Icma.az
close
up
RU
Naxçıvanın enerji sistemində yeni mərhələ Bir ildə nələr dəyişib?

Naxçıvanın enerji sistemində yeni mərhələ Bir ildə nələr dəyişib?

Qafqazinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bir il əvvəl – 2024-cü il 23 noyabr tarixində Prezident İlham Əliyevin 235 nömrəli Fərmanına əsasən, Naxçıvan Dövlət Energetika Xidmətinin enerjinin istehsalı və ötürülməsi funksiyaları “Azərenerji” ASC-yə həvalə edilib.

“Qafqazinfo” xəbər verir ki, fərmanın icrası məqsədilə ötən bir il ərzində Naxçıvan Muxtar Respublikasında enerji sisteminin yenilənməsi və müasirləşdirilməsi istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilib.

Cəmiyyətin balansında “Naxçıvan Enerji” MMC yaradılıb, yeni struktur formalaşdırılıb və 400-dən çox yerli mütəxəssis işlə təmin olunub.

Bununla yanaşı, “Azərenerji” ASC tərəfindən “Naxçıvan Muxtar Respublikasının Elektroenergetika Strategiyası” əsasında “2025–2027-ci illər üzrə Reabilitasiya və Yenidənqurma Tədbirləri” hazırlanıb. Strategiyanın icrası çərçivəsində Naxçıvan Muxtar Respublikasının enerji təchizatında mühüm rol oynayan bir neçə yarımstansiyanın yenidən qurulmasına başlanılıb. Hazırda 110 kV-luq “Naxçıvan”, 154/110/10 kV-luq “Babək” və 110/35/10 kV-luq “Çeşməbasar” yarımstansiyalarında tikinti işləri müasir mühəndislik həlləri və beynəlxalq təhlükəsizlik standartlarına uyğun olaraq aparılır. Qeyd edək ki, 110/35/10 kV-luq “Naxçıvan” yarımstansiyası muxtar respublikanın ilk qapalı tipli yarımstansiyası olacaq ki, bu da enerji infrastrukturunun təhlükəsizliyini və idarəolunma səviyyəsini əhəmiyyətli dərəcədə artıracaq. Eyni zamanda, 132/110/35/10 kV-luq “Yeni Culfa” yarımstansiyasında istismara hazırlıq işləri yekun mərhələdədir.

Enerji idarəetməsinin rəqəmsallaşdırılması sahəsində də mühüm addımlar atılır. “Naxçıvan Enerji” MMC-nin inzibati binası, Regional Rəqəmsal İdarəetmə və SCADA Mərkəzinin tikintisi sürətlə davam etdirilir. Layihə çərçivəsində beton işlərinin böyük hissəsi artıq tamamlanıb, dəmir-armatur örtüklərinin montajı aparılır. Tikinti qrafikinə uyğun olaraq beton işlərinin bu ilin sonunadək başa çatdırılması planlaşdırılır.

Bununla paralel olaraq, ötürücü şəbəkənin tam modernləşdirilməsi istiqamətində genişmiqyaslı yenilənmə işləri həyata keçirilir. Ötən əsrin 50-ci illərində inşa edilmiş və istismar üçün yararsız vəziyyətə düşmüş hava elektrik xətlərinin mərhələli şəkildə yenidən qurulması davam edir. İlk mərhələdə ümumi uzunluğu 69 km olan ikidövrəli 110 kV-luq “Culfa”, “Ordubad-1” və “Ordubad-2” xətlərinin yeni infrastrukturu tikilir. Culfa və Ordubad istiqamətlərində köhnə dayaqlar müasir anker və aralıq dayaqları ilə əvəzlənir, basdırılmış dayaqlar üzərində hava elektrik verilişi xətlərinin çəkilişi və izolyasiya-mühafizə sistemlərinin quraşdırılması intensiv şəkildə aparılır.

Bu layihələr təkcə enerji infrastrukturunun yenilənməsi ilə məhdudlaşmır, həm də regionun sosial-iqtisadi inkişafına mühüm töhfə verir. Tikinti meydançalarında 200-ə yaxın yerli sakin işlə təmin olunub, yüzlərlə mühəndis, texniki işçi, nəzarət və logistika mütəxəssisi prosesə cəlb edilib. Bu isə həm müvəqqəti, həm də daimi iş yerlərinin açılması ilə Naxçıvan əhalisinin məşğulluq imkanlarını genişləndirib.

Enerji təhlükəsizliyinin yüksəldilməsi istiqamətində daha böyük layihələr də nəzərdə tutulur. “Azərenerji” ASC yaxın illərdə Naxçıvanda 400/330/110/35/10 kV-luq “Çevirici” yarımstansiyanın tikintisini planlaşdırır. Bu yarımstansiya vasitəsilə Naxçıvandan Türkiyəyə ikidövrəli 400 kV-luq elektrik verilişi xəttinin çəkilməsi, Azərbaycan–Türkiyə–Avropa enerji qovşağının yaradılması və Cəbrayıl–Naxçıvan–Ağrı xətti üzərindən Avropa enerji bazarlarına birbaşa çıxış imkanlarının formalaşdırılması nəzərdə tutulur. Həmçinin Ordubad rayonundan Türkiyə sərhədinə qədər 100 km hissədə 330 kV-luq “Cəbrayıl–Naxçıvan” və 67 km hissədə 400 kV-luq “Naxçıvan–Türkiyə” xətlərinin trassasının topoqrafik plana alınması üçün mühəndis geoloji və geodeziya işləri həyata keçirilib.

Bununla yanaşı, 110 kV-luq “Naxçıvan-1”, “Naxçıvan-2”, “Naxçıvan-3”, “Sementzavod-2” hava xətlərinin yaşayış məntəqələrindən keçən 5,2 km-lik hissəsi yeraltı kabel xətləri ilə əvəzlənəcək ki, bu da təhlükəsizliyi artırmaqla yanaşı, şəhər mühitində infrastrukturun daha səliqəli və dayanıqlı olmasına imkan verəcək.

Muxtar Respublikanın “Yaşıl enerji” zonası elan olunması Naxçıvanda aparılan enerji layihələrinə yeni strateji məzmun qazandırır. Bərpa olunan enerji mənbələrindən səmərəli istifadə regionun enerji balansında mühüm rol oynayır. Hazırda “Azərenerji” ASC-nin tərkibində fəaliyyət göstərən “Naxçıvan Enerji” MMC-nin istismar sahəsində beş su elektrik stansiyası, üç günəş elektrik stansiyası, bir külək elektrik stansiyası və bir hibrid – Külək–Günəş Elektrik Stansiyası mövcuddur. Bu infrastrukturun fəaliyyəti nəticəsində muxtar respublikada istehsal olunan elektrik enerjisinin təxminən 50 faizi “yaşıl enerji”nin payına düşür.

“Azərenerji” tərəfindən Naxçıvanda həyata keçirilən yenidənqurma və modernləşdirmə layihələri təkcə mövcud enerji infrastrukturunu gücləndirmir, həm də muxtar respublikanın gələcək inkişaf trayektoriyasını müəyyənləşdirir. Bütün bunlar Prezident İlham Əliyevin müvafiq Fərmanının icrasının real nəticələrinin artıq aydın şəkildə hiss olunduğunu və Naxçıvanın enerji sektorunun keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu göstərir.











Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:260
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 22 Noyabr 2025 10:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see374

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see341

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see337

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see333

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see315

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see307

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see296

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see295

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see283

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see265

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see265

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see247

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see238

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see236

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see233

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see221

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see215

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see207

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see187

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri