Icma.az
close
up
RU
Naxçıvanda “Miqrasiya maarifləndirilməsində medianın rolu” mövzusunda təlim olub AZƏRTAC

Naxçıvanda “Miqrasiya maarifləndirilməsində medianın rolu” mövzusunda təlim olub AZƏRTAC

Icma.az bildirir, Azertag portalına istinadən.

Naxçıvan, 29 dekabr, AZƏRTAC

Azərbaycan Dövlət Miqrasiya Xidmətinin və Medianın İnkişafı Agentliyinin birgə təşkilatçılığı ilə Naxçıvan Regional Miqrasiya Baş İdarəsində “Miqrasiya maarifləndirilməsində medianın rolu” mövzusunda təlim keçirilib.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, təlim media nümayəndələrinin miqrasiya sahəsində məlumatlılığının artırılması məqsədilə təşkil olunub. Tədbirdə miqrasiyanın daha səmərəli idarə edilməsində cəmiyyətin, eyni zamanda, medianın aktiv iştirakının xüsusi əhəmiyyət kəsb etdiyi bildirilib. Media nümayəndələri, vətəndaş cəmiyyəti, elmi dairələr, özəl sektor, miqrant icmaları və digər maraqlı tərəflər arasında ideya və təcrübə mübadiləsinin aparılmasının miqrasiya sahəsində çətinlikləri müəyyən etmək, miqrasiya siyasətində kompleks yanaşmanı təmin etmək üçün vacib bir vasitə olduğu vurğulanıb. Medianın miqrasiya anlayışının daha yaxşı və düzgün başa düşülməsində, habelə cəmiyyətdə miqrasiya prosesləri ilə bağlı yanlış təsəvvürlərin yayılmasının qarşısının alınmasında mühüm rol oynadığı diqqətə çatdırılıb.

Təlim çərçivəsində Dövlət Miqrasiya Xidmətinin əməkdaşları “Azərbaycanda miqrasiya idarəçiliyi” və “Dövlət Miqrasiya Xidmətinin maarifləndirmə alətləri, informasiya sorğularına dair tələblər” mövzularında təqdimatlarla çıxış ediblər. Azərbaycanda həyata keçirilən miqrasiya idarəçiliyi, bu sahədə əldə edilmiş nailiyyətlər, media məlumatlılığı, Dövlət Miqrasiya Xidmətinin maarifləndirmə alətləri, informasiya sorğularına dair tələblər barədə tədbir iştirakçılarına məlumat verilib.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:70
embedMənbə:https://azertag.az
archiveBu xəbər 29 Dekabr 2024 10:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see321

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see282

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see253

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see243

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see192

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see191

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see187

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see187

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see151

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see140

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see135

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see134

“Futbolçularımın haqqını verməliyəm” Dambrauskas İdmanXəbər

03 Dekabr 2025 17:55see134

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see132

Neymar və het trik

04 Dekabr 2025 09:17see130

Kiyevdə gərgin gecə: GUR sanatoriyaya hücum etdi, hərbçilər saxlanıldı

04 Dekabr 2025 00:14see130

GÜNÜN QOROSKOPU: Sevgi münasibətlərində xoş sürprizlər mümkündür

04 Dekabr 2025 00:31see129

Aralıq dənizində 4 bal gücündə zəlzələ olub

04 Dekabr 2025 00:29see129

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see124

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri