Icma.az
close
up
RU
NAXÇIVANDA XƏSTƏXANA İŞÇİLƏRİNİN MAAŞLARI KÜTLƏVİ ŞƏKİLDƏ AZALDILIB “Artıq bu qədər olmaz, aksiya keçirəcəyik...”

NAXÇIVANDA XƏSTƏXANA İŞÇİLƏRİNİN MAAŞLARI KÜTLƏVİ ŞƏKİLDƏ AZALDILIB “Artıq bu qədər olmaz, aksiya keçirəcəyik...”

Icma.az bildirir, Azpolitika.az portalına istinadən.

Naxçıvan Muxtar Respublikasında yerləşən xəstəxanalarda çalışan tibb və qeyri-tibb işçilərinin maaşlarının azaldılması ciddi narazılıqlara səbəb olub.

Bu barədə Naxçıvandakı tibb müəssisələrində çalışan bir qrup şəxsin “AzPolitika”-ya ünvanladığı müraciətdə bildirilir.

Məlumata görə, sözügedən azalmalar Naxçıvanda və ətraf rayonlarda yerləşən xəstəxanalarda çalışan tibbi bacılarını, inzibati və idarəetmə, texniki xidmət, eləcə də sanitarlar və təmizlik işçilərini əhatə edib. Yerli Səhiyyə Nazirliyinin bu barədə bütün tibb müəssisələrinə göndərdiyi xəbərdarlıqdan sonra həkimlər istisna olmaqla, bu kateqoriyadan olan bütün şəxslərə ödənən həvəsləndirici əlavələr yarıba-yarı azaldılıb. Səbəb kimi isə maaşların “normadan artıq olması” göstərilir.

Uzun illərdir Sədərək rayon Mərkəzi Xəstəxanasında çalışan, lakin müəyyən səbəblərdən adının çəkilməsini istəməyən bir tibb bacısı “AzPolitika”-ya müraciətində bildirib ki, sözügedən səhiyyə müəssisəsində həkimlər istisna olmaqla, bütün çalışanların maaşlarında azalma olub:“Tibb bacıları, texniki və icbari işçilərin hamısının maaşı kəsilib. Əməkhaqlarımız hesablanıb, hazırdır. Sadəcə imza çəkib maaşı almaq qalır. Lakin verilən məbləğ azaldıldığından heçkim imza çəkmək istəmir. Mənim maaşım ölkə başçısının minimum əməkhaqqı və maaşların artırlması ilə bağlı qərarından əvvəl 555 manat idi. Yeni artımlarla birlikdə 655-656 manat civarında maaş almalı idim. Lakin mənə ödənilən həvəsləndirici əlavələr 50 faiz kəsildiyi üçün maaşımın 587 manat olacağını bildirdilər. Yəni, maaşım 100 manat artmalı idisə, cəmi 32 manat artıb. 70 manata yaxın bir məbləğ isə əsassız şəkildə kəsilib. Digər çalışanların da maaşlarında müxtəlif bəhanələrlə bu cür tutulmalar olub”.

Həmin xəstəxanada fəhlə kimi çalışanadının çəkilməsini istəməyən şəxs isə sözügedən maaş artımının ona aid edilməməsindən şikayətlənir:“Əvvəl 483 manat maaş alırdımsa, indi də həmin məbləğ olduğu kimi qalıb. Heç bir artma və ya azalma olmayıb. Səbəb kimi isə maaşımın zatən yüksək olduğunu, bu səbəbədən mövcud artımın mənə şamil edilməyəcəyi bildirilib. Başa düşə bilmirəm qazın, işığın, suyun və digər xidmətlərin qiyməti artanda şamil edilir, amma maaşın artırılmasına gələndə bizə şamil olumur? Naxçıvadna bu cür absurd bir vəziyyət hökm sürür”.

Xəstəxanada texniki xidmətində çalışan digər bir şəxs isə bildirib ki, vəzifə maaşı kəsildiyi üçün maaşındakı artım cuzi olub:“Əvvəl 560 manat maaş alırdım. Yeni artımlarla birlikdə maaşım 660 manat olmalı idi. Lakin vəzifə maaşı 50 faiz həcmində azaldığı üçün cəmi 590 manat maaş alacam. Bir sözlə, vəzifə maaşımı kəsib, maaşımı cəmi 30 manat artırıblar”.

Qeyd edək ki, ətraf rayonlarla yanaşı, Muxtar Respublikanın özündə yerləşən tibb müəssisələrində də bu cür vəziyyət hökm sürür.

Məsələn, Naxçıvan Mərkəzi Xəstəxanasında çalışan, adının çəkilməsini istəməyən digər bir tibb bacısı bu qərara etiraz olaraq aksiya keçirə biləcəklərini deyir:“Bizə deyirlər ki, maaşınız standartlardan üstün, normadan artıqdır, ona görə kəsilir. Bunlar hamısı bəhanədir. Biz standartlardan xeyli aşağı maaş alırıq. Bakıda çalışan tibb bacıları 700-800 manat maaş alır, bizim maaşımız isə 500-600 manatdır. Həkimlər və xadimlərin vəziyyəti də eynidir. Keçən dəfə dedilər ki, büdcə kəsiri var, bir az kəsdilər. Gördülər ki, səsimiz çıxmadı, indi yenə kəsirlər. Buna görə də bütün xəstəxanalarla razılaşmışıq, maaş verilən gün nazirliyin qarşısındaaksiya keçirəcəyik. Artıq bu qədər olmaz. İstər işdən çıxarsınlar, istər həbs etsinlər.”

Həmin xəstəxanada xadimə işləyəndaha bir qadın da etiraz aksiyasına qoşulacağını bildirir:“Bizi ikiqat işlədirlər, vəzifəmizə aid olmayan işlər görməyə məcbur edirlər. Səsimizi çıxarmadıqca bizi daha da sıxışdırırlar. Biz nə maaş alırıq ki, ondan da 150 manat kəsirlər. Aksiya keçirəcəyik. Bu cür yaşamaqdansa ölmək daha yaxşıdır”.

Qeyd edək ki, xəstəxana çalışanlarının əməkhaqqı tutduğu vəzifədən, stajından və xidməti fəaliyyətinin qiymətləndirilməsindən asılı olaraq müəyyən edilən vəzifə (tarif) maaşı, əmək şəraitinə görə ödənilən əlavələr, həvəsləndirici əlavələr və Əmək Məcəlləsində nəzərdə tutulmuş digər ödənişlər əsasında formalaşır.

Məlumat üçün bildirək ki, Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı sərəncam ilə minimum əməkhaqqı ötən aydan etibarən 400 manata çatdırılıb. Bu, minimum əməkhaqqındakı artımın sadəcə aşağı maaş alanları deyil, eləcə də vahid tarif cədvəlinin (VTC) bütün pillələri üzrə əməkhaqlarında artımların olacağı anlamına gəlir. Səhiyyə işçilərin də daxil olmaqla, dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin aylıq tarif (vəzifə) maaşları da bu Sərəncama uyğunlaşdırılıb və artırılıb. Ancaq maraqlıdır ki, Naxçıvanda səhiyyə çalışanlarının maaşı artımı ilə bağlı niyəsə fərqli hesablamlar aparılıb və real artımlar süni şəkildə aşağı çəkilib... Məgər Naxçıvanda tibb işçilərinin maaşları ölkənin başqa yerlərində olduğu kimi eyni tariflə müəyyən olunmur? Nədir,Naftalanda bir tarifdir, Naxçıvanda ayrı?!

Qeyd edək ki, bir müddət əvvəl sözügedən məsələni aydınlaşdırmaq üçün Naxçıvan Muxtar Respublikası (MR) Tibb Müəssisələrinin İdarəetmə Birliyinə sorğu ünvanlamışdıq. Qurumdan “AzPolitika”-ya bildirilmişdi ki, xəstəxana çalışanlarına ödənilən həvəsləndirici əlavələrin kəsiləcəyi ilə bağlı deyilənlər həqiqəti əks etdimir. Əlavə edilmişdi ki, işçilər əvvəki qaydada maaşlarını alacaqlar və guya hər hansı tutulmadan söhbət gedə bilməz. Ancaq Muxtar Respublikadakı xəstəxanalatında çalışanların dedikləri bunun əlsini göstərir.

Naxçıvan MR Tibb Müəssisələrinin İdarəetmə Birliyinin indi nə deyəcəyini biz də maraqla gözləyirik...

Elvin Bəyməmmədli

“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:115
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 04 Fevral 2025 15:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forma sponsorluq gəlirlərinə görə ən yaxşı 10 klub SİYAHI

16 İyul 2025 19:20see192

10 illik dövr başa çatdı Real dan getdi

16 İyul 2025 15:01see191

Vaqif Poeziya Günləri milli bir şifrədir Aqşin Yenisey

17 İyul 2025 05:32see130

Biz dəyərlərimizlə bir birimizə bağlıyıq

17 İyul 2025 10:35see126

Velosipedlərin parklanması üçün konstruksiyaların alınmasına bu qədər vəsait sərf ediləcək

17 İyul 2025 12:51see120

GÖYÇAY SAKİNLƏRİ ÖRÜŞ SAHƏSİNDƏ SÜNİ GÖL YARADILMASINA ETİRAZ EDİR “İstifadə etməyə su tapmırıq” / Foto

16 İyul 2025 15:32see115

Bakıda ikimərtəbəli evdə GÜCLÜ YANĞIN

17 İyul 2025 12:42see113

Bu il 100 yeni dövlət standartı qəbul edilib

16 İyul 2025 16:13see113

İrəvan imtina edir, yoxsa..?

16 İyul 2025 15:43see113

Çində imtahanda aşağı bal topladığına görə oğlan evdən qovuldu

18 İyul 2025 02:01see112

Gürcüstan Rusiyadan deportasiya olunmuş Ukrayna vətəndaşlarını sərhəddən buraxmır

16 İyul 2025 21:25see112

Taxıl biçini: hansı problemlər var?

16 İyul 2025 23:26see112

Orban: Ukrayna münaqişəsinin həlli üçün Putin və Tramp arasında görüşün keçirilməsi zəruridir

18 İyul 2025 02:19see112

Livan druzlarının lideri: İsrail Suriyada xaos yaratmaq üçün bəzi druzlardan istifadə edir

16 İyul 2025 18:50see112

Azər Həşimov: Ölkə çempionatda sürpriz komanda olmağa çalışacağıq

16 İyul 2025 22:45see112

Paşinyan Dövlət Nəzarət Xidmətinin rəhbərini istefaya göndərdi

17 İyul 2025 16:54see112

“Neftçi” yeni ev formasını təqdim edib FOTO

16 İyul 2025 23:05see111

TƏBİİ TƏLƏ: Yayın kəşfi ağcaqanadların sonunu gətirəcək

17 İyul 2025 00:56see111

Azərbaycan, Türkiyə və Amerika İsrailə təzyiq göstərəcəklər Sərdar Cəlaloğlu

17 İyul 2025 16:11see110

Dondurma adı ilə buzlanmış süd satılır AÇIQLAMA

17 İyul 2025 18:19see109
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri