Naxçıvan şəhərinin ümumtəhsil müəssisələrində 17 yeni STEAM otağı yaradılıb
Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Naxçıvan, 2 mart, AZƏRTAC
“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın müvafiq bəndinə uyğun olaraq, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən muxtar respublikanın ümumtəhsil müəssisələrində yeni STEAM otaqlarının yaradılması işləri davam etdirilir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, Dövlət Proqramında 154 təhsil müəssisəsində mövcud olan STEAM otaqlarının avadanlıqlarla zənginləşdirilməsi və əlavə olaraq müəssisələrdə 50 yeni STEAM otağının yaradılması nəzərdə tutulub.
Cari tədris ilində Təhsil Nazirliyi tərəfindən STEAM otaqlarının zənginləşdirilməsi üçün avadanlıqlar tender yolu ilə alınaraq müəssisələrə təhvil verilib. Proqramda nəzərdə tutulan 154 təhsil müəssisəsindəki STEAM otaqları zənginləşdirilib.
Dövlət Proqramında nəzərdə tutulan 50 yeni STEAM otağından 17-si Şərur, Babək,Ordubad və Kəngərli rayonlarının ümumtəhsil məktəblərində yaradılması başa çatdırılıb.
Həyata keçirilən tədbirlərin davamı olaraq Naxçıvan şəhərinin ümumtəhsil məktəblərində də 17 yeni STEAM otağı yaradılıb.
Qeyd edək ki, ümumtəhsil müəssisələrinə yeni yaradılan STEAM otaqları STEAM təhsili üzrə şagirdlərin əyani vasitələrdən istifadə edərək öz bilik və bacarıqlarının artırılmasına, onların tənqidi və yaradıcı düşüncələrinin formalaşdırılmasında mühüm rol oynayacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 02 Mart 2026 18:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















