrətinə son qoyulub.
Daha sonra İkinci Qarabağ müharibəsinə həsr edilmiş film nümayiş olunub.
Konfransda çıxış edən məruzəçilər İkinci Qarabağ müharibəsində qələbəni şərtləndirən səbəblərdən, döyüşlərin aparılmasında peşəkarlıqdan, müasir döyüş taktikalarından, müharibənin beynəlxalq münasibətlər və beynəlxalq hüquq baxımından dəyərləndirilməsindən, müharibə dövründə təhlükəsizliyin təmin olunmasında xüsusi xidmət orqanlarının fəaliyyətindən və digər mövzulardan ətraflı danışıblar.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:193
embedMənbə:https://operativmedia.az
archiveBu xəbər 20 Noyabr 2024 12:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see444

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see299

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see233

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı VİDEO

04 Oktyabr 2026 19:03see217

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see215

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see211

Onlar sevgilərini elan etdilər! İlk FOTO gəldi

04 Oktyabr 2026 13:32see210

Təkcə silahla yox, imanımız və canımızla... Cəbrayılı azad edən XTQ mayoru DANIŞDI

04 Oktyabr 2026 17:06see201

Bakı bu gün öz keçmişi ilə “danışır”

04 Oktyabr 2026 15:01see190

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see188

Maks Ferstappen Malayziya Qran prisinin qalibi olub

04 Oktyabr 2026 14:54see188

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see187

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see169

Corciya ştatında atışma baş verib İki nəfər ölüb, 35 nəfər yaralanıb

04 Oktyabr 2026 22:34see168

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see167

5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür

05 Oktyabr 2026 00:22see166

Yeni mövsümü müzakirə yaratdı

05 Oktyabr 2026 01:05see165

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see163

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see160

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see158
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri