Naxçıvanın qol güləşi üzrə ən güclüləri müəyyənləşib
Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Qol güləşi üzrə Naxçıvan Muxtar Respublika birinciliyi keçirilib.
XQ xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə gənclər arasında qol güləşi üzrə muxtar respublika birinciliyi təşkil olunub.
Yarış "Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq!" devizi altında İlham Əliyev adına Olimpiya İdman kompleksində 27 idmançının iştirakı ilə reallaşıb.
Yarışın nəticələrinə əsasən, Polad Allahverdiyev (55 kq), Rəvan Abbaslı (63 kq), Fəzli Əliyev (70 kq), Əli Kərimli (78kq), İsfəndiyar Məhərrəmli (86 kq), Turan Oruclu (95 kq), və Mətin Oruclu (95+kq) qalib olub.
Yarışda fərqlənən idmançılar diplom və medallarla mükafatlandırılıblar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:142
Bu xəbər 28 Avqust 2026 19:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















