Icma.az
close
up
RU
Menu

Səfir: İsrail Orta Dəhlizlə bağlı Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır

Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

2002 ci ildən bəri ilk dəfə: Avro əskinasları tamamilə dəyişdiriləcək

Rəhman Mustafayev Bakı və Moskva münasibətlərinin inkişafı üçün yeni imkanları açıqladı

Bu meyvələrin qabığını yemək olarmı?

İsrailin Müdafiə Nazirindən SƏRT BƏYANAT: Təhlükəsizlik zonasını tərk etməyəcəyik

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

Bakıda avtobuslarla bağlı ŞOK RƏQƏM: Sentyabrın sonundan etibarən...

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

Mingəçevirdə çarəsiz qalan ata: 1 yaşlı övladımın müalicəsinə kömək edin VİDEO

Miqrantlar əvvəlcə rus dilini və mədəniyyətini öyrənəcəklər Yeni model açıqlanıb

Ayaqlarda gizildəmə, yanmanın səbəbləri

Pəhrizdə 20 faiz sevdiyiniz qidalara yer ayıra bilərsiniz Həkimdən AÇIQLAMA

Gündə 50 qramdan artıq yemək zərərlidir

Tez yuxuya getmək yuxu çatışmazlığının əlaməti ola bilər Nevroloq xəbərdarlıq etdi

Süni intellekt qida təhlükəsizliyini yoxlayacaq

Arxası üstə yatmaq kimlər üçün təhlükəlidir?

AZAL təyyarəsi ilə bağlı bütün məsələlər tamamilə həll olunub Rəhman Mustafayev

Naxçıvandan Sarta uzanan yol

Naxçıvandan Sarta uzanan yol

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Elə məsafələr  var ki,  qət eləməyin arxasında dayanan məqsəd və məna onların  uzaqlığı-yaxınlığına  təsir etmir. Bu yolun necə və nə cür qət edilməsi gözə gəlmir. Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvandan Türkiyənin Manisa elindəki Sart kəndinə qədər məsafə 2000 kilometrə yaxındır. Amma mənim üçün son 3 ildir ki bu məsafə sanki bir anlıq yoldur. Çünki hər iki tərəfdə mənə doğma olan teatr və sənət anlamı var. Məhz bu nəsnə də sanki mənim üçün Naxçıvanla Sartı birləşdirən bir körpüdür.

Qədim yunan əsatirinə görə teatrın tanrısı Dionisdir. Dionis baş tanrı Zevsin oğludur. Amma işi təkcə incəsənət deyil, həmçinin şərab, xaos, bolluq-bərəkəti də "dəstəkləməkdir". Daha çox əyləncəyə meyl etdiyi üçün onu "şərab tanrısı" kimi tanıyırlar.  Qədim yunan əsatirinin davamı olaraq bildirilir ki, Dionisin atası Zevs ölümlü, gözəl bir qadın olan Semelanı sevmiş və onunla evlənəndən sonra Dionis adında oğlu olmuşdur. Dionisin atası "baş tanrı" olduğu üçün o da ölümsüzlük qazanıb və şərab, bolluq-bərəkət, xaos (sərxoş olandan sonra aləm biri birinə qarışar da!) , eyni zamanda teatrın tanrısı kimi bu sahəni idarə edib. Qədimdə Dionisin şərəfinə hər payızda şənliklər keçirilir və bu zaman ona qurban kimi keçilər kəsilirdi. Bu keçilərin qurbangaha götürülməsi isə xüsusi törənlə-səhnələşdirilmiş oyunla müşayiət olunurdu. İlk teatr janrı tragediya (faciə) də elə burdan yaranıb. "Tragediya" yunan dilində "keçilərin nəğməsi" kimi tərcümə olunur. Həmin o teatr tanrısı Dionis əfsanəyə görə Manisanın Salehli bölgəsindəki Sart və ya Sardes qəsəbəsində doğulub. Ona görə də Sart teatrın doğulduğu məkan kimi qəbul edilir. 

Bu qəsəbənin yaxınlığında qədim Lidiya çarlığının paytaxtı olduğunu sübut edən qala divarları, yerin altında qalan nəhəng amfiteatr və ovçuluq, eyni zamanda doğum tanrıçası Artemidanın şərəfinə tikilən  məbədinin qalıqları var. (Həmin məbədin yandırılmasını əks etdirən "Herostratı unudun" tamaşasını monotamaşa kimi məbədin qalıqları üzərində bu il oynadım ). 

