Icma.az
close
up
RU
Naxçıvandan başlayan israfçılığa “YOX” hərəkatı ölkə boyu yayılır TƏHLİL

Naxçıvandan başlayan israfçılığa “YOX” hərəkatı ölkə boyu yayılır TƏHLİL

Icma.az xəbər verir, Sherg.az saytına əsaslanaraq.

Hacı Atif İsmayılov: “İsrafın qarşısı alınırsa, bu dini baxımdan da təqdir olunmalıdır”


 Bölgələr dəbdəbəli yas mərasimlərindən bir-bir imtina edir. Zəngin ehsan süfrələrinin açılmasına qadağa qoyan ilk Naxçıvan oldu. Naxçıvan ənənəsinə uzun müddət, necə deyərlər, qıyqacı baxıldı. Amma getdikcə çoxları anladı ki, dəbdəbəli yas mərasimləri, zəngin ehsan süfrələrinin açılması əhalinin ziyanınadır, rəhmətə getmiş şəxsə də bir faydası yoxdur. 

Odur ki Naxçıvan ənənəsi getdikcə yayıldı. İsmayıllı, İmişli, Samux rayonlarında yas mərasimlərində yemək verilməsi ləğv edildi. Növbəti xəbərsə Göygöl rayonundandır. Məlumata görə, Göygöl rayonu və kəndlərində də yas mərasimlərində ehsan verilməsi ləğv edilib. Bu barədə yerli sakinlər məlumat verib.Bildirilib ki, ağsaqqalların ümumi qərarı ilə yas mərasimində təkcə çay süfrəsi açılır və dəbdəbəli yemək süfrəsi ləğv olunub. Bakıətrafı bir neçə kənddə də oxşar qaydalar tətbiq edilib. Məsələn, Fatmayı kəndində divara “Ağsaqqalların ümumi qərarı ilə kənddə ehsan süfrələri ləğv edilib”, yazılı məlumatına rast gəlinir. Lakin problem hələ də tam həllini tapmayıb. Elə regionlar, kəndlər var ki qəti qərar verərək ehsan süfrələrinin ləğvini dəstəkləyib. Elələri də var ki bunu insanların öz seçiminə  qoyur. Bəzi yerlərdə ehsan süfrələrinin açılması, xörək bişirilməsi adəti hələ də qalmaqdadır. Paytaxtda da ehsan süfərlərinə fərqli yanaşmalar görünür. Hətta “Təzə Pir” məscidi, “Əjdər bəy” məscidinin yas mərasimi zallarında və digər mərasim evlərində də ehsan süfrələrinin açılması ənənəsi davam edir. Xatırladaq ki, Milli Məclisin Regional Məsələlər Komitəsinin sədri Siyavuş Novruzov parlamentdəki çıxışlarının birində  yas mərasimlərinin qanuna, dini ayinlərə və İslam qaydalarına uyğun şəkildə keçirilməli olduğunu bildirmişdi: “İnsanları narahat edən dəbdəbəli ehsanların verilməsi, süfrəyə müxtəlif meyvələrin düzülməsi israfçılıqdır. ...Ayrı-ayrı yerlərdə bu məsələlər artıq öz həllini tapıb. Vaxtilə biz bu məsələlərin üstündə ciddi durduqdan sonra yas müddəti qısaldıldı. Artıq mərasimlər dəfn, 3,7, 40 və il olmaqla yekunlaşır. Biz hətta yas müddəti məsələsini də qoymuşduq ki, 15 dəqiqədən artıq olmasın. Bu məsələlərdə insanların kifayət qədər vaxtı gedir. İnsanlar orada oturmaqla nəyəsə nail olmur. Sadəcə, başsağlığı verdikdən sonra oranı tərk edə bilər. Ucqar rayonlarda olan yaslara getmək üçün elə vaxt olur ki, insanlar 2 gününü itirir. Bu barədə də biz bildirmişdik ki, sadəcə, başsağlığı verməklə bu məsələlər həll oluna bilər. Məqsəd münasibətini bildirməkdirsə, oraya gedib-gəlməyə ehtiyac yoxdur. Bu, yas sahibi üçün də çətindir, hər adamı qarşılamalı, yola salmalı, yemək işləri ilə məşğul olmalı olur. O baxımdan hesab edirəm ki, bu məsələyə qayıdılmalıdır. Bu məsələ ilə bağlı mütləq maarifləndirmə tədbirləri olmalıdır. Xüsusilə ziyalılar bu məsələyə toxunmalı, Milli Məclisin deputatları bu məsələni gündəliyə gətirməlidirlər”.  


