Icma.az
close
up
RU
Naxçıvanın “Yaşıl Enerji Zonası” kimi inkişafına dair müzakirələr aparılıb

Naxçıvanın “Yaşıl Enerji Zonası” kimi inkişafına dair müzakirələr aparılıb

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

Energetika naziri Pərviz Şahbazovun və Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar Respublikasında səlahiyyətli nümayəndəsi Fuad Nəcəflinin birgə sədrliyi ilə “Naxçıvanın sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın icrası çərçivəsində elektroenergetika sisteminin inkişafına həsr olunmuş iclas keçirilib.

Energetika Nazirliyi, Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi (BOEMDA), Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA), “Azərenerji” ASC, “Azərişıq” ASC, Naxçıvan Enerji  MMC, Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsi, eləcə də “Nobel Energy” şirkətinin nümayəndələrinin iştirakı ilə baş tutan iclasda Naxçıvanın elektroenergetika sahəsində mövcud vəziyyət və planlaşdırılan layihələr müzakirə olunub. Bu çərçivədə il ərzində elektrik stansiyaları, yarımstansiyalar, elektrik verilişi xətləri, habelə “Azərbaycan (Naxçıvan)-Türkiyə-Avropa Enerji Qovşağı” üzrə həyata keçirilən tədbirlər nəzərdən keçirilib. 

XQ xəbər verir ki, görüşdə ötən il elektrik enerjisi istehsalının 48 faizini təşkil edən bərpa olunan enerji mənbələri sahəsində layihələr, o cümlədən 50 MVt gücündə günəş elektrik stansiyasının inşası ilə bağlı fikir mübadiləsi aparılıb. Həmçinin Naxçıvan Muxtar Respublikasında “Yaşıl Enerji Zonası” Konsepsiyasının ilkin təqdimatı olub. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən Naxçıvanın “Yaşıl Enerji Zonası” elan edildiyi bir daha vurğulanıb. Bildirilib ki, Konsepsiya regionun bərpa olunan enerji potensialından maksimum istifadə etməklə enerji müstəqilliyinin və dayanıqlı inkişafın təmin olunmasını, müasir şəbəkə infrastrukturunun yaradılmasını, enerji ixrac imkanlarının genişləndirilməsini və karbon emissiyalarının əhəmiyyətli dərəcədə azaldılmasını hədəfləyir. Azərbaycanın “yaşıl enerji” siyasətinə, qlobal trendlərə və Naxçıvanın sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramına müvafiq olaraq hazırlanmış Konsepsiyanın əsas istiqamətləri, hədəfləri və həyata keçiriləcək tədbirlər barədə geniş məlumat verilib. 

Həmçinin Naxçıvan Muxtar Respublikasından enerji ixracının konseptual istiqamətlərinə dair təqdimat edilib. Müzakirələr zamanı Naxçıvandan elektrik enerjisinin müxtəlif marşrutlar üzrə ixracının bölgəni strateji enerji qovşağına çevirmə potensialı vurğulanıb. İclasın yekununda bu iqtisadi rayonun enerji sisteminin inkişafı istiqamətində növbəti addımlar müəyyənləşdirilib və müvafiq tapşırıqlar verilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:112
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 10 Oktyabr 2025 16:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see204

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see191

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see167

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see167

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see153

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see143

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see143

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see141

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see140

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see138

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see137

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see136

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see134

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see130

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see129

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see127

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see127

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see124

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri