Icma.az
close
up
RU
Naxçıvandan başlanan müqəddəs yol

Naxçıvandan başlanan müqəddəs yol

Icma.az, Newscenter.az portalına istinadən məlumatı açıqlayır.


"Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin siyasi fəaliyyətinin ən mühüm mərhələsi 1990-cı ilin iyul ayında doğma yurdu Naxçıvana qayıdışı ilə bağlıdır. Onun 1990-cı il iyulun 22-də Moskvadan Bakıya, oradan isə doğma yurdu Naxçıvana gəlişi sonralar özünün də söylədiyi kimi tarixin və zamanın hökmü idi.
90-cı illər elə bir dövr idi ki, ölkəmizin əsas torpaqlarından ayrı düşmüş Naxçıvan tamamilə taleyin ümidinə buraxılmış, muxtar respublikanın ətraf aləmlə bütün kommunikasiya-nəqliyyat əlaqələri kəsilmiş, sabahkı günə inam qalmamışdı. Xalqın yeganə təsəllisi böyük öndərin Naxçıvanda xalqı ilə bir yerdə olması idi.
Ulu öndər Naxçıvana qayıtdıqdan qısa bir müddət sonra – 1990-cı il sentyabrın 30-da Azərbaycan və Naxçıvan parlamentlərinə keçirilən seçkilərdə 340 nömrəli Nehrəm seçki dairəsindən Azərbaycan parlamentinə, 2 nömrəli seçki dairəsindən isə Naxçıvan parlamentinə deputat seçildi".
Newscenter.az xəbər verir ki, bunları siyasi elmlər doktoru, professor Vaqif Abdullayev deyib. O bildirib ki, 1991-ci il sentyabrın 3-də Heydər Əliyevin Ali Məclisin Sədri seçilməsi Azərbaycanın siyasi həyatında möhtəşəm bir mərhələnin başlanğıcını qoydu:
"Heydər Əliyev Naxçıvanda milli dövlətçiliyimizin bərpası və dövlət quruculuğu yönündə qətiyyətli, inadlı və inamlı geniş bir siyasi hərəkatın əsasını qoydu.
Ümummilli liderin qəbul etdiyi mühüm tarixi qərarlar Naxçıvanda yerləşən sovet qoşunlarına məxsus hərbi texnika və silahların yüz faiz muxtar respublikada saxlanılması təmin olundu, Müstəqil Azərbaycan Ordusunun əsası qoyuldu.
Türkiyə və İranla çoxəsrlik qonşuluq əlaqələrinin bərpası da uzun illərdən sonra məhz Onun Naxçıvanda fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Dahi şəxsiyyətin Naxçıvanda bu istiqamətdə atdığı addımlar isə ölkəmizin digər ölkələrlə dinc, səmimi dostluq şəraitində əməkdaşlıq etməsinin əsasını qoymuşdu".
Vaqif Abdullayev qeyd edib ki, ümummilli lider 1991-ci ildə milli birlik, milli ideyanı da dərinləşdirərək azərbaycanlıları bir ideya ətrafında toplamağa başladı:
"1991-ci il dekabrın 16-da Naxçıvan MR Ali Məclis tərəfindən “31 Dekabr Dünya Azərbaycan Türklərinin Həmrəylik və Birlik Günü haqqında” Qərarın qəbul edilməsi xüsusi əhəmiyyət kəsb edir.
Azərbaycan tarixinin şərəf və qürur salnaməsi olan 1992-ci il noyabrın 21-də Naxçıvanda Ulu öndər tərəfindən Yeni Azərbaycan Partiyasının əsası qoyulması ilə müstəqli Azərbaycanın milli dövlətçiliyin bərpası istiqamətində həlledici mərhələ başlandı".
Süleyman
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:74
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 03 Sentyabr 2026 11:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see310

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see273

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see264

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see263

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see256

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see249

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see245

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see232

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see220

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see219

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see215

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see213

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see203

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see190

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see187

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see186

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see174

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see172

Videokolposkopiya ginekologiyada müasir müayinə. VİDEO

18 Oktyabr 2026 08:00see170

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri