Icma.az
close
up
RU
Naxçıvanda meyvə bağlarının şaxta və digər risklərdən sığortalanmasına start verilib

Naxçıvanda meyvə bağlarının şaxta və digər risklərdən sığortalanmasına start verilib

Icma.az, Ses qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Aqrar Sığorta Fondu 2025–2026-cı illər əkin mövsümü üzrə meyvə bağlarının sığortalanma dövrünün başlandığını elan edib.

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, Azərbaycanda dövlət dəstəyi ilə tətbiq olunan sərfəli aqrar sığorta mexanizmi ümumilikdə 41 növ bitki və bitki məhsulunu əhatə edir. Bu bitkilərin 21-i isə meyvə bağlarıdır.

Aqrar sığorta çərçivəsində alma, armud, gilas, albalı, şaftalı, nektarin, üzüm, alça, badam, çiyələk, ərik, fındıq, gavalı, heyva, xurma, qoz, limon, portağal, naringi və nar bağlarını müxtəlif risklərdən sığortalamaq mümkündür.

Aqrar Sığorta Fondunun 2024-cü ildən etibarən fəaliyyət göstərdiyi Naxçıvan Muxtar Respublikasının fermerləri də dövlət güzəşti tətbiq olunan bu mexanizmdən yararlanaraq öz meyvə bağlarını sığorta etdirə bilərlər.

Son illər Azərbaycanda kənd təsərrüfatına marağın artması nəticəsində hər il minlərlə hektar meyvə bağı salınır. Meyvəçilik sahəsi təkcə daxili bazarın təmin olunmasında deyil, həm də ixrac potensialının artırılmasında mühüm rol oynayır. Bu sahədə on minlərlə fermer və yerli sakin məşğuldur.

Əlverişli coğrafi şəraitə malik olan Naxçıvan Muxtar Respublikası meyvə bağlarının inkişafı üçün uyğun ərazilərdəndir. Dövlətin bu sahəyə göstərdiyi güclü maliyyə dəstəyi fermerlərin fəaliyyətində mühüm rol oynayır. Bununla yanaşı, kəskin kontinental iqlimə malik olan bölgədə təbii risklər də yüksəkdir. Şaxtalar, temperatur dəyişkənlikləri, qasırğa, fırtına, dolu və digər hadisələr əkin sahələrinə, o cümlədən meyvə bağlarına ciddi zərər vura bilər.

Aqrar Sığorta Fondu meyvə bağlarını dolu, qasırğa, fırtına, sel və subasma, leysan, şaxtavurma (donvurma), normadan artıq yağan qar, vəhşi heyvanların hücumu, üçüncü şəxslərin hərəkətləri, yanğın və dolu nəticəsində keyfiyyət itkisi kimi risklərdən sığorta edir. Həmçinin bitki xəstəlikləri, zərərvericilər və xüsusi təhlükəli ziyanvericilərin yayılması, eləcə də zəlzələ, torpaq sürüşməsi və ildırım nəticəsində yarana bilən risklər də aqrar sığorta ilə əhatə olunur.

Meyvə bağında hər hansı hadisə baş verdikdə dəymiş zərər müstəqil aqrar sığorta ekspertləri tərəfindən qiymətləndirilir və Aqrar Sığorta Fondu tərəfindən qarşılanır. Ödəniş zamanı azadolma məbləği də nəzərə alınır.

Meyvə bağlarının aqrar sığortası fermerlər üçün son dərəcə sərfəlidir. Sığorta haqqı meyvənin növünə, regiona və sığorta zərfinə uyğun olaraq dəyişir. Dövlətin 50 faizlik sığorta haqqı dəstəyi sayəsində fermer yalnız məbləğin yarısını ödəyir, qalan yarısı isə dövlət tərəfindən qarşılanır.

Artıq bir çox fermer və sahibkar Aqrar Sığorta Fondunun bu xidmətindən yararlanır. İndiyədək ölkənin müxtəlif bölgələrində baş verən hadisələr nəticəsində meyvə bağlarına dəymiş zərərlər üzrə 2 milyon manatdan çox aqrar sığorta ödənişi həyata keçirilib və bu rəqəm artmaqda davam edir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:76
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 01 Dekabr 2025 15:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see268

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see229

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see221

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see206

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see199

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see175

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see168

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see155

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see150

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see149

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see148

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see145

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

15 Yanvar 2026 04:52see145

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see144

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see136

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see128

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see128

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri