Icma.az
close
up
RU
Naxışlı corabların Amerikaya uzanan yolu

Naxışlı corabların Amerikaya uzanan yolu

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 17 mart, AZƏRTAC

“Mən çox təəssüflənirəm ki, Amerikada, Avropada böyük maraq doğuran əl işlərinə Azərbaycanda o qədər də əhəmiyyət vermirlər. Əslində isə bu iş nənələrin illərlə yaşadaraq bu günə gətirib çıxardığı ən gözəl xalq sənəti nümunələridir”, - deyə Amerikalı xanım Tereza Hamler söhbət açır.

Doğru deyiblər ki, hər təsadüfdə zərurət, hər zərurətdə təsadüf var. Terezanın da bu sənətin təbliğatçısına çevrilməyi təsadüflə bağlıdır. O, Amerika Birləşmiş Ştatlarının Minnesota Universitetinin İngilis dili fakültəsində təhsil alarkən əslən Bakıdan olan Lora adlı bir qızla rəfiqəlik edib. Tələbələrə başqa ölkələrdə təcrübə keçmək təklif olunanda Terezanın rəfiqəsi ona atasının Bakıda açdığı mərkəzdə təcrübə keçməyi təklif edib. 22 il əvvəl o, Azərbaycana gələrək "İnternational Learning Center”də təcrübə toplayıb. Lənkəranda və Qusarda ingilis dili müəllimi işləyib. Elə həmin müddətdə Odlar yurdunun təbiətinə, havasına, suyuna, adət-ənənələrinə heyran olub və həyatını buraya bağlayıb.

Təcrübə müddəti başa çatanda ona həm direktor, həm də müəllim işləmək təklif edilib. Müsahibimiz AZƏRTAC-ın müxbiri ilə söhbət edərkən həmin illərə qayıdaraq xatırlayıb: “Düz beş il ingilis dilini tədris etdim, işlədiyim məktəbdə ixtisara düşsəm də, buradan getmək istəmirdim. Çünki artıq Azərbaycanda yaşamağı sevmişdim. Ona görə qərara gəldim ki, öz biznesimi yaradım. Qusarda işlədiyim vaxt anam qonaq gəlmişdi və ona bir cüt corab hədiyyə vermişdilər. O, həmin corabları geyinib, cırılandan sonra onu təzədən tikərək yenə istifadə edib. Hətta mənə zəng edib həmin yun corablardan göndərməyimi xahiş etmişdi. Corablar onun çox xoşuna gəlmişdi. Fikirləşdim ki, bu corablar anamın xoşuna gəlibsə, yəqin ki, başqaları da onu bəyənəcəklər. Amerikada yaşayan başqa bir rəfiqəm də keyfiyyətli saplarla toxunmuş corablar göndərməyi istəmişdi. Bundan sonra Azərbaycanın milli corablarını istehsal edən toxuculuq biznesi yaratmaq fikrinə düşdüm”.

O, ölkəmizin müxtəlif bölgələrini gəzərək corab toxuyan xanımlarla tanış olub. Müşahidələri nəticəsində toxunan məhsullarda hər bölgənin, hətta hər kəndin özünəməxsus naxışları, rəngləri olduğunu öyrənib. Zaman keçdikcə yalnız corabı istehsal etməklə kifayətlənməyib, uzun, dekorativ corablar, əlcəklər, papaqlar, toxunma suvenirlər və gəlinciklər toxunmasına da üstünlük verib. Beləcə, Azərbaycana pedaqoq kimi gələn Tereza Hamlin biznesmenə çevrilib.

Toxuculuq biznesi ilə məşğul olan sahibkar xanım deyir: “Bu işlə əsasən qış aylarında məşğul olmaq daha əlverişlidir. Məsələ burasındadır ki, yay aylarında rayonda yaşayan xanımların başı əkin-biçinə, təsərrüfat işlərinə daha çox qarışır. Qış aylarında isə onlar daha çox vaxtlarını evdə sobanın ətrafında keçirirlər. Hesab etdim ki, rəngli saplardan corab və digər suvenirlər toxumaq onların məşğulluq probleminin həllinə və ailə büdcəsinə kömək olar, həm də qədim ənənəni yaşadıb gələcək nəsillərə ötürməsinə, Azərbaycan xalq sənəti nümunələrinin isə dünyaya çıxarılmasına xidmət edər. Burada daha çox qaynar rənglərdən - qırmızı, qara, tünd çəhrayı rənglərin qarışığından istifadə edirlər. Amerikalılar isə daha çox təbii və soyuq rənglərə üstünlük verirlər. Onu da deyim ki, sapların rəngləri baxımından bir az çətinlik çəkirik. Sap istehsal edən fabrik yalnız on rəngdə məhsul buraxır. Mən də həmin rənglərdən olan iplərdən istifadə edərək corab toxutdururam. Halbuki daha çox rəngdən istifadə etmək istəyərdim”.

“ABAD”-ın (Ailə Biznesinə Asan Dəstək) üzvü olan Tereza xanım həmin qurumun ona göstərdiyi köməkdən də razılıq edir. Müxtəlif ölçülərdə uşaqlar və böyüklər üçün corablar toxutdurub onun satışı ilə məşğul olan kiçik sahibkar məhsullarını əsasən xaricdə satır. Azərbaycanda yaşayan və işləyən Tereza Hamlin Qusarda “Azerbaijani socks” adlı Məhdud Məsuliyyətli Cəmiyyət yaradıb. O, paytaxtın Badamdar qəsəbəsində həmin məhsulların satışını həyata keçirən mağaza açıb. Onun dediyinə görə, burada isə onun satışa çıxardığı məhsulların əsas alıcıları turistlər və Bakıda yaşayan xaricdən gələn qonaqlardan ibarətdir. Onlar öz vətənlərinə qayıdanda suvenir və hədiyyə aparmaq istəyəndə həmin mağazaya üz tuturlar. Yerli sakinlər arasında isə alıcılar çox azdır.

Hazırda 15 rayonda 140-dən artıq toxucusu olan müəssisənin perspektivi barədə məlumat verən Tereza xanım bildirir: “Əlbəttə, satış bazarını genişləndirmək, həm özümün, həm də toxucularımın daha çox qazanmasını istəyirəm. Bunun üçün bəzi məhsulların formasını dəyişdirir və istehsal edilən məhsulların rənglərini özüm sifariş verirəm. Məsələn, alıcı tələbatına uyğun olaraq corabların tez sıradan çıxmaması üçün altına inək dərisi yapışdırırıq. İşimizdə olan əsas yenilik Zaqatalada qoyun yunundan ip hazırlayan sex açmağımızdır. Sexdə istehsal edilən ipdən toxunan corablar digərlərindən daha keyfiyyətli olur. Onu da deyim ki, bizim məhsullar Fransada Azərbaycan mədəniyyəti günlərinə həsr olunmuş sərgidə sərgilənib və satılıb”.

Şirin bir ləhcə ilə Azərbaycan dilində danışan Amerikalı iş adamı dil öyrənməyin ən yaxşı yolunun həmin ölkədə yaşamaq olduğunu söyləyir. O, ilk vaxtlar Qusarda yaşlı qadınla birlikdə yaşadığını, onunla işarələrlə danışdığını bildirib: “Yadımdadır ki, dil öyrənməyə başladığım həmin vaxtlar mən nəsə istəyəndə göstərir, o da Azərbaycan dilində onun adını deyirdi. Yavaş-yavaş Azərbaycan dilini öyrəndim. Sonra üç aylıq kursa getdim. Ən başlıcası mən bu ölkəni sevdim. Əcnəbi ölkənin vətəndaşı olaraq burada yaşamaq çox rahat və təhlükəsizdir. Burada çox qonaqpərvərlik gördüm”.

Kiçik sahibkar Tereza Hamlin üzərində milli naxışlar olan toxuculuq məhsullarını dünyaya çıxarmaqla məşğuldur. Onun zəhməti sayəsində corab, əlcək, papaq və digər suvenirlər özünə yeni bazar tapır, həmin məhsulların istehsal edildiyi ölkə isə dünyada tanınır...

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:225
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 Mart 2026 11:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see780

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see521

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see310

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see286

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see281

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see264

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see254

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see243

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see239

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see239

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see231

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see228

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see225

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see222

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see211

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see202

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see199

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see197

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see187

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri