Icma.az
close
up
RU
Naxçıvanda verilmiş icazələrin sayı 2,2 dəfə artıb

Naxçıvanda verilmiş icazələrin sayı 2,2 dəfə artıb

Marja.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Naxçıvanda sahibkarlıq fəaliyyəti ilə bağlı 69 lisenziya verilib

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi qarşısında müəyyən edilmiş hədəflərin icrası məqsədilə 2025-ci ilin 8 ayı ərzində özəl sektorun inkişafı və sahibkarlıq fəaliyyətinin genişləndirilməsi istiqamətində sistemli tədbirlər davam etdirilib.

Marja Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, bu ilin əvvəlindən nazirlik tərəfindən "ASAN xidmət" vasitəsilə sahibkarlara 69 lisenziya verilib. Həmin lisenziyaların hesabına dövlət büdcəsinə 29 min 705 manat vəsait ödənilib. Naxçıvan Muxtar Respublikasının müvafiq qurumları tərəfindən verilmiş 5846 icazə reyestrdə qeydiyyata alınıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,2 dəfə çoxdur. İcazələrdən daxilolmaların məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 49 min 463 manat və ya  57,4 faiz artaraq 135 min 573 manat olub.

Naxçıvanda mənşə sertifikatlarının sayı artıb

Cari ilin yanvar-avqust aylarında sahibkarlara 317 mənşə sertifikatı verilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 54 ədəd və ya 20,5 faiz çox olub.

Mənşə sertifikatlarının 64 faizi tikinti, 15,8 faizi mineral sular, 1,6 faizi meyvə-tərəvəz və tütün məmulatları, 18,6 faizi digər məhsulların ixracı üçün təqdim olunub.

2025-ci ilin 8 ayı ərzində, “Sertifikatlaşdırma və Metrologiya Mərkəzi” PHŞ tərəfindən 6488 ədəd ölçmə vasitəsi yoxlanılıb ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 77,7 faiz çoxdur.

Naxçıvan şirkətlərinin beynəlxalq tədbirlərdə iştirakı təmin olunub

Naxçıvanın ixrac və investisiya imkanlarının təşviqi, yerli şirkətlərin işgüzar əlaqələrinin genişləndirilməsi və tərəfdaşlığın inkişafı istiqamətində tədbirlər davam etdirilir.

2025-ci ilin 8 ayı ərzində 7-si biznes-forum, 3-ü sərgi olmaqla  keçirilmiş  10 beynəlxalq tədbirdə muxtar respublikada fəaliyyət göstərən 23 sahibkarlıq subyektinin 45 nümayəndəsi iştirak edib.

 Sərgilərdə muxtar respublikada istehsal olunan müxtəlif çeşidlərdə vafli və lokum məhsulları, qazlı və qazsız mineral sular, enerji içkiləri, müxtəlif çeşiddə siqaretlər, aromatlaşdırılmış içkilər, spirtli içkilər, eləcə də Naxçıvan qovurması, göycə, bal, uşaq bezləri kimi məhsullar nümayiş olunub.

Sərgilərdə Naxçıvan sahibkarları xarici ölkələrdən olan həmkarları ilə görüşlər keçirib, məhsul ixracına dair müzakirələr aparıblar.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:91
embedMənbə:https://marja.az
archiveBu xəbər 16 Sentyabr 2025 12:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see472

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see360

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see301

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see299

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see256

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see253

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see253

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see243

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see233

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see233

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see230

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see226

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see222

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see217

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see209

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see208

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see198

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see198

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see194

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri