Icma.az
close
up
RU
Naxçıvandan Qarsa səyahət müddəti bu qədər olacaq

Naxçıvandan Qarsa səyahət müddəti bu qədər olacaq

Icma.az bildirir, Axar.az saytına əsaslanaraq.

Naxçıvandan Qarsa səyahət müddətini 85 dəqiqəyə endirəcəyini nəzərdə tutan Türkiyəni Azərbaycanla birləşdirəcək Qars-İğdır-Naxçıvan dəmir yolu layihəsi artıq icra mərhələsindədir.

Axar.az xəbər verir ki, bunu Report-a müsahibəsində layihə rəhbəri Osman Beserek bildirib.

Onun sözlərinə görə, gələcəkdə Bakı-Tiflis-Qars (BTQ) dəmir yolu xətti ilə inteqrasiya olunması planlaşdırılan bu marşrut, Avropa və Asiya arasında ticarət əlaqələrini genişləndirəcək, beynəlxalq yük daşımalarında yeni perspektivlər yaradacaq:

"Layihənin icrası, beynəlxalq ticarət və logistika sahəsində mühüm dönüş nöqtəsi hesab olunur".

O. Beserek vurğulayıb ki, bu marşrut mövcud BTQ dəmir yolu xəttinə alternativ kimi nəzərdə tutulub və Orta Asiya ilə Avropa arasında sərnişin daşımalarının müddətini 18 gündən 12 günə endirəcək.

Onun sözlərinə görə, layihə çərçivəsində Türkiyə ərazisində 5 stansiya inşa ediləcək: Digor, Tuzluca, İğdır, Aralıq və Dilucu. Əlavə stansiyaların tikintisi ilə bağlı təkliflər hazırlanır. Hazırda əsas işlər İğdır şəhərində aparılır".

Bildirilir ki, Qars-İğdır-Naxçıvan dəmir yolu xəttinin uzunluğu 224 kilometrə yaxın olacaq.

"Tikinti üçün bir neçə baza qurulacaq, onlardan biri artıq İğdır şəhərində inşa edilir. Burada işlər sürətlə davam edir və yekunlaşdıqdan sonra dəmir yolu xəttinin tikintisinə start veriləcək", - layihə rəhbəri bildirib.

O əlavə edib ki, layihə tam elektrikləşdirilmiş və siqnallaşdırılmış ikizolaqlı dəmir yolu xəttini əhatə edir və 5 il ərzində tamamlanması planlaşdırılır.

O.Beserek qeyd edib ki, layihə çərçivəsində 3 viyadük inşa ediləcək (ümumi uzunluğu təxminən 2 800 metr), 5 tunel tikiləcək (ümumi uzunluğu 11,3 km), 10 körpü, 480 menfez, 145 alt keçid, 27 üst keçid, 19 açılıb-bağlanan keçid inşa olunacaq:

“Bununla yanaşı, bir çox ərazidə torpaq möhkəmləndirmə və qazma-doldurma işləri aparılacaq. Qars-İğdır-Naxçıvan dəmir yolu Zəngəzur dəhlizinin bir hissəsidir və yalnız Türkiyə ilə Azərbaycanı birləşdirməklə kifayətlənmir, eyni zamanda qlobal nəqliyyat və ticarət marşrutlarının əsas arteriyalarından birinə çevriləcək".

O. Beserek əlavə edib ki, Qars-İğdır-Dilucu layihəsinin davamı olaraq Naxçıvan bölgəsində Vəli Dağı və Ordubad arasında mövcud olan 177 km-lik dəmir yolu xətti yenidən qurulacaq:

"Hazırda təkzolaqlı olan bu xəttin ikizolaqlıya çevrilməsi nəzərdə tutulub. Daha sonra Zəngəzur dəhlizində sıfırdan 45 km-lik yeni bir dəmir yolu xətti inşa ediləcək. Bundan əlavə, Ağbənd-Füzuli-Horadiz xəttində 110 km-lik marşrutun 85 km-i artıq tamamlanıb və tikinti işləri davam edir. Artıq Horadiz-Bakı xətti fəaliyyət göstərir, bu isə layihənin Azərbaycanın əsas nəqliyyat şəbəkəsinə birbaşa inteqrasiyasını təmin edəcək".

Onun sözlərinə görə, Qars-İğdır-Naxçıvan dəmir yolu xətti istifadəyə verildikdən sonra burada saatda 160 km sürətlə hərəkət edən qatarlar işləyəcək:

"Beləliklə, bu qatarlar təkcə Azərbaycan və Türkiyə arasında ticarət yükünü deyil, həm də insanların ümidini və qlobal bazarların ehtiyaclarını daşıyacaq".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://axar.az
archiveBu xəbər 22 Mart 2025 17:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see340

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see325

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see319

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see318

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see290

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see289

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see284

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see276

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see258

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see251

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see249

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see241

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see240

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see236

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see230

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see210

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see199

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see190

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see182

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri