Icma.az
close
up
RU
Menu

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

В Центральном таможенном госпитале состоялась встреча со специалистами, имеющими учёную степень

“Yeni pandemiya qaçılmazdır” ÜST rəhbəri xəbərdarlıq etdi

Mənzil almazdan əvvəl bunu bilməlisiniz Hansı evlər dəyər itirə BİLƏR?

Cəmiyyətlə münasibətlərdə həssaslıq və böhranlara hazırlıq PR mütəxəssisi nələri bilməlidir

İdarə sədri: İçərişəhərdə tunellərin başlanğıc nöqtələri bəllidir, bu yaxınlarda yerin altında çox maraqlı tikili aşkarlamışıq MÜSAHİBƏ

Deniz Baysal və Barış Yurtçu 7 illik evliliklərini bitirdilər

Ölümdən sonra insanı nə gözləyir?

Əməkdar artistin oğlu və gəlini belə görüntüləndi (Video)

Ağıllı iqtisadiyyatın formalaşdırılmasında süni intellektin rolu müzakirə olunub

Məcnun Məmmədov panel sessiyada çıxış etdi Fotolar

Aleksandr Plyuşşenko Batumidə Qran pridə 10 cu oldu

ERMƏNİ KİLSƏSİNDƏ “ƏCƏL ZƏNGİ” ÇALINIR Paşinyan Qaregini devirə biləcəkmi?

Ötən onilliklərin solmayan kinolentləri

Azərbaycanda səhiyyə üçün xüsusi mərkəzlər yaradıla bilər

Yeni pandemiya añ məsələsidir ÜST rəhbərindən dünyanı şoka salan BƏYANAT

Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi

Bərpaolunan enerji layihələrinə investisiyaların cəlbi müzakirə olunub

Yeni 100 manatlıqlar niyə terminallarda qəbul edilmir? Mərkəzi Bankdan AÇIQLAMA

WP: ABŞ kəşfiyyatı Səudiyyə Ərəbistanının nüvə silahı yaratmaq ehtimalını istisna etmədiyini düşünür

Naxçıvanın ən böyük ziyarətgahı

Naxçıvanın ən böyük ziyarətgahı

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Heydər Əliyev Muzeyinin xatirələr kitabından

Naxçıvan şəhərinin mərkəzi meydanında gözəl memarlıq quruluşu ilə diqqəti cəlb edən Heydər Əliyev Muzeyi ölkəmizdə dahi şəxsiyyətin sağlığında yaradılmış ilk muzeydir. 1999-cu il fevralın 18-də istifadəyə verilən muzeyi o zaman Azərbaycan Prezidenti olan Ümummilli liderin özü də həmin ilin oktyabr ayında ziyarət etmişdir.

Muzey fəaliyyətə 450 eksponatla başlayıb, hazırda isə onların sayı 5700-dən çoxdur. Ziyarətçilər burada dahi rəhbərin ictimai-siyasi fəaliyyəti, keçdiyi şərəfli həyat yolunu özündə əks etdirən materiallar, qəbul etdiyi tarixi qərar və sərəncamlar, imzalanmış protokol və müqavilələr, məktub və teleqramlar, istifadə etdiyi xatirə əşyaları ilə yaxından tanış olmaq imkanı əldə edirlər. Eyni zamanda görkəmli dövlət xadiminin muzey ziyarəti zamanı çəkilmiş tarixi fotoları da buradakı ekspozisiyada nümayiş etdirilir.

“26 ildir ki, Naxçıvana gələn nüfuzlu, xüsusi statuslu qonaqların ilk üz tutduğu məkan məhz Heydər Əliyev Muzeyidir”. Heydər Əliyev Muzeyinin direktoru, Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət işçisi Ramil Orucəliyev bu sözlərin davamında bildirdi ki, bu mədəniyyət müəssisəsi Naxçıvanın özündə də ən çox ziyarət edilən məkanlardan biridir. Ümumilikdə, indiyədək yüz minlərlə tamaşaçının ziyarət etdiyi bu muzeyi dünyanın müxtəlif ölkələrindən tanınmış dövlət başçıları, elm və mədəniyyət nümayəndələri, diplomatlar ziyarət edib, dahi şəxsiyyətin böyük irsi ilə yaxından tanış olublar. Bu tanışlıqdan yaranan maraqlı təəssüratlar isə muzeyin Xatirə kitablarının səhifələrinə süzülərək özü tarixə çevrilib. “Xalq qəzeti” ilk dəfə olaraq bu tarixin səhifələrini oxucuları üçün vərəqləyəcək.

Muzeyin birinci Xatirə kitabının ilk səhifəsindəki qeydlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məxsusdur:

“Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev öz həyatını Azərbaycanın inkişafına həsr etmişdir. Bütün dövrlərdə öz xalqına ləyaqətlə xidmət etmiş Ulu öndər Azərbaycanın dövlət müstəqilliyinin möhkəmlənməsində xüsusi rol oynamışdır. 70-80-ci illərdə Azərbaycanın rəhbəri kimi, ondan sonra Moskvada Sovet İttifaqı Kommunist Partiyasının Siyasi Bürosunun üzvü kimi Azərbaycanın hərtərəfli inkişafında hərtərəfli rol oynamışdır. Naxçıvanda, 90-93-cü illərdə ağır, çətin günlərdə naxçıvanlılarla birlikdə muxtar respublikanı erməni işğalçılarından müdafiə etmişdir. Və nəhayət, Azərbaycan dövlətinin Prezidenti kimi Azərbaycanın tərəqqi və çiçəklənmə yoluna qədəm qoymasında əvəzsiz xidmətlər göstərmişdir. Ulu öndər Heydər Əliyev öz doğma Vətənini – Naxçıvanı çox sevirdi. Naxçıvanlılar da həmişə onu sevirdilər və fəxr edirlər ki, dünyaya Heydər Əliyev kimi dahi şəxsiyyəti bəxş etdilər.

Bu gün Heydər Əliyev bizim qəlbimizdə yaşayır, onun ideyaları, siyasi kursu yaşayır və əbədi yaşayacaqdır”.

İlham Heydər oğlu Əliyev, Azərbaycan Respublikasının Prezidenti, Naxçıvan, 20.12.2006

Qardaş Türkiyə Respublikasının indiki Prezidenti Rəcəb Tayyib Ərdoğanın muzeyin xatirə kitabındakı təəssüratları 2008-ci ilə təsadüf edir. Türkiyə liderinin Ümummilli lider Heydər Əliyevlə bağlı rəyi belə ifadə olunub: “Türk dünyasının yetişdirdiyi müstəsna liderlərdən, Azərbaycanın qurucusu mərhum Heydər Əliyevin doğum yeri olan Naxçıvanda olmaqdan və Onun əziz xatirəsini yaşadan bu muzeyi ziyarət etməkdən dolayı dərin bir hissiyyat içərisindəyəm. Mərhum dövlət başçısının seçkin liderliyinin Azərbaycanın bugünkü istiqrarlı və gələcəyə güvənli mövqeyində rolu böyükdür. Türk milləti Onu daim hörmətlə anacaqdır. Ruhu şad olsun”.

Rəcəb Tayyib Ərdoğan Türkiyə Respublikasının Baş naziri
4 iyun 2008-ci il

2009-cu ildə Naxçıvanda keçirilmiş Türkdilli Ölkələrin Dövlət Başçılarının IX Zirvə Toplantısı çərçivəsində Naxçıvana gəlmiş Türkiyə Prezidenti Abdulla Gül isə muzeyi ziyarətinin ona “dahi şəxsiyyətin Azərbaycan Respublikasının inkişafı və dünyada layiq olduğu yeri almaq üçün atdığı addımları bir kərə görmə fürsəti verdiyini” bildirir. Qeyd edir ki, “Prezident Əliyevin “Bir millət, iki dövlət” şüarının Türkiyə və Azərbaycan tərəfindən əsla unutmayacağına inanır, əziz xatirəsi önündə hörmətlə baş əyirəm”.

ADA Universitetinin rektoru Hafiz Paşayev 2010-cu ildə Heydər Əliyev Muzeyində olarkən muzey haqqında fikirlərini bu cür qeyd edib: “Böyük həvəslə muzeyin tərtibatı, fotoşəkillərlə tanış olduq. Ulu öndərə layiq təhsil ocağının yaradılmasında iştirak edənlərə təşəkkürümüzü bildirir, yeni nəslin tərbiyəsində əməklərini yüksək qiymətləndiririk. Yeni uğurlar”.

AMEA-nın Prezidenti, akademik İsa Həbibbəyli 2007-ci ildə Naxçıvan Dövlət Universitetinin rektoru olarkən muzeyin Xatirə kitabına bu sözləri yazıb: “Naxçıvan Dövlət Universitetinin bütün inkişafı görkəmli dövlət xadimi, Ümummilli liderimiz Heydər Əliyevin adı və yorulmaz fəaliyyəti ilə bağlıdır… Universitetimizin çoxminli kollektivi böyük öndərin sınaqlardan çıxmış siyasi kursuna daim sadiq qalmağı özünün şərəfli borcu hesab edir…”.

Türkiyə Respublikasının Azərbaycandakı keçmiş səfiri Hulusi Kılıcın Xatirə kitabındakı bu qeydləri Heydər Əliyev dühasının böyüklüyünü özündə əks etdirir: “Böyük öndər zamanları aşan bir liderdir. Türk dünyasının inkişafını çox istəmiş və böyük xidmətlər etmişdir. Onun Türk dünyasına duyduğu sevgi Türkiyədə yaşayan hər kəs tərəfindən bilinir… Burada tarixə yolçuluq etdim. Böyük öndərin uşaqlığı və xidmətlərini xəyal etdim. Ulu öndər ruhun şad olsun. Hörmətlə anıram… Anacağam…”.

Türkiyədən bir qrup millət vəkilinin 2011-ci ildə muzey ziyarəti zamanı imzaları ilə qeyd olunmuş bir xatirədə isə yazılıb: “Heydər Əliyev Muzeyində yeni bir dövlətin quruluş həyəcanını izlədik. Mərhum Heydər Əliyevin Atatürk kimi dünyaya meydan oxuyaraq, yox olmuş bu torpaqlardan müasir bir Vətən quran bu böyük insana heyət olaraq şükranlarımızı bildiririk”.

Türkiyə Respublikasının keçmiş müdafiə naziri İsmət Yılmaz 2014-cü ildə Heydər Əliyev Muzeyini ziyarət edən zamanı Ulu öndər Heydər Əliyev haqqında fikirlərini belə ifadə edib: “Müstəqil Azərbaycan dövlətinin qurucusu və milli lideri Heydər Əliyev Türk dünyasının yetişdirdiyi öndər şəxsiyyətlərdən biridir. Onun dövlətçilik təcrübəsi, siyasi dühası bundan sonra da ardınca gələnlər üçün qiymətli bir yol göstərir”.

Muzeyin Xatirə kitablarının səhifələrində Qazaxstanın keçmiş prezidenti Nursultan Nazarbayevin, Qırğızıstan Respublikasının eks–prezidenti Kurmanbek Bakiyevin, eləcə də digər Orta Asiya respublikalarının dövlət və elm adamlarının, Pakistan, Yaponiya, Rusiya, Belarus, Ukrayna, Fransa, Yunanıstan, ATƏT və digər ölkələrin Azərbaycandakı səfirlərinin, hərbi attaşelərinin, xaricdəki Azərbaycan və türk diaspor nümayəndələrinin dahi Heydər Əliyevlə bağlı təəssüratları, maraqlı fikirləri yer alıb. Təbii ki, sətirlərə süzülən bu xatirələrin hər birindən ayrılıqda bəhs etmək mümkünsüzdür. Amma bu fikirlərin hər birində Ümummilli liderin dövlətçilik təcrübəsinə, siyasi istedadına heyranlıq hiss olunur.

Hiss olunur ki, cəmiyyətdə tutduğu mövqedən, fərqli və ya oxşar mədəniyyətlərə mənsubluğundan asılı olmayaraq dahi liderlə əyani tanışlığı olanın da, olmayanın da Heydər Əliyev şəxsiyyətinə, onun möhtəşəm siyasi fəaliyyətinə bir vurğunluq var.

Səbuhi HƏSƏNOV,
XQ-nin Naxçıvan müxbiri

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:286
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 13 Dekabr 2025 10:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

25 Sentyabr 2026 18:44see313

В Центральном таможенном госпитале состоялась встреча со специалистами, имеющими учёную степень

25 Sentyabr 2026 12:05see240

“Yeni pandemiya qaçılmazdır” ÜST rəhbəri xəbərdarlıq etdi

26 Sentyabr 2026 00:02see220

Mənzil almazdan əvvəl bunu bilməlisiniz Hansı evlər dəyər itirə BİLƏR?

26 Sentyabr 2026 13:31see204

Cəmiyyətlə münasibətlərdə həssaslıq və böhranlara hazırlıq PR mütəxəssisi nələri bilməlidir

25 Sentyabr 2026 12:04see199

İdarə sədri: İçərişəhərdə tunellərin başlanğıc nöqtələri bəllidir, bu yaxınlarda yerin altında çox maraqlı tikili aşkarlamışıq MÜSAHİBƏ

25 Sentyabr 2026 20:02see198

Deniz Baysal və Barış Yurtçu 7 illik evliliklərini bitirdilər

25 Sentyabr 2026 23:42see197

Ölümdən sonra insanı nə gözləyir?

25 Sentyabr 2026 19:07see197

Əməkdar artistin oğlu və gəlini belə görüntüləndi (Video)

25 Sentyabr 2026 19:40see196

Ağıllı iqtisadiyyatın formalaşdırılmasında süni intellektin rolu müzakirə olunub

25 Sentyabr 2026 19:06see196

Məcnun Məmmədov panel sessiyada çıxış etdi Fotolar

25 Sentyabr 2026 21:53see195

Aleksandr Plyuşşenko Batumidə Qran pridə 10 cu oldu

26 Sentyabr 2026 00:41see195

ERMƏNİ KİLSƏSİNDƏ “ƏCƏL ZƏNGİ” ÇALINIR Paşinyan Qaregini devirə biləcəkmi?

25 Sentyabr 2026 20:25see193

Ötən onilliklərin solmayan kinolentləri

25 Sentyabr 2026 13:18see193

Azərbaycanda səhiyyə üçün xüsusi mərkəzlər yaradıla bilər

25 Sentyabr 2026 13:48see192

Yeni pandemiya añ məsələsidir ÜST rəhbərindən dünyanı şoka salan BƏYANAT

26 Sentyabr 2026 03:05see191

Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi

26 Sentyabr 2026 01:18see190

Bərpaolunan enerji layihələrinə investisiyaların cəlbi müzakirə olunub

25 Sentyabr 2026 20:43see188

Yeni 100 manatlıqlar niyə terminallarda qəbul edilmir? Mərkəzi Bankdan AÇIQLAMA

25 Sentyabr 2026 19:30see188

WP: ABŞ kəşfiyyatı Səudiyyə Ərəbistanının nüvə silahı yaratmaq ehtimalını istisna etmədiyini düşünür

26 Sentyabr 2026 06:14see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri