Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

A Seriyası: 19 illik rekord təkrarlandı

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Uşaqda insultu necə tanımalı?

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

Səhiyyə Nazirliyində yeni təyinat

5 dövlət şirkəti ləğv olundu QƏRAR

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Naxçıvanda Sənaye Parkı yaradılır

Naxçıvanda Sənaye Parkı yaradılır

Ses qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Dövlət başçısının Fərmanı ilə Sənaye Parkının fəaliyyətinin təşkilinə dövlət büdcəsindən 500,0 (beş yüz) min manat ayrılıb
Azərbaycan Prezidenti İlham Əliyevin 21 illik prezidentliyi dövründə bütün sferalarda çevik islahatlar aparılıb, dövlət proqramları qəbul olunub. Düşünülmüş iqtisadi siyasət nəticəsində beynəlxalq qurumlarla səmərəli əlaqələr qurulub, vacib olan neft strategiyası davam etdirilib.
Son illər ölkəmizdə qeyri-neft sənayesinin inkişafının daha da sürətləndirilməsi istiqamətində həyata keçirilən genişmiqyaslı layihələr sırasında dövlət başçısının təşəbbüsü ilə sənaye zonalarının – sənaye parkları və məhəllələrinin yaradılması mühüm əhəmiyyət daşıyır.
"Naxçıvan Sənaye Parkının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 5 dekabr tarixində imzaladığı Fərmanı bu sahədə görülən işlərin daha bir göstəricisidir. Fərmana əsasən, Naxçıvan Muxtar Respublikasında Naxçıvan Sənaye Parkı yaradılacaqdır. Naxçıvan Sənaye Parkı sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün zəruri infrastrukturu və idarəetmə qurumları olan, müasir texnologiyaların tətbiqi yolu ilə rəqabətqabiliyyətli məhsul istehsalı və xidmətlər göstərilməsi məqsədilə istifadə edilən, sahibkarların səmərəli fəaliyyətinə və inkişafına kömək edən ərazidir. Sənəddə qeyd olunur ki, Naxçıvan Sənaye Parkının fəaliyyətinin təşkili, onun idarə edilməsi və inkişafı ilə bağlı tədbirləri Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyi həyata keçirəcəkdir. Naxçıvan Sənaye Parkının fəaliyyətinin təşkili, ərazisinin istifadəyə yararlı vəziyyətə gətirilməsi, xarici və daxili infrastrukturun (elektrik və istilik enerjisi, qaz, su, kanalizasiya, rabitə, nəqliyyat, yanğından mühafizə, istehsal təyinatlı, inzibati, sosial və digər infrastruktur obyektləri) yaradılması üçün layihələndirmə işlərinin həyata keçirilməsini təmin etmək məqsədilə Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Agentliyə ilkin olaraq 500,0 (beş yüz) min manat ayrılacaqdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin təklifləri nəzərə alınmaqla, Naxçıvan Sənaye Parkında istehsal və emal (təkrar emal) olunan sənaye məhsulları, habelə göstərilən xidmətlər üzrə prioritet istiqamətləri iki ay müddətində müəyyən etmək tapşırılıb. Eyni zamanda, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti və kommunal xidmət (elektrik və istilik enerjisi, təbii qaz və su) qurumları ilə birlikdə Naxçıvan Sənaye Parkının ərazisində xarici və daxili infrastrukturun (elektrik və istilik enerjisi, qaz, su, kanalizasiya, rabitə, nəqliyyat, yanğından mühafizə, istehsal təyinatlı, inzibati, sosial və digər infrastruktur obyektləri) yaradılması və sahibkarlıq fəaliyyətinin səmərəli təşkili üçün digər xidmətlər göstərilməsini təmin etmək məqsədilə Agentliyə kömək edəcəkdir. Naxçıvan Sənaye Parkının fəaliyyəti üçün Naxçıvan şəhərinin cənub-qərb hissəsində, Naxçıvan–Sədərək avtomobil yolunun cənubunda 310 (üç yüz on) hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin icarəyə vermək hüququ ilə Agentliyin daimi istifadəsinə verilməsini iki ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verəcəkdir.
Bu gün ölkədə Sumqayıt Kimya, Balaxanı, Mingəçevir, Qaradağ, Pirallahı, Ağdam və Cəbrayıl rayonunda "Araz Vadisi İqtisadi Zonası" sənaye parkları, eləcə də sənaye məhəlləsi - Neftçala, Masallı, Hacıqabul, Sabirabad və Şərur sənaye məhəllələri yaradılıb. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 21 dekabr tarixli Fərmanı ilə Sumqayıt Kimya Sənaye Parkı yaradılmışdır. Sumqayıt Kimya Sənaye Parkının ərazisində neft-kimya və digər prioritet sənaye sahələri üzrə rəqabət qabiliyyətli məhsulların istehsalı və emalı müəssisələrinin yaradılması nəzərdə tutulmuşdur. Sumqayıt Kimya Sənaye Parkının ərazisi 613 hektar təşkil edir.
Ölkəmizin və ümumilikdə regionun ən böyük sənaye zonası olan Sumqayıt Kimya Sənaye Parkında 41 müəssisəyə rezident statusu verilmişdir. Fəaliyyət göstərən müəssisələrin faktiki sayı isə 24-ə yüksəlmişdir.
Həmçinin, İqtisadi Zonaların İnkişafı Agentliyinin nəzdində müxtəlif istiqamətlər üzrə peşə təhsili verən Peşə Təhsil Mərkəzi fəaliyyət göstərir.
Sənaye parkı sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün zəruri infrastruktura və idarəetmə qurumlarına malik olan, müasir texnologiyaların tətbiqi yolu ilə rəqabətqabiliyyətli məhsul istehsalı və xidmət göstərilməsi məqsədləri üçün istifadə edilən, sahibkarların səmərəli fəaliyyətinə və inkişafına kömək edən ərazidir. Ölkəmizdə sənaye parklarının, sənaye məhəllələrinin və aqroparkların idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 22 yanvar tarixli Fərmanına əsasən İqtisadi Zonaların İnkişafı Agentliyi yaradılmışdır. Agentliyin yaradılmasının əsas məqsədi sənaye parklarının, sənaye məhəllələrinin və aqroparkların fəaliyyətinin təşkili, onların idarə olunması və inkişafı ilə bağlı tədbirlər hazırlamaq, həyata keçirilməsini təmin etmək, o cümlədən bu istiqamətdə göstərilən dövlət dəstəyi tədbirlərini həyata keçirtməkdir.
Sənayenin inkişafına yönəlmiş əhəmiyyətli mexanizmlərdən olan sənaye zonalarının - sənaye parkları və məhəllələrinin yaradılması istiqamətində həyata keçirilən tədbirlər davamlıdır.
Nəzakət ƏLƏDDİNQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:188
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 05 Dekabr 2024 16:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see491

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see462

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see270

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see253

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see250

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see244

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see236

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see232

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see231

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see226

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see216

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see214

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see211

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see208

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see199

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see195

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see187

Səhiyyə Nazirliyində yeni təyinat

29 Oktyabr 2026 12:25see185

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see183

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri