Icma.az
close
up
RU
Naxçıvanda tələbələr üçün hüquq günləri təşkil olunub

Naxçıvanda tələbələr üçün hüquq günləri təşkil olunub

Yeniazerbaycan saytından alınan məlumata görə, Icma.az bildirir.

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi və Naxçıvan Dövlət Universiteti arasında birgə əməkdaşlıq haqqında Anlaşma Memorandumuna uyğun olaraq, Ali Məhkəmə tərəfindən universitetin hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbələr üçün hüquq günləri təşkil olunub.

Ali Məhkəmənin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, üç gün davam edən layihənin ilk günü Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi Zamiq Əliyev “Ailə mübahisələrinin həllinin spesifik xüsusiyyətləri” barədə tələbələrə təlim keçib. Təlimdə tələbələr ailə qanunvericiliyinin ümumi xarakteristikası, ailə mübahisələri üzrə işlərə tətbiq olunmalı olan qanunvericilik aktlarının dairəsi, həmin qəbildən işlərə baxılması zamanı formalaşmış vahid məhkəmə təcrübəsi barədə məlumatlandırılıb, onları maraqlandıran suallar cavablandırılıb, qarşılıqlı müzakirə aparılıb.

Növbəti gün tələbələrin kazusla işləmələri təmin olunub. Onlar komandalar şəklində ailə mübahisəsi ilə bağlı keys üzərində işləyib, kazusla bağlı sualları cavablandırıblar.

Layihənin sonuncu günü tələbələr tərəfindən işlənmiş keysin müzakirəsi baş tutub. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi Zamiq Əliyev tərəfindən tələbələrin iştirakı ilə kazusa təqdim olunmuş cavablar üzərində ətraflı təhlil aparılıb, onlara lazımi izahlar verilib.

Sonda layihə iştirakçılarına sertifikatlar təqdim olunub.

Qeyd edək ki, layihənin məqsədi hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbələrin konkret hüquq sahəsi üzrə biliklərinin təkmilləşdirilməsi, onlarda nəzəri biliklərin təcrübədə istifadəsi vərdişləri yaratmaqla yanaşı, tələbələrin tənqidi düşüncə, hüquqi mühakimə kimi təməl bacarıqlarının inkişafına təkan verməkdir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:56
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 05 Dekabr 2024 21:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

La Liqa ABŞ da keçiriləcək “Barselona” “Vilyarreal” matçının ləğv edildiyini açıqlayıb

22 Oktyabr 2025 00:15see243

Türkiyədə FETÖ əməliyyatı : 286 nəfər saxlanıldı

22 Oktyabr 2025 06:53see206

Toyuq əti və yumurta bahalaşacaq SƏBƏB BUDUR KONKRET

22 Oktyabr 2025 12:02see197

3 boksçumuz da qalib oldu

22 Oktyabr 2025 10:54see191

Dabaq xəstəliyi xaricdən gətirilən ət məhsullarına tələbatı artırdı (VİDEO)

21 Oktyabr 2025 23:40see175

Qızılın bahalaşması 2026 cı ildə də davam edəcək PROQNOZ

22 Oktyabr 2025 17:09see175

Bakı Tehran: yeni etimad mərhələsi

22 Oktyabr 2025 09:59see167

Türkiyəli alim Botanika İnstitutunda elmi seminar keçirib

22 Oktyabr 2025 16:01see153

Suriya universitetlərində Türk dili və Ədəbiyyatı bölümü YARADILIB

22 Oktyabr 2025 16:35see150

Ruslar Çin avtomobillərindən narazılıq edirlər...

21 Oktyabr 2025 23:06see145

Türkiyə XİN: Knessetin İordan çayının Qərb sahili ilə bağlı qərarı beynəlxalq hüquqa ziddir

22 Oktyabr 2025 23:42see139

Özünü maşın vurub öldürdü, xəbəri alan atasının da ürəyi dayandı Foto

22 Oktyabr 2025 07:17see133

VK sədri Dünya Məktəbinin şagirdləri ilə görüşüb FOTOLAR

22 Oktyabr 2025 10:52see133

Tramp etmədi, Orbanın da fikri yoxdur Putinlə bağlı məsələyə reaksiya

22 Oktyabr 2025 12:18see128

Azərbaycan Mərkəzi Bankı qızılın bahalaşmaqda davam edəcəyini gözləyir

22 Oktyabr 2025 14:42see127

170 saylı marşrutda tıxac kabusu: Daşıyıcı şirkət açıqlama verdi

22 Oktyabr 2025 23:38see127

Dünyanın ən sürətli BYD superkarı yeni rekorda imza atıb...

23 Oktyabr 2025 00:16see126

İcmal büdcənin gəlirləri 36 mlrd. manata yaxınlaşıb

22 Oktyabr 2025 14:41see125

Ştutqart la oyundan öncə Fənərbaxça da 4 itki

22 Oktyabr 2025 20:14see123

İlk qadın gəmi kapitanı ekranda

23 Oktyabr 2025 10:17see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri