Naxçıvanda yük maşını ilə minik avtomobili toqquşub, ölən var FOTO
Icma.az, Apa.az saytına istinadən bildirir.
Ordubad-Culfa magistral yolunda qəza baş verib, sürücü ölüb.
APA-nın yerli bürosu xəbər verir ki, hadisə Culfa rayonu Camaldın kəndində qeydə alınıb.
Qəza zamanı Culfa şəhər sakini G. Nəcəfovanın idarə etdiyi “KIA” markalı avtomobillə Babək rayon Vayxır kənd sakini R. Məmmədovun idarə etdiyi "DAF" markalı yük avtomobili toqquşub.
Qəza nəticəsində G. Nəcəfova hadisə yerində ölüb.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.
Baxış sayı:31
Bu xəbər 27 Oktyabr 2025 19:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















