Naxçıvanda restoranda YANĞIN: İnsanlar təxliyə edildilər VİDEO
Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.
Naxçıvan Muxtar Respublikası, Naxçıvan şəhərində yerləşən restoranda yanğın baş verib.
Oxu.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Naxçıvanda restoranda YANĞIN: İnsanlar təxliyə edildilər - VİDEO
Bildirilib ki, məlumatla əlaqədar dərhal Naxçıvan Muxtar Respublikası FHN-in Dövlət Yanğından Mühafizə İdarəsinin qüvvələri əraziyə cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində vətəndaşa məxsus ümumi sahəsi 420 kv.m. olan restoranın çardaq hissəsində baş vermiş yanğın genişlənməsinə, həmçinin restoranın ərazisinə və bitişik yerləşən yaşayış binasına yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində restoranın çardaq hissəsi 20 kv.m. sahədə yanıb.
Restoranın işçi heyəti və müştərilər təxliyə ediliblər. Xəsarət alan olmayıb.
Restoran və bitişik yerləşən yaşayış binası yanğından mühafizə olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:152
Bu xəbər 22 Mart 2026 16:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