İlahiyyatçı Hacı Atif İsmayılov “Sherg.az”a açıqlamasında bildirdi ki, ehsan süfrələrinin getdikcə qadağan edilməsi islamda bəyənilməyən əməl hessab edilən israfçılığın qarşısının alınmasına yönəlirsə, təqdir olunmalıdır: 

- Dinimizin qaydası budur ki, rəhmətə getmiş insanın doğmalarına, ailəsinə 3 gün müddətində başsağlığı verilməlidir. Əgər sonrakı günlər doğmalara başsağlığı vermək həmin insanlara kədərlərini xatırladacaq və onları mütəəssir edəcəksə, başsağlığı vermək, o insanlara yaşadıqları kədəri, itikini yenidən yaşatmaq caiz deyil, bəyənilmir. İslam peyğəmbəri Muhəmməd əleyhissalama aid ediən hədislərdən birində buyurulur ki, rəsulullah “rəhmətə getmiş şəxsin ailəsinə başsağlığı verin, yas evinə yemək bilirib aparın, çünki onlar dərd,kədər içindədirlər”, deyilir. Vəfat etmiş şəxsin ailəsinə, doğmalarına yardım etmək, acılarını, qəm-qüssələrini azaltmaq tövsiyə edilir, daha gedib məçlisdə əyləşib, “görək qarşımıza nəı qoyulacaq, necə ehsan veriləcək” deyib də, dərdli insanları əlavə xərcə salmaq, çətinliklə üzləşdirmək yox. Yas mərasimləri islam qaydalarına uyğun keçirilməlidir. İsrafçılıq qətiyyən bəyənilmir. Mərasimlərdə "Qurani-Kərim" oxunmalı, dinimizin daşıdığı xeyirxah missiya toplaşanların nəzərinə çatdırılmalıdır. Mərhumun ailəsinə əlavə əziyyət verilməməlidir. Bəzən insanlar geniş şəkildə yas mərasimi, ehsan süfrələri təşkil edir, yüksək məbləğdə başdaşı hazırladır, amma baxırsan ki, borca düşüb, maddi vəziyyəti ağırlaşıb. Bu məsələlərdə sadəlik, tövazökarlıq əsas ölçü, meyardır. Gərək insanlarımız bir-birinə qarşı anlayışlı davransınlar, maddi durumu aşağı səviyyədə olanları nəzərə alıb dəbədəbəli məclislərdən imtina etsinlər. Bunlar əhalinin özü tərəfindən tənzimlənməli məsələlərdir. Belə olarsa, cəmiyyətdə qarşılıqlı hörmət daha da möhkəmlənər. 

İlahiyyatçı "Qurani-Kərim"dən misal gətirərək bildirdi ki, dinimiz hər bir işdə həddi gözləməyi tövsiyə edir: 

- Müqəddəs kitabda Rəbbimiz buyurur ki, Allah həddi aşanları sevməz.  İslam bərabərlik, qardaşlıq, əmin-amanlıq dinidir. Rəbbimiz “bu dünya ötəri, keçici həvəsdir, axirəti düşünün”, buyurur, amma bəzi insanlar rəhmətə getmiş şəxsin adına dəbdəbəli ehsan süfrələri  açır, bər-bəzəkli baş daşı, qəbirüstü abidə düzəldir. Bunların heç birinin rəhjmətə getmiş şəxsə faydası yoxdur. İnsan bu dünyadan özüylə əməllərini aparır. Ehsan süfrələri təşkil edənlər arasında isə borca düşənlər,  sıxıntı içində qalanlar olur.  

Məlahət Rzayeva

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:121
embedMənbə:https://sherg.az
archiveBu xəbər 30 İyun 2025 16:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see243

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see237

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see215

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see211

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see180

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see165

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see160

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see153

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see152

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see148

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see147

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see144

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see141

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see140

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see138

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see137

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see135

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see132

Belarus qapıçı Azərbaycanda rekorda imza atıb

28 Dekabr 2025 16:54see131

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri