Icma.az
close
up
RU
Naxçıvanın enerji sistemində yeni mərhələ, bir ildə nələr dəyişib?

Naxçıvanın enerji sistemində yeni mərhələ, bir ildə nələr dəyişib?

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 22 noyabr, AZƏRTAC

Bir il əvvəl - 2024-cü il noyabrın 23-də Prezident İlham Əliyevin 235 nömrəli Fərmanına əsasən, Naxçıvan Dövlət Energetika Xidmətinin enerjinin istehsalı və ötürülməsi funksiyaları “Azərenerji” ASC-yə həvalə edilib. Fərmanın icrası məqsədilə ötən bir il ərzində Naxçıvan Muxtar Respublikasında enerji sisteminin yenilənməsi və müasirləşdirilməsi istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilib. Cəmiyyətin balansında “Naxçıvan Enerji” MMC yaradılıb, yeni struktur formalaşdırılıb və 400-dən çox yerli mütəxəssis işlə təmin olunub.

Bu barədə AZƏRTAC-a “AzərEnerji” ASC-dən məlumat verilib.

Bildirilib ki, “Azərenerji” ASC tərəfindən “Naxçıvan Muxtar Respublikasının Elektroenergetika Strategiyası” əsasında “2025–2027-ci illər üzrə Reabilitasiya və Yenidənqurma Tədbirləri” hazırlanıb. Strategiyanın icrası çərçivəsində Naxçıvanın enerji təchizatında mühüm rol oynayan bir neçə yarımstansiyanın yenidən qurulmasına başlanılıb. Hazırda 110 kV-luq “Naxçıvan”, 154/110/10 kV-luq “Babək” və 110/35/10 kV-luq “Çeşməbasar” yarımstansiyalarında tikinti işləri müasir mühəndislik həlləri və beynəlxalq təhlükəsizlik standartlarına uyğun olaraq aparılır. 110/35/10 kV-luq “Naxçıvan” yarımstansiyası muxtar respublikanın ilk qapalı tipli yarımstansiyası olacaq ki, bu da enerji infrastrukturunun təhlükəsizliyini və idarəolunma səviyyəsini əhəmiyyətli dərəcədə artıracaq. Eyni zamanda, 132/110/35/10 kV-luq “Yeni Culfa” yarımstansiyasında istismara hazırlıq işləri yekun mərhələdədir.

Enerji idarəetməsinin rəqəmsallaşdırılması sahəsində də mühüm addımlar atılır. “Naxçıvan Enerji” MMC-nin inzibati binası, Regional Rəqəmsal İdarəetmə və SCADA Mərkəzinin tikintisi sürətlə davam etdirilir. Layihə çərçivəsində beton işlərinin böyük hissəsi artıq tamamlanıb, dəmir-armatur örtüklərinin montajı aparılır. Tikinti qrafikinə uyğun olaraq beton işlərinin bu ilin sonunadək başa çatdırılması planlaşdırılır.

Bununla paralel olaraq, ötürücü şəbəkənin tam modernləşdirilməsi istiqamətində genişmiqyaslı yenilənmə işləri həyata keçirilir. Ötən əsrin 50-ci illərində inşa edilmiş və istismar üçün yararsız vəziyyətə düşmüş hava elektrik xətlərinin mərhələli şəkildə yenidən qurulması davam edir. İlk mərhələdə ümumi uzunluğu 69 kilometr olan ikidövrəli 110 kV-luq “Culfa”, “Ordubad-1” və “Ordubad-2” xətlərinin yeni infrastrukturu tikilir. Culfa və Ordubad istiqamətlərində köhnə dayaqlar müasir anker və aralıq dayaqları ilə əvəzlənir, basdırılmış dayaqlar üzərində hava elektrik verilişi xətlərinin çəkilişi və izolyasiya-mühafizə sistemlərinin quraşdırılması intensiv şəkildə aparılır.

Bu layihələr təkcə enerji infrastrukturunun yenilənməsi ilə məhdudlaşmır, həm də regionun sosial-iqtisadi inkişafına mühüm töhfə verir. Tikinti meydançalarında 200-ə yaxın yerli sakin işlə təmin olunub, yüzlərlə mühəndis, texniki işçi, nəzarət və logistika mütəxəssisi prosesə cəlb edilib. Bu isə həm müvəqqəti, həm də daimi iş yerlərinin açılması ilə Naxçıvan əhalisinin məşğulluq imkanlarını genişləndirib.

Enerji təhlükəsizliyinin yüksəldilməsi istiqamətində daha böyük layihələr də nəzərdə tutulur. “Azərenerji” ASC yaxın illərdə Naxçıvanda 400/330/110/35/10 kV-luq “Çevirici” yarımstansiyanın tikintisini planlaşdırır. Bu yarımstansiya vasitəsilə Naxçıvandan Türkiyəyə ikidövrəli 400 kV-luq elektrik verilişi xəttinin çəkilməsi, Azərbaycan–Türkiyə–Avropa enerji qovşağının yaradılması və Cəbrayıl–Naxçıvan–Ağrı xətti üzərindən Avropa enerji bazarlarına birbaşa çıxış imkanlarının formalaşdırılması nəzərdə tutulur. Həmçinin Ordubad rayonundan Türkiyə sərhədinə qədər 100 kilometr hissədə 330 kV-luq “Cəbrayıl–Naxçıvan” və 67 km hissədə 400 kV-luq “Naxçıvan–Türkiyə” xətlərinin trassasının topoqrafik plana alınması üçün mühəndis geoloji və geodeziya işləri həyata keçirilib.

Bununla yanaşı, 110 kV-luq “Naxçıvan-1”,“Naxçıvan-2”, “Naxçıvan-3”,“Sementzavod-2” hava xətlərinin yaşayış məntəqələrindən keçən 5,2 kilometrlik hissəsi yeraltı kabel xətləri ilə əvəzlənəcək ki, bu da təhlükəsizliyi artırmaqla yanaşı, şəhər mühitində infrastrukturun daha səliqəli və dayanıqlı olmasına imkan verəcək.

Muxtar Respublikanın “Yaşıl enerji” zonası elan olunması Naxçıvanda aparılan enerji layihələrinə yeni strateji məzmun qazandırır. Bərpaolunan enerji mənbələrindən səmərəli istifadə regionun enerji balansında mühüm rol oynayır. Hazırda “Azərenerji” ASC-nin tərkibində fəaliyyət göstərən “Naxçıvan Enerji” MMC-nin istismar sahəsində beş su elektrik stansiyası, üç Günəş elektrik stansiyası, bir külək elektrik stansiyası və bir hibrid – Külək–Günəş Elektrik Stansiyası mövcuddur. Bu infrastrukturun fəaliyyəti nəticəsində muxtar respublikada istehsal olunan elektrik enerjisinin təxminən 50 faizi yaşıl enerjinin payına düşür.

“Azərenerji” tərəfindən Naxçıvanda həyata keçirilən yenidənqurma və modernləşdirmə layihələri təkcə mövcud enerji infrastrukturunu gücləndirmir, həm də muxtar respublikanın gələcək inkişaf trayektoriyasını müəyyənləşdirir. Bütün bunlar Prezident İlham Əliyevin müvafiq Fərmanının icrasının real nəticələrinin artıq aydın şəkildə hiss olunduğunu və Naxçıvanın enerji sektorunun keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu göstərir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:230
embedMənbə:https://azertag.az
archiveBu xəbər 22 Noyabr 2025 11:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see472

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see293

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see284

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see283

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see269

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see260

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see254

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see253

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see239

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see237

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see223

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see223

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see222

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see221

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see220

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see219

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see215

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see209

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see204

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri