Naxçıvanda ödənişsiz kardioloji müayinələr həyata keçirilib
Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Naxçıvan, 7 iyul, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin və “Nobel İlaç” Şirkətinin birgə təşəbbüsü ilə Bakıdan dəvət olunmuş təcrübəli həkim-kardioloqlar – professor, tibb elmləri doktoru İsax Mustafayev və uzman həkim, invaziv kardioloq Samir Allahverdiyev tərəfindən Naxçıvan Sağlamlıq Mərkəzində ödənişsiz müayinələr həyata keçirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, müraciət edən vətəndaşların ürək-damar sistemi ilə bağlı şikayətləri dinlənilib, ilkin müayinə və qiymətləndirmə aparılıb.
Həkimlər tərəfindən təzyiqin ölçülməsi, elektrokardioqramma, ümumi vəziyyətin dəyərləndirilməsi və fərdi məsləhətlər verilməsi ilə yanaşı, gələcək müalicə istiqamətləri də müəyyənləşdirilib.
Müayinələrin məqsədi vətəndaşların sağlamlığına vaxtında nəzarət etmək, mümkün risklərin qarşısını almaq və ürək-damar xəstəliklərinin erkən mərhələdə aşkar olunmasına şərait yaratmaqdır.
Qeyd edək ki, müayinələr 2 gün ərzində icra olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:122
Bu xəbər 07 İyul 2025 10:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















