Icma.az
close
up
RU
Nazilə Səfərlinin paylaşımı mübahisə yaratdı: Şairə məsuliyyətə cəlb olunacaq? VİDEO

Nazilə Səfərlinin paylaşımı mübahisə yaratdı: Şairə məsuliyyətə cəlb olunacaq? VİDEO

Icma.az bildirir, GlobalInfo portalına istinadən.

Şairə və toy aparıcısı Nazilə Səfərlinin sosial şəbəkədə bir neçə gün əvvəl etdiyi paylaşım ictimaiyyətdə birmənalı qarşılanmayıb. Kifayət qədər böyük auditoriyaya sahib və sevilən bir şairə kimi, o, izləyicilərinə “Zəncirotu” bitkisinin faydalarından bəhs edib və onun qaraciyərin “dostu” olduğunu bildirib. Paylaşıma şərh yazan bir çox vətəndaş bu bitkidən istifadə edəcəklərini qeyd ediblər.

Lakin diqqətçəkən məqam ondan ibarətdir ki, zəncirotunun faydalı olduğunu bildirənlərlə yanaşı, onun zərərli, hətta insan orqanizmini zəhərləyən maddələr ehtiva etdiyini iddia edənlər də az deyil.

Maraqlıdır, hər hansı bitkinin kortəbii şəkildə istifadəsi nə dərəcədə doğrudur? Onun hansı miqdarda qəbul ediləcəyi, kimlər üçün uyğun olub-olmaması barədə məlumat verilmədən edilən bu tip təbliğatlar zərərli sayılırmı? Əgər məşhurların təbliğ etdiyi məhsullardan istifadə nəticəsində zəhərlənmə halları baş verərsə, belə bir halda məsuliyyət kimə aid olacaq?

Globalinfo.az-a açıqlamasında Azərbaycan Tibb Universitetinin dosenti, fizioloq, tibb üzrə fəlsəfə doktoru Rəşid Mahmudov deyib ki, dərman və dərman vasitələrini bir-biri eyni tutmaq doğru deyil:

“Dərmanlar konkret müəyyən molekullardan ibarət olur. Məsələn, bağayarpağı ilə mədə xorasını müalicə etmək mümkündür. Lakin zəncirotu və bağayarpağının tərkibində faydalı maddələrlə yanaşı zərərli komponentlər də ola bilər. Xalq təbabətində bu cür bitkilərin nə qədər dəmlənib içilməli olduğu dəqiq göstərilməlidir. Çünki həddindən artıq qəbul edilməsi zəhərlənməyə səbəb ola bilər.

Rəşid Mahmudov

Dərman preparatlarının tərkibində isə zəhərli maddələr olmur. Qablaşdırmanın üzərində qeyd edilir ki, dərmanın əsas aktiv maddəsi hansıdır və hansı dozada istifadə edilməlidir. Zəncirotunu düşünmədən yemək və ya dəmləyib içmək çox təhlükəli ola bilər. Ehtiyatlı olmaq vacibdir. Bu bitkinin bəzi faydalı xüsusiyyətləri mövcuddur və müəyyən problemlərin həllinə kömək edə bilər. Amma necə və hansı miqdarda istifadə olunacağı barədə dəqiq məlumata malik olmaq şərtdir. Bunun öz qaydaları və doza həddi var.

Məsələn, bağayarpağının iki yarpağını dəmləyib içmək mədə xorasına müsbət təsir göstərə bilər, lakin bu miqdarın aşılması zəhərlənməyə, hətta reanimasiya vəziyyətinə gətirib çıxara bilər. Bəzi hallarda isə ölüm riski belə mövcuddur. Hər bitkinin tərkibində həm faydalı, həm də zərərli molekullar olur. Dərman preparatlarında isə bu zərərli maddələr təmizlənərək çıxarılır”.

Qida mühəndisi Fərid Səfərov isə məsələyə belə münasibət bildirib:

“Təbiətdə olan hər bir bitkinin hər hansı formada insan orqanizminə müsbət təsiri və eyni zamanda yan təsirləri var. Bundan faydalanmaq və sağlamlığı qorumaq üçün mütləq şəkildə doğru məlumatlandırma lazımdır, özbaşına heç bir bitki, qida, hətta dərman vasitəsini qəbul etmək olmaz, bunun çox mənfi təsirləri ola bilər.

Son zamanlarda təəssüf ki, sosial şəbəkələrdə qeyri peşə sahibləri qidalanma, dərman vasitələri, bitkilər haqqında heç bir məlumatı, heç bir əsası olmadan paylaşımlar edirlər.

Bu kimi hallardan təsirlənməmək üçün, sağlamlığınızı qorumaq üçün mütləq əvvəlcə eşitdiyiniz məlumatı araşdırın, peşə sahiblərindən soruşun.

Fərid Səfərov

İndi isə, bir nutrisiloq kimi mən sizə məlumat vermək istəyirəm.

Zəncirotu yabanı bitki olsa da, sağlamlıq üçün çox faydalıdır. Bir çox şəkildə istehlak edilə bilən zəncirotunun əsas faydaları aşağıdakılardır:

– Qaraciyər üçün çox faydalı bitkidir, qaraciyərdə maddələr mübadiləsini tənzimləyir.

– Öd kisəsində daş əmələ gəlməsinin qarşısını ala bilər.

– Qan şəkərini tənzimləyir.

– Sidikqovucu xüsusiyyətinə görə sidik yolları infeksiyaları kimi xəstəliklərə yaxşı təsir edir.

– Xolesterolu aşağı salır.

– Yaşıl yarpaqlarında olan antioksidanlar sayəsində immunitet sistemini gücləndirir.

– Qan durulaşdırıcı və təmizləyici təsirə malikdir.

– Ekzema və qaşınma kimi bəzi dəri xəstəliklərinə qarşı təsirli ola bilər.

– Mədəni təmizləyir.

– Böyrəkləri aktivləşdirir.

– Həzm sistemini tənzimləyir və həzmi asanlaşdırır.

Əvvəldə dediyim kimi, hər bir bitkinin bəzi hallarda yan təsirləri ola bilər. Bunları bilmək vacibdir:

– Hamilə və süd verən qadınlar qəbul etməməlidirlər, çünki onlara olan yan təsirləri haqqında məlumat yoxdur.

– Bəzi insanlarda zəncirotuya qarşı allergik reaksiyalar ola bilər.

– Sidikqovucu təsiri, xüsusilə aşağı qan təzyiqi olan insanlarda qan təzyiqini daha da aşağı sala bilər ki, bu da müəyyən sağlamlıq problemlərinə səbəb ola bilər.

– Qan durulaşdırıcılarla qarşılıqlı təsir göstərə bilər, istehlak etməzdən əvvəl həkimə müraciət edilməlidir.

– Böyrək funksiyası zəif olan insanlar həkimləri ilə məsləhətləşməlidirlər, çünki onun sidikqovucu təsiri böyrəklərə əlavə yük yarada bilər.

Sağlam və düzgün seçimlər etmək və maariflənmək həyat qurtarır”.

Məsələnin hüquqi aspektini öyrənmək üçün hüquqşünas Ramil Süleymanova müraciət etdik:

Ramil Süleymanov

“Nazilə Səfərli qədər hər bir şəxs özünün məsuliyyətini daşıyır. Hər kəs yaxşı bilir ki, Nazilə Səfərli şairədir, müəyyən məclislərdə aparıcılıq edir və s. Lakin onun verdiyi məlumatlar, türkəçarə və təbabət sahələrində bəzən təsdiqini tapmamış məlumatlardır, çünki bu sahələrdə dəqiq bilikləri yoxdur. Cəmiyyət isə bu məlumatları eşitdikdə dərhal icra etmək məcburiyyətində deyil. Hər kəsin seçim imkanı vardır.

Nazilə Səfərlinin bu cür addımı gələcəkdə inizbati cinayət deyil, sadəcə olaraq mülki məsuliyyətin yaranmasına gətirib çıxarda bilər. Buna görə də sosial şəbəkələrdə paylaşımlara daha diqqətli yanaşmaq lazımdır”.

View this post on Instagram

A post shared by Nazile Seferli (@nazile_seferli)

Safura Bənnayeva
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 28 Aprel 2025 16:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlham Rəhimovun gömrükdə işləyən qohumu həbs edildi

11 Dekabr 2025 16:56see192

Məşhur futbolçu karyerasını sonlandıracaq SƏHHƏTİNƏ GÖRƏ

13 Dekabr 2025 00:58see187

Fransada etirazçılara qarşı gözyaşardıcı qaz və səs qumbarasından istifadə edilib

12 Dekabr 2025 16:22see187

Kartof qızardarkən duz nə vaxt əlavə olunmalıdır?

13 Dekabr 2025 00:26see162

Xırdalanda ŞOK: qadın cinsi əlaqə istəyən ərinin başını yardı

11 Dekabr 2025 19:40see151

Zelenski yeni sülh planı vəd edir: Müharibə bu həftə dayanacaq? ŞƏRH

11 Dekabr 2025 17:36see149

Özcan Dənizin inanılmaz sərvəti ÜZƏ ÇIXDI FOTO

11 Dekabr 2025 23:53see149

Vikinq kimi yaşayır Video

12 Dekabr 2025 08:55see147

Bakıda bu yolda işıqforun hər üç işığı eyni anda yanır

12 Dekabr 2025 08:55see143

Arteta “Vulverhempton”la oyundan əvvəl: “Sabah üç xal qazanmalıyıq”

12 Dekabr 2025 21:09see138

Üzgüçülük üzrə Azərbaycan çempionatı start götürüb

11 Dekabr 2025 20:15see138

İsrailin işğal siyasəti İranı nüvə silahına itələyir ŞƏRH

12 Dekabr 2025 04:26see136

“Daxilmdə nəsə mənə kifayət qədər yaxşı olmadığımı deyirdi” Norris

12 Dekabr 2025 02:00see132

ABŞ bizi AB dən ayıra bilməz Avstriya

12 Dekabr 2025 01:32see130

Ukrayna millisi DÇ 2026 nın seçmə mərhələsinin pley offunda ev oyunlarını keçirəcəyi yeri müəyyən edib

12 Dekabr 2025 01:05see130

500 manat pensiyalar bu qədər artacaq Açıqlama

12 Dekabr 2025 22:34see129

Audi TT əfsanəsi 2027 ci ildə geri dönəcək FOTO

13 Dekabr 2025 06:22see129

Azərbaycan Ərdəbil ilə investisiya üzrə birgə fəaliyyətini gücləndirə bilər FOTO

12 Dekabr 2025 04:52see128

Ukrayna və ABŞ nümayəndə heyətləri görüşdü

11 Dekabr 2025 23:50see125

Dursun Özbek: Artıq susmaq mümkün deyil

12 Dekabr 2025 17:13see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri