Professor Nazim Müzəffərli Daimi Elmi Seminarda təqdimatla çıxış edib
Icma.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Oktyabrın 7-də Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutunun növbəti Daimi Elmi Seminarı keçirilib.
525.az xəbər verir ki, hibrid formatda keçirilən seminarda İnstitutun əməkdaşları ilə yanaşı, Nazirlər Kabinetinin, İqtisadiyyat Nazirliyinin, Elm və Təhsil Nazirliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Dövlət Statistika Komitəsinin, Auditorlar Palatasının və digər iqtisadi yönümlü dövlət qurumlarının nümayəndələri, eləcə də ölkənin aparıcı universitetlərinin və elmi-tədqiqat institutlarının alim və tədqiqatçıları iştirak ediblər.
Seminarda ETN İqtisadiyyat İnstitutunun baş direktoru, professor Nazim Müzəffərli “Müqayisəli iqtisadi tədqiqatlarda ikiqütblü ölçmələr: qeyri-səlis yanaşma və genişləndirilmiş normallaşdırma” mövzusunda təqdimatla çıxış edib. O məruzəsində müqayisəli iqtisadi tədqiqatlarda ölçmə və qiymətləndirmə metodologiyasından, qeyri-səlis yanaşmaların tətbiqindən, iqtisadi göstəricilərin 0–1 intervalında normallaşdırılmasının mahiyyətindən və əhəmiyyətindən bəhs edib.
Təqdimatda professor N.Müzəffərlinin iqtisad elmləri doktorları Allahyar Muradov və Rəsmiyyə Abdullayeva ilə birgə apardığı tədqiqatlarda istifadə olunan hesablama metodologiyası və onun əsas meyarları da diqqətə çatdırılıb. Qeyri-səlis hesablama və qeyri-səlis məntiqin iqtisadi proseslərin təhlili və qiymətləndirilməsində tətbiqi imkanları, eləcə də bu yanaşmalar əsasında əldə olunan nəticələr barədə məlumat verilib.
Məruzədə müqayisəli iqtisadi tədqiqatlarda qeyri-səlis qiymətləndirmə və genişləndirilmiş normallaşdırmanın metodoloji xüsusiyyətləri, iqtisadi göstəricilərin [0,1] intervalında qiymətləndirilməsi və əldə olunan nəticələrin linqvistik interpretasiyası məsələləri təhlil olunub.
Eyni zamanda, İqtisadiyyat İnstitutunda ölkələr və regionlar üzrə aparılan müqayisəli tədqiqatlarda tətbiq olunan metodoloji yanaşmalar təqdim edilib. Bu çərçivədə iqtisadiyyatın liberallıq-dirijistlik balansının qiymətləndirilməsi istiqamətində aparılan araşdırmalar – Bilik iqtisadiyyatının liberallıq (dirijistlik) indeksi, Sosial müdafiə sisteminin liberallıq (dirijistlik) indeksi, İnformasiya sisteminin liberallıq (dirijistlik) indeksi, Xarici iqtisadi əlaqələrin liberallıq (dirijistlik) indeksi, Qiymətqoymanın liberallıq (dirijistlik) indeksi, həmçinin Azərbaycan bölgələrinin müqayisəli qiymətləndirilməsi ilə bağlı tədqiqatlar seminar iştirakçılarının diqqətinə çatdırılıb.
Təqdimatdan sonra məruzə ətrafında fikir mübadiləsi aparılıb. Seminar iştirakçılarının sualları cavablandırılıb, mövzu ilə bağlı elmi və metodoloji məsələlər müzakirə olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:78
Bu xəbər 07 Oktyabr 2026 15:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















