Icma.az
close
up
RU
Naxçıvanda tibbi personal üçün xüsusi təlimlər təşkil olunub

Naxçıvanda tibbi personal üçün xüsusi təlimlər təşkil olunub

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən qəbul olunan “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın icrası istiqamətində əhalinin tibbi xidmətə əlçatanlığının artırılması və keyfiyyətli xidmətin göstərilməsi məqsədilə ardıcıl tədbirlər həyata keçirilir.

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, bu tədbirlər çərçivəsində muxtar respublikanın müxtəlif bölgələrində yaradılan Ailə sağlamlıq mərkəzlərində (ASM) çalışan tibbi personalın bilik və bacarıqlarının artırılması məqsədilə xüsusi təlimlər təşkil olunub.

İlkin olaraq Ordubad, Kəngərli və Sədərək rayonları üzrə ASM əməkdaşları təlimlərdə iştirak edib. Təlimlərdə əsas diqqət göstərilən tibbi xidmətin insan amilinə əsaslanmasına, həkim-pasiyent münasibətlərində etimadın və düzgün ünsiyyətin qurulmasına yönəldilib. Eyni zamanda, tibbi xidmətin keyfiyyətinin yüksəldilməsi, pasiyent məmnuniyyətinin təmin edilməsi və etik davranış qaydaları barədə iştirakçılara geniş məlumat verilib.

Ailə sağlamlıq mərkəzlərinin fəaliyyətində əsas hədəf tibb xidmətini əhalinin birbaşa yaşadığı ərazilərə yaxınlaşdırmaq, ilkin tibbi yardımı daha əlçatan və keyfiyyətli etməkdir. Keçirilən təlimlər bu hədəfə xidmət edir və tibbi personalın peşəkarlığının artırılmasına, vətəndaş məmnunluğunun daha da yüksəldilməsinə imkan yaradır.

Nəticə etibarilə, Naxçıvan Muxtar Respublikasında icra olunan Dövlət proqramı çərçivəsində yaradılan yeni səhiyyə infrastrukturu, həyata keçirilən təlimlər və tətbiq olunan yanaşmalar əhalinin sağlamlığının qorunması və tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində mühüm addımdır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:188
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 07 Aprel 2025 10:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see320

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see310

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see256

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see256

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see243

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see243

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see240

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see237

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see230

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see228

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see227

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see223

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see217

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see214

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see214

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see205

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see204

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see201

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see199

Əraqçi: İran ABŞ a Hörmüz boğazı ilə bağlı şərt qoyub

08 Noyabr 2026 22:06see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri