Naxçıvanda səhiyyə sahəsində Smart Peyvənd Sistemi tətbiq olunacaq
Azertag saytına istinadən Icma.az xəbər verir.
Naxçıvan, 29 aprel, AZƏRTAC
Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən təsdiq edilmiş "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı"na uyğun olaraq Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi tərəfindən kompleks islahatlar həyata keçirilir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, bu islahatlar çərçivəsində tibbi xidmətin müasir dünya standartlarına uyğunlaşdırılması, səhiyyə infrastrukturunun gücləndirilməsi və əhalinin sağlamlığının qorunması əsas məqsəddir.
Son illərdə xüsusilə vaksinasiya sahəsində əhəmiyyətli addımlar atılıb, müasir texnologiyalardan istifadə edilərək, peyvəndləmə prosesinin daha da təkmilləşdirilməsi istiqamətində mühüm təşəbbüslər irəli sürülüb. Bu məqsədlə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi tərəfindən Smart Peyvənd Sistemi alınıb.
Yeni avadanlıq peyvəndləmə prosesinin tam avtomatlaşdırılmasını, həmçinin peyvəndlərin düzgün saxlanılması, idarə edilməsi və tətbiqi məsələlərini daha etibarlı və effektiv şəkildə həyata keçirmək üçün nəzərdə tutulub. Smart Peyvənd Sisteminin əsas üstünlüyü peyvəndlərin saxlanması və tətbiqi zamanı yüksək texnologiyaların istifadəsidir. Bu sistem vasitəsilə hər bir peyvəndin düzgünlüyü barkod sistemi ilə yoxlanılacaq, soyuducularda isə temperatur davamlı olaraq qorunacaq.
Yeni soyuducular peyvəndlərin optimal saxlanılması və tətbiqi üçün ən yüksək texnologiya ilə təchiz edilib. Bu avadanlıqlar yaxın zamanda muxtar respublika ərazisində yeni fəaliyyətə başlamış Ailə Sağlamlıq mərkəzlərinə paylanacaq və peyvəndləmə xidmətlərinin keyfiyyətini daha da yüksəldəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 29 Aprel 2025 10:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