Maraqlı olanı isə Dionisdən çox-çox sonra elə bu Sart kəndində doğulan Rasim Aşın adında bir gənc də taleyini teatrla bağlayıb. Ali təhsilini isə Bakıda, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində rejissor kimi alıb. Özü də Vaqif İbrahimoğlu, Cənnət Səlimova, Tofiq İsmayılov kimi sənət korifeylərindən. Hətta 15 il Bakıda yaşayan Rasim   burda uşaq teatrı yaradıb, eyni zamanda bir neçə universitetdə teatr sənəti ilə bağlı dərslər deyərək elmi iş müdafiə edib. Sonradan doğma evinə, Sarta  dönən Rasim Aşın 2015-ci ildən bu kəndin ərazisində genişliyi və qatılan sənətçi sayına görə fərqlənən (bu il 10 günlük tədbirə 500-dən artıq sənətçi qatılıb) Dionis Teatr və Təlim Şənliyi adı altında düşərgə təşkil edir. Artıq yetərincə populyarlıq qazanan  düşərgəyə isə gələnlərin arasında Türkiyənin, Azərbaycanın, İranın, Gürcüstanın yaşı 7-dən 77-yə çatan tanınmış aktyorları, universitet müəllimləri, yazarları, elm adamları, peşəkar və həvəskar teatrların nümayəndələri, hətta sayı 30-40 çatan heyətlə truppalar  gəlir. 

Dionis Düşərgəsinin əsas oyun yeri  çinarların altında qurulan açıq hava səhnəsidir.  Eni 10,uzunu isə 20 metrə yaxın olan bu daş səhnə yerdən bir metr hündürlüyündədir. Burda hər janrda oyunlar: böyüklər və uşaqlar üçün tamaşalar, kukla oyunları, Türkiyədə bu gün də aktyor sənətinin bir qolu kimi yaşayan meddah (məddah) göstəriləri, həvəskarların yetişməsi üçün "yaradıcı drama"  deyilən kollektiv çalışmalar, improvizə (doğaclama) ustalığı, teatrla, yazarlıqla, rejissorluqla, müasir teatr üslubları, metodları, məktəbləri, musiqi, pontamima, küçə teatrı, meydan oyunu, rəssamlıq, qrim, dekorativ tətbiqi sənət   və digər sahələrlə bağlı söhbətlər praktik şəkildə, əyani göstərməklə   təqdim edilir. Özü də peşəkar səviyyədə. Müxtəlif ölkələrdən gələn sənət adamlarını nəzərə alsaq, bu həm də biri-birinə mədəniyyətlərin təqdimatı, qarşılıqlı sənət mübadiləsidir. 

Ən gözəli isə dünyada paranın (pulun) ilk basıldığı Lidiya krallığının paytaxtı Sardesdə on gün davam edən teatr düşərgəsi-şənliyində sənət naminə hər şey iştirakçılara və Srat kəndinin sakinlərinə müftə-müsəlləm  təqdim edilir. Halbuki, buradakı hocalar, müəllimlər, özəl teatrların kollektivləri bu işdən başqa vaxt yetərincə qazanc əldə edilər. Bir sözlə, Rasim Aşının təşəbbüsü ilə Dionisin doğulduğu kənddə (əslində qədim Lidiya krallığının paytaxtı olan tarixi bir məkanda) sənət naminə hər kəs öz kisəsində olanı təmənnasız paylaşır. 

Naxçıvan Dövlət Milli Dram Teatrının kollektivi də 2023-cü ildə İzmir qastrolu zamanı bu şənliyə Mehmet Ümit Görgülünün "Cibimizdəki dəlilik"  oyunu ilə qatılıb. Buradakı uğurlu çıxışdan sonra teatrımız düşərgədə iştirak edən sənət adamları tərəfindən bir neçə dəfə Dənizli, izmir, Trabzon, Samsun şəhərlərində keçirilən festivallara dəvət alıb. Ondan sonra isə 3 ildir ki mən də biliklərimi yeniləmək üçün bu "teatr institutuna" gəlirəm. 

Yaxınlığında suyunda qızıl zərrəcikləri axan Patolos (Sartçayı) çayı axan bir məkanda salınan düşərgədə isə hər kəs özü ilə gətirdiyi çadırda, ya da "karavan" deyilən yataqlı xüsusi avtomobil qoşqularında qalırlar. Yemək-içmək hər şey iməci-kollektiv əməyin səyi ilə həll olunur. Hər kəs varını süfrəyə qoyur. Sanki bir zamanlar Nizami Gəncəvinin əsərlərində təsvir olunan bərabər hüquqlu cəmiyyətin mini modelini burada görürsən. Hər kəs səliqə-səhmana diqqət edir, məşğələlərin, tamaşaların  arasındakı fasilədə mətbəx, təmizlik işləri ilə könüllü  məşğul olunur, hətta Sart kəndinin sakini , özü də həvəskar aktrisa, yazar, meddah olan Gülgün Yalavac və digərləri arada geniş ürəkləri qədər zəngin olar xeyriyyə süfrəsi açıb hər kəsi bir masa ətrafına toplayırlar. Necə olsa, ortada hər kəsi birləşdirən bir məqsəd- Teatr sənəti dayanır. 

Mən 3 ildir ki qatıldığım bu düşərgədə insanların , sənət adamlarının birliyini gördüm. Bu isə teatrın gələcəyi, inkişafı və əldə edilən təcrübənin yayılması, paylaşması üçün  bütün bu işlərdə demək olar ki, tək çalışan (amma yanında Sartdan olan  17 yaşlı Mustafa Karaslan və  gənclər də var) Rasim Aşının deyil, ümumiyyətlə Teatrın, sənətin gücüdür. Çünki ən rahat evlərdən, villalardan, şəhərlərdən, mərkəzlərdən gəlib təbiətin qoynunda minimal şəraitlə təmin edilən düşərgə həyatını  bir neçə günlük, dostlarla, sənətdaşlarla  həzz ilə yaşayan insanları birləşdirən məhz sənət yanğısı və sənət möcüzəsidir.

Bilirsiniz burada ən çətin nədir- sonda qazandığın dostlardan, səmimi insanlardan ayrılmaq! Özü də çox çətindir.  Hər halda yol nə qədər uzaq olsa da bu yaradıcılıq dolu gündüzləri və tamaşa, konsert, oyun dolu gecələri gəlib yaşamağa dəyər. Yaşasın Teatr!

Səməd Canbaxşiyev
Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti
Naxçıvan Dövlət Milli Dram Teatrının direktor müavini 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:163
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 08 Avqust 2025 17:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfir: İsrail Orta Dəhlizlə bağlı Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır

09 Sentyabr 2026 19:08see300

Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir

09 Sentyabr 2026 21:37see274

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

10 Sentyabr 2026 14:40see267

2002 ci ildən bəri ilk dəfə: Avro əskinasları tamamilə dəyişdiriləcək

09 Sentyabr 2026 17:42see267

Rəhman Mustafayev Bakı və Moskva münasibətlərinin inkişafı üçün yeni imkanları açıqladı

09 Sentyabr 2026 21:17see266

Bu meyvələrin qabığını yemək olarmı?

10 Sentyabr 2026 02:06see248

İsrailin Müdafiə Nazirindən SƏRT BƏYANAT: Təhlükəsizlik zonasını tərk etməyəcəyik

10 Sentyabr 2026 01:23see247

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

10 Sentyabr 2026 01:56see245

Bakıda avtobuslarla bağlı ŞOK RƏQƏM: Sentyabrın sonundan etibarən...

09 Sentyabr 2026 19:21see244

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

10 Sentyabr 2026 14:38see241

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

10 Sentyabr 2026 06:30see239

Mingəçevirdə çarəsiz qalan ata: 1 yaşlı övladımın müalicəsinə kömək edin VİDEO

09 Sentyabr 2026 21:16see234

Miqrantlar əvvəlcə rus dilini və mədəniyyətini öyrənəcəklər Yeni model açıqlanıb

10 Sentyabr 2026 16:09see220

Ayaqlarda gizildəmə, yanmanın səbəbləri

10 Sentyabr 2026 16:06see214

Pəhrizdə 20 faiz sevdiyiniz qidalara yer ayıra bilərsiniz Həkimdən AÇIQLAMA

10 Sentyabr 2026 09:12see204

Gündə 50 qramdan artıq yemək zərərlidir

10 Sentyabr 2026 20:37see189

Tez yuxuya getmək yuxu çatışmazlığının əlaməti ola bilər Nevroloq xəbərdarlıq etdi

10 Sentyabr 2026 22:16see188

Süni intellekt qida təhlükəsizliyini yoxlayacaq

10 Sentyabr 2026 18:14see187

Arxası üstə yatmaq kimlər üçün təhlükəlidir?

10 Sentyabr 2026 09:50see171

AZAL təyyarəsi ilə bağlı bütün məsələlər tamamilə həll olunub Rəhman Mustafayev

09 Sentyabr 2026 20:28see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri