Naxçıvanda vergi güzəştlərinin tətbiqi ilə bağlı qanun layihəsi hazırlanıb
Icma.az, Missiya.az saytına istinadən bildirir.
Naxçıvanda işğaldan azad edilmiş ərazilərdəki kimi vergi güzəştlərinin tətbiqi ilə bağlı qanun layihəsi hökumətə təqdim edilib.
Missiya.Az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva “Biznes assosiasiyaları və sahibkarlarla əməkdaşlıq, onun nəticələri” adlı tədbirdə deyib.
Onun sözlərinə görə, sənəd gəlir və mənfəət vergisi ilə bağlı, eləcə də idxal, infrastrukturun qurulmasına dair ƏDV güzəştlərini nəzərdə tutur: "Qanun layihəsi həmkar dövlət orqanları ilə razılaşdırılıb, bu zaman Naxçıvan sahibkarlarının və rəhbərliyinin təklifləri də nəzərə alınıb".
Baxış sayı:69
Bu xəbər 26 Noyabr 2024 12:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















