Icma.az
close
up
RU
Azərbaycanda sitrus bağlarının sığortalanmasına başlanılıb

Azərbaycanda sitrus bağlarının sığortalanmasına başlanılıb

Icma.az, Unikal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycanda dövlət dəstəyi ilə təqdim olunan aqrar sığorta mexanizmi vasitəsilə limon, naringi və portağal bağlarının sığortalanması mövsümü başlayıb.

"Unikal" xəbər verir ki, limon, naringi və portağal bağlarının sahibləri və bu məhsulları becərən fermerlər bağları aqrar sığorta mexanizmi vasitəsilə çoxsaylı risklərdən sığorta edə bilərlər.

Sitrus bağları Azərbaycanın kənd təsərrüfatında özünəməxsus yer tutur. Statistik göstəricilərə əsasən, hazırda ölkəmizdə 4500 hektardan artıq sitrus meyvəsi bağı var. Bunlardan 3278 hektarı naringi (mandarin) bağları, 703 hektarı limon bağları, 582 hektarı isə portağal bağlarıdır.

Sitrusçuluq əsasən, ölkənin cənub zonasında inkişaf edib. Ölkə üzrə limon bağlarının 95%-i, naringi bağlarının 99%-i, portağal bağlarının isə 100%-i cənub bölgəsindədir. Son illər sitrus bağlarının sahəsi yeni salınan bağlar hesabına genişlənməkdədir.

2024-cü ildə Azərbaycandan xarici bazarlara ümumi məbləği 1 milyon 91 min dollar olan 2343 ton naringi və mandarin ixrac edilib.

Aqrar Sığorta Fondu sitrus bağlarını çoxsaylı risklərdən – dolu, fırtına, qasırğa, normadan artıq qar yağıntısı, sel-subasma, şaxtavurma, vəhşi heyvanların hücumu, üçüncü şəxslərin hərəkətləri kimi hadisələrdən sığorta edir.

2024-cü ildə limon, naringi və portağal bağlarına dəymiş zərərlər üzrə fermer və təsərrüfatlara ümumilikdə 40 min manatdan çox sığorta ödənişi edilib. Fırtına, qasırğa, sel-subasma və şaxtavurma hadisələrindən zərər çəkmiş limon bağlarına görə 16 287 manat, naringi bağlarına görə 13 446 manat, portağal bağlarına görə isə 10 912 manat sığorta ödənişi həyata keçirilib. 

Sığorta haqqına tətbiq edilən 50%-lik dövlət dəstəyi fermerlərə öz sitrus bağlarını cüzi məbləğ ödəməklə sığortalamağa imkan verir. Sığorta haqqının 50%-ni dövlət, 50%-ni isə fermer ödəyir.

Cənub bölgəsində 1000 manatlıq limon, naringi (mandarin) və portağal meyvəsinin çoxsaylı risklərdən sığortalanması fermerə olduqca kiçik bir məbləğə - cəmi 12 manata başa gəlir.

Sitrus bağı sahibləri əlavə olaraq meyvə bağlarındakı ağacları ayrıca sığorta edə bilərlər. Bu halda, ağac tələf olarsa, fermerə ağacın 3 illik meyvəsinin dəyəri qədər sığorta ödənişi edilir. Bu sığorta məhsulu üzrə sığorta tarifi cəmi 0,83% təşkil edir.

Məsələn, ildə 30 manatlıq məhsul gətirən naringi (mandarin) ağacının illik sığorta haqqı cəmi 74 qəpikdir. 50%-lik dövlət dəstəyini nəzərə aldıqda, fermer cəmi 37 qəpik ödəməklə ağacı çoxsaylı risklərdən sığorta edə bilər.

Aqrar sığorta məhsulları, əkinlərin və heyvanların sığortalanması şərtləri və sığorta haqları barədə ətraflı məlumatı Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsindən (asf.gov.az), eləcə də 1651 Çağrı Mərkəzinə müraciət etməklə almaq mümkündür.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:213
embedMənbə:https://unikal.az
archiveBu xəbər 10 Aprel 2025 16:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see474

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see345

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see316

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see286

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see258

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see256

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see252

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see246

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see236

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see225

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see212

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see210

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see210

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see209

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see205

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see203

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see203

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see200

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see193

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri