Naxçıvanda vergiödəyicilərinin sayı 7 faizədək artıb
Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Naxçıvan, 13 oktyabr, AZƏRTAC
Bu il oktyabrın 1-nə Naxçıvan Muxtar Respublikası üzrə uçotda olan 56 min 810 vergiödəyicisinin 94,7 faizi fiziki şəxslər, 5,3 faizi hüquqi şəxslər və digər təşkilatlar olub.
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə vergiödəyicilərinin ümumi sayı 6,9 faiz, o cümlədən fiziki şəxslərin sayı 6,9 faiz, hüquqi şəxslərin sayı isə 7,1 faiz artıb.
Qeydiyyatda olan kommersiya qurumlarının sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 15,6 faiz artaraq 1966 olub.
Cari ilin yanvar-sentyabr aylarında kommersiya qurumlarının 81,8 faizi elektron qaydada, 18,2 faizi kağız daşıyıcısı əsasında qeydiyyata alınıb.
Müxbir - Nail Əsgərov
Baxış sayı:44
Bu xəbər 13 Oktyabr 2026 11:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















