Icma.az
close
up
RU
Naxçıvanda “yaşıl” aksiyalar

Naxçıvanda “yaşıl” aksiyalar

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Naxçıvan Muxtar Respublikasında təbiətin qorunması və meşə sahələrinin genişləndirilməsi məqsədilə Novruz bayramı və yazın gəlişi münasibətilə çoxsaylı “yaşıl” aksiya keçirilib.

Meşələrin İnkişafı və Biomüxtəlifliyin Qorunması İdarəsi dövlət meşə zolaqlarında–Nehrəm–Gölaltının 6 hektarda 2,6 min, Xalxalın 3 hektarında 1200, Tumbulun 2 hektarında 800, Uzunobanın 6,5 hektarında 2,6 min ayland, qaraağac, göyrüş və alça tingləri əkib. Naxçıvan Şəhər Sutəmizləyici Qurğular Kompleksinin ətrafında 1,5 hektarda 650, su anbarının yuxarı hissəsində 2 hektarda 940 tut, ərik, göyrüş, badam, alça, qaraağac tingləri basdırıb.

Bundan əlavə, Əshabi-Kəhf Ziyarətgahı Dini-Mədəni Abidə Kompleksinə gedən yolun kənarlarında 5 hektarda 2 min 50 badam, göyrüş, ayland, gilənar, Daşarx meşə ərazisində 1 hektarda 400 iydə, tut, söyüd, qovaq və çinar fidanları əkilib. Ümumilikdə, 27 hektarda meşəbərpa işləri həyata keçirilib və 11 min 240 hektar yaşıllığa müxtəlif növ tinglər əlavə olunub.

***

Aprelin ilk günlərində isə muxtar respublikada Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin dəstəyi və Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə mərkəzi küçələrdə və digər ərazilərində 1000 “Xan çinarı” və 300 akasiya ağacının əkilməsinə başlanıb.

Naxçıvan şəhərinin Heydər Əliyev prospektində, Zəfər parkında, Əcəmi Seyrəngahı Mədəniyyət və İstirahət Kompleksində, “İstiqlal”, Nizami Gəncəvi, Cəlil Məmmədquluzadə və Əziz Əliyev küçələrində xüsusi şəraitdə yetişdirilmiş 600-dən artıq 5 illik “Xan çinar” ağacı əkilib. Mərkəzi küçələrdə və digər ərazilərində 1300 ağacın basdırılması da nəzərdə tutulur.

Xatırladaq ki, Azərbaycanın “Qırmızı Kitab”ına daxil edilən və ən uzunömürlü ağaclarından sayılan “Xan çinarı” 1000–1500 il öz kökü üstündə boy atır. Əzəmət və ucalıq rəmzi hesab edilən “Xan çinarı”ların hündürlüyü 25 metrə, bəzən də 50 metrə çatır. Yeni əkilmiş ağaclar şəhərə gözəllik bəxş etməklə yanaşı, isti havalarda sakinlərin istirahətinə də şərait yaradacaq.

Səbuhi HƏSƏNOV,
XQ-nin Naxçıvan müxbir

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:179
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 05 Aprel 2025 02:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see326

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see317

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see307

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see293

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see291

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see259

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see249

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see247

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see229

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see227

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see226

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see224

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see213

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see210

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see209

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see194

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see184

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see167

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see167

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri