Icma.az
close
up
RU
Naxçıvanda xəstəxana işçilərinin maaşları AZALDILIB ŞİKAYƏT

Naxçıvanda xəstəxana işçilərinin maaşları AZALDILIB ŞİKAYƏT

Icma.az, Medicina portalına istinadən məlumatı açıqlayır.


Naxçıvan Muxtar Respublikasında yerləşən xəstəxanalarda çalışan tibb və qeyri-tibb işçilərinin maaşlarının azaldılması ciddi narazılıqlara səbəb olub.

Bu barədə Naxçıvandakı tibb müəssisələrində çalışan bir qrup şəxsin “AzPolitika”-ya ünvanladığı müraciətdə bildirilir.

Məlumata görə, sözügedən azalmalar Naxçıvanda və ətraf rayonlarda yerləşən xəstəxanalarda çalışan tibbi bacılarını, inzibati və idarəetmə, texniki xidmət, eləcə də sanitarlar və təmizlik işçilərini əhatə edib. Yerli Səhiyyə Nazirliyinin bu barədə bütün tibb müəssisələrinə göndərdiyi xəbərdarlıqdan sonra həkimlər istisna olmaqla, bu kateqoriyadan olan bütün şəxslərə ödənən həvəsləndirici əlavələr yarıba-yarı azaldılıb. Səbəb kimi isə maaşların “normadan artıq olması” göstərilir.

Uzun illərdir Sədərək rayon Mərkəzi Xəstəxanasında çalışan, lakin müəyyən səbəblərdən adının çəkilməsini istəməyən bir tibb bacısı müraciətində bildirib ki, sözügedən səhiyyə müəssisəsində həkimlər istisna olmaqla, bütün çalışanların maaşlarında azalma olub: “Tibb bacıları, texniki və icbari işçilərin hamısının maaşı kəsilib. Əməkhaqlarımız hesablanıb, hazırdır. Sadəcə imza çəkib maaşı almaq qalır. Lakin verilən məbləğ azaldıldığından heçkim imza çəkmək istəmir. Mənim maaşım ölkə başçısının minimum əməkhaqqı və maaşların artırlması ilə bağlı qərarından əvvəl 555 manat idi. Yeni artımlarla birlikdə 655-656 manat civarında maaş almalı idim. Lakin mənə ödənilən həvəsləndirici əlavələr 50 faiz kəsildiyi üçün maaşımın 587 manat olacağını bildirdilər. Yəni, maaşım 100 manat artmalı idisə, cəmi 32 manat artıb. 70 manata yaxın bir məbləğ isə əsassız şəkildə kəsilib. Digər çalışanların da maaşlarında müxtəlif bəhanələrlə bu cür tutulmalar olub”.

Həmin xəstəxanada fəhlə kimi çalışan adının çəkilməsini istəməyən şəxs isə sözügedən maaş artımının ona aid edilməməsindən şikayətlənir: “Əvvəl 483 manat maaş alırdımsa, indi də həmin məbləğ olduğu kimi qalıb. Heç bir artma və ya azalma olmayıb. Səbəb kimi isə maaşımın zatən yüksək olduğunu, bu səbəbədən mövcud artımın mənə şamil edilməyəcəyi bildirilib. Başa düşə bilmirəm qazın, işığın, suyun və digər xidmətlərin qiyməti artanda şamil edilir, amma maaşın artırılmasına gələndə bizə şamil olumur? Naxçıvadna bu cür absurd bir vəziyyət hökm sürür”.

Xəstəxananın texniki xidmətində çalışan digər bir şəxs isə bildirib ki, vəzifə maaşı kəsildiyi üçün maaşındakı artım cuzi olub: “Əvvəl 560 manat maaş alırdım. Yeni artımlarla birlikdə maaşım 660 manat olmalı idi. Lakin vəzifə maaşı 50 faiz həcmində azaldığı üçün cəmi 590 manat maaş alacam. Bir sözlə, vəzifə maaşımı kəsib, maaşımı cəmi 30 manat artırıblar”.

Qeyd edək ki, ətraf rayonlarla yanaşı, Muxtar Respublikanın özündə yerləşən tibb müəssisələrində də bu cür vəziyyət hökm sürür.

Məsələn, Naxçıvan Mərkəzi Xəstəxanasında çalışan, adının çəkilməsini istəməyən digər bir tibb bacısı bu qərara etiraz olaraq aksiya keçirə biləcəklərini deyir:“Bizə deyirlər ki, maaşınız standartlardan üstün, normadan artıqdır, ona görə kəsilir. Bunlar hamısı bəhanədir. Biz standartlardan xeyli aşağı maaş alırıq. Bakıda çalışan tibb bacıları 700-800 manat maaş alır, bizim maaşımız isə 500-600 manatdır. Həkimlər və xadimlərin vəziyyəti də eynidir. Keçən dəfə dedilər ki, büdcə kəsiri var, bir az kəsdilər. Gördülər ki, səsimiz çıxmadı, indi yenə kəsirlər. Buna görə də bütün xəstəxanalarla razılaşmışıq, maaş verilən gün nazirliyin qarşısındaaksiya keçirəcəyik. Artıq bu qədər olmaz. İstər işdən çıxarsınlar, istər həbs etsinlər.”

Həmin xəstəxanada xadimə işləyən daha bir qadın da etiraz aksiyasına qoşulacağını bildirir:“Bizi ikiqat işlədirlər, vəzifəmizə aid olmayan işlər görməyə məcbur edirlər. Səsimizi çıxarmadıqca bizi daha da sıxışdırırlar. Biz nə maaş alırıq ki, ondan da 150 manat kəsirlər. Aksiya keçirəcəyik. Bu cür yaşamaqdansa ölmək daha yaxşıdır”.

Qeyd edək ki, xəstəxana çalışanlarının əməkhaqqı tutduğu vəzifədən, stajından və xidməti fəaliyyətinin qiymətləndirilməsindən asılı olaraq müəyyən edilən vəzifə (tarif) maaşı, əmək şəraitinə görə ödənilən əlavələr, həvəsləndirici əlavələr və Əmək Məcəlləsində nəzərdə tutulmuş digər ödənişlər əsasında formalaşır.

Məlumat üçün bildirək ki, Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı sərəncam ilə minimum əməkhaqqı ötən aydan etibarən 400 manata çatdırılıb. Bu, minimum əməkhaqqındakı artımın sadəcə aşağı maaş alanları deyil, eləcə də vahid tarif cədvəlinin (VTC) bütün pillələri üzrə əməkhaqlarında artımların olacağı anlamına gəlir. Səhiyyə işçilərin də daxil olmaqla, dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin aylıq tarif (vəzifə) maaşları da bu Sərəncama uyğunlaşdırılıb və artırılıb. Ancaq maraqlıdır ki, Naxçıvanda səhiyyə çalışanlarının maaşı artımı ilə bağlı niyəsə fərqli hesablamlar aparılıb və real artımlar süni şəkildə aşağı çəkilib... Məgər Naxçıvanda tibb işçilərinin maaşları ölkənin başqa yerlərində olduğu kimi eyni tariflə müəyyən olunmur? Nədir,Naftalanda bir tarifdir, Naxçıvanda ayrı?!

Qeyd edək ki, bir müddət əvvəl sözügedən məsələni aydınlaşdırmaq üçün Naxçıvan Muxtar Respublikası (MR) Tibb Müəssisələrinin İdarəetmə Birliyinə sorğu ünvanlamışdıq. Qurumdan “AzPolitika”-ya bildirilmişdi ki, xəstəxana çalışanlarına ödənilən həvəsləndirici əlavələrin kəsiləcəyi ilə bağlı deyilənlər həqiqəti əks etdimir. Əlavə edilmişdi ki, işçilər əvvəki qaydada maaşlarını alacaqlar və guya hər hansı tutulmadan söhbət gedə bilməz. Ancaq Muxtar Respublikadakı xəstəxanalarında çalışanların dedikləri bunun əksini göstərir.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:78
embedMənbə:https://www.medicina.az
archiveBu xəbər 05 Fevral 2025 11:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

TƏCİLİ: Metroya giriş bağlandı Nə baş verir?

19 Oktyabr 2025 04:03see225

Pezeşkian bu türk ölkəsinə səfər edəcək

19 Oktyabr 2025 02:00see216

Ramiz Mehdiyev İlham Əliyevə qarşı sui qəsd PLANLAŞDIRIB Sensasion iddia

17 Oktyabr 2025 22:34see214

Stəndapçı: “Uill Smit bacarmasa, Yannik Sinner rolunu oynamağa hazıram” FOTO

18 Oktyabr 2025 03:13see207

Trampdan sonra Vens də İsrailə gedir

18 Oktyabr 2025 16:58see170

ChatGPT yə verilməsi qadağan edilən 8 sual SİYAHI

18 Oktyabr 2025 02:52see156

Gürcüstandan çıxarılan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

18 Oktyabr 2025 20:59see156

Pəncərələri qış rejiminə necə keçirtmək olar?

18 Oktyabr 2025 04:47see155

“Xocalı Balı” ilk dəfə bal yarmarkasında alıcılara təqdim olunub REPORTAJ

18 Oktyabr 2025 14:09see143

İlham Əliyevdən Xəzəryanı ölkələrə ÇAĞIRIŞ

18 Oktyabr 2025 10:48see140

Bakı metrosunda mübahisəli durum: gediş haqqı yenə dəyişəcək?

18 Oktyabr 2025 07:33see136

Çin polisinin ağıllı köməkçiləri: Təhlükəsizliyi robot itlər qoruyacaqlar

18 Oktyabr 2025 06:32see135

“Borussiya” yenə uduzdu

18 Oktyabr 2025 03:34see134

Neftinin qiyməti 1 dollar ucuzlaşdı

18 Oktyabr 2025 10:51see133

Tanınmış logistika şirkəti iflas etdi

18 Oktyabr 2025 03:04see133

Prezident ailəsi Vatikan bağlarında Fotolar Video

18 Oktyabr 2025 04:14see132

Dabaq xəstəliyi Qaxda da təsərrüfat sahiblərini çıxılmaz vəziyyətə saldı

18 Oktyabr 2025 01:37see131

Abakar Abakarov İstanbulda ölü tapıldı

18 Oktyabr 2025 19:41see128

Almaniya XİN rəhbəri: “Eurofighter”lərin Türkiyəyə göndərilməsinə müsbət baxırıq

18 Oktyabr 2025 06:28see122

Netanyahudan Rəfah keçid məntəqəsinin açılması barədə məlumata REAKSİYA

19 Oktyabr 2025 00:16see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri