Naxçıvanda rayon mədəniyyət idarələri ləğv edildi Yeniləri YARADILDI
Modern.az saytına istinadən Icma.az xəbər verir.
Naxçıvan Mədəniyyət Nazirliyinin regional bölmələri yenidən təşkil edilib.
Modern.az-ın əldə etdiyi məlumata görə, Nazirliyin rayon (şəhər) mədəniyyət idarə və şöbələri ləğv olunub.
Yeni sərəncama əsasən, Nazirliyin regional mədəniyyət idarələri yaradılıb.
Bundan sonra Nazirliyin cəmi 3 regional mədəniyyət idarəsi olacaq.
Belə ki, Naxçıvan Şəhər Mədəniyyət İdarəsi, Babək Rayon Mədəniyyət İdarəsi və Şahbuz Rayon Mədəniyyət Şöbəsinin əsasında Naxçıvan Regional Mədəniyyət İdarəsi, Şərur Rayon Mədəniyyət İdarəsi, Kəngərli Rayon Mədəniyyət Şöbəsinin və Sədərək Rayon Mədəniyyət Şöbəsinin əsasında Şərur Regional Mədəniyyət İdarəsi, Ordubad Rayon Mədəniyyət İdarəsi və Culfa Rayon Mədəniyyət Şöbəsinin əsasında isə Culfa Regional Mədəniyyət İdarəsi yaradılıb.
Baxış sayı:58
Bu xəbər 12 Noyabr 2025 10:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















