Icma.az
close
up
RU
Şaftalı bağlarının sığortalanmasına başlanılıb

Şaftalı bağlarının sığortalanmasına başlanılıb

Modern.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İntensiv qulluq sayəsində sürətlə inkişaf edən və yüksək məhsuldarlığı ilə qazanclı sahə hesab olunan şaftalı bağlarının sığortasına başlanılıb. Quba və Xaçmazda yerləşən təsərrüfatlara 100 min manata yaxın aqrar sığorta ödənişi həyata keçirilib.

Modern.az xəbər verir ki, şaftalı bağları bir sıra risklərdən, xüsusilə şaxtavurma, qasırğa, dolu və doludan qaynaqlanan keyfiyyət itkisindən sığortalanır. Fermerlər və bağ sahibləri, Aqrar Sığorta Fonduna vaxtında müraciət edərək temperatur dəyişikliklərinə həssas olan şaftalı bağlarını bu risklərdən sığortalaya bilərlər. Məhsul şərtləri, təklif olunan sığorta zərfləri və təminat verilən risklər haqqında ətraflı məlumatı Fondun rəsmi səhifəsindən əldə etmək mümkündür.

Azərbaycanda ümumilikdə 10 min hektar sahədə şaftalı yetişdirilir və bu sahə sürətlə genişlənir. Aqrar Sığorta Fondunun məlumatına görə, Quba-Xaçmaz iqtisadi rayonu, şaftalı bağlarının sahəsinə görə ölkədə birinci yerdədir. Bu ərazidə şaftalı bağlarının 5,8 min hektarı (yəni 60%-i) yerləşir. Hər il Azərbaycanda şaftalı bağlarından 65 min tondan çox meyvə yığılır və bunun böyük hissəsi ixrac edilir.

Aqrar Sığorta Fondunun məlumatına əsasən, dövlətin dəstəyi ilə tətbiq edilən aqrar sığorta mexanizmi çərçivəsində, şaftalı bağlarını təbiət hadisələri, sel-subasma, dolu, qasırğa-fırtına, normadan artıq qar yağıntıları, yanğın, 3-cü şəxslərin hərəkətləri və digər risklərdən sığortalamaq mümkündür. Həmçinin, əlavə ödənişlə dolu, keyfiyyət itkisi, şaxtavurma, müxtəlif bitki zərərvericiləri və xəstəliklərdən qoruma təmin edilə bilər. Bu zaman sığorta haqqının 50%-i dövlət tərəfindən ödənilir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:240
embedMənbə:https://modern.az
archiveBu xəbər 30 Yanvar 2025 15:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see299

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see290

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see263

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see237

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see232

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see231

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see226

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see223

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see221

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see211

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see199

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see197

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see195

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see194

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see194

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see193

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see191

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see190

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see189

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri