Icma.az
close
up
RU
Menu

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

Liqa 1: PSJ dən geridönüş

İbrahim Tatlısesin model gəlininin evini su basdı

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

Nazim Rzayev möcüzələr yaratmış sənətkar

Nazim Rzayev möcüzələr yaratmış sənətkar

525.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Fəxriyyə MƏMMƏDOVA

Bitməkdə olan 2025-ci il bir sıra yubileylərlə əlamətdar oldu. Həmin sırada Nazim Rzayevin 100 illik yubileyi diqqətsiz ötüşmədi.  Bu münasibətlə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında görkəmli dirijor, Azərbaycan Dövlət Kamera Orkestrinin ilk baş dirijoru və bədii rəhbəri, Xalq artisti Nazim Rzayevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş konsert keçirilmişdi. Konsertdə Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri çıxış etmiş, orkestri dirijor Əyyub Quliyev məharət və xüsusi şövqlə idarə etmişdir. Konsertin solistləri violin ifaçısı Elvin Hoca Qəniyev və metso-soprano Aytac Şıxəlizadə olmuşdur.

Konsertin əsas ideyası və məqsədi Azərbaycan musiqi mədəniyyətində silinməz iz qoymuş Nazim Rzayevin zəngin yaradıcılıq irsini xatırlamaq, onun Azərbaycan musiqi tarixində rolunu bir daha vurğulamaq idi. Bu baxımdan proqramın məzmunu və seçilmiş əsərlər xüsusi dramaturji məntiqə əsaslanaraq tərtib edilmişdi.

Konsertin giriş sözü sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar incəsənət xadimi, professor Zümrüd Dadaşzadəyə həvalə olunmuşdu. Zümrüd xanım çıxışında Nazim Rzayevin sənətkar obrazını 60-cı illər musiqi mədəniyyəti kontekstində təqdim edərək, onun Azərbaycan musiqisi üçün əfsanəvi şəxsiyyət olduğunu qeyd etdi. Çıxış zamanı dirijorun həyat və yaradıcılıq yolu, təhsili, tutduğu vəzifələr və onun dirijorluğu altında səslənmiş Azərbaycan musiqisinin şah əsərləri və dünya musiqisi əsərləri  haqqında ətraflı məlumat verildi.

Konsertin proqramı Hendelin 3 saylı "Su üzərində musiqi" süitası ilə açıldı. Barokko dövrünə aid bu əsərin proqramın əvvəlində səsləndirilməsi təsadüfi deyildi. Məlum olduğu kimi, Nazim Rzayev öz fəaliyyətində barokko musiqisinə xüsusi önəm vermiş və həmin dövrün nadir ifa olunan nümunələrini kamera orkestrinin repertuarına daxil etmişdir. Orkestr Hendelin musiqisini üslub xüsusiyyətlərinə uyğun olaraq yüngül faktura, aydın frazirovka və balanslı dinamika ilə təqdim etdi.

Proqramın növbəti əsəri Feliks Mendelsonun violin və orkestr üçün re minor konserti oldu. Bu əsərdə solist kimi Elvin Hoca Qəniyev çıxış etdi. Solistin ifası yüksək texniki məharəti ilə yanaşı, dərin bədii duyum və emosional zənginliklə seçilirdi. Elvin Hoca Qəniyevin səhnə davranışı, bədən plastikasının musiqi ilə vəhdəti onun əsəri bütöv şəkildə qavradığını açıq şəkildə nümayiş etdirirdi. İfa dinləyicilər tərəfindən böyük rəğbətlə qarşılandı. Solistin alqışlara cavab olaraq proqramdan kənar Antonio Vivaldinin "İlin fəsilləri" silsiləsindən bir hissəni ifa etməsi konsertin emosional təsirini daha da gücləndirdi.

Qeyd edək ki, E.H.Qəniyevin bu gecədə iştirakı təsadüfi deyildi. Onun babası, müqtədir musiqiçi Sərvər Qəniyev Azərbaycan Dövlət Kamera Orkestrinin ilk konsertmeysteri və solistlərindən olmuş, 80-ci illərdə Nazim Rzayev Türkiyədə yaradıcılıq ezamiyyətində olarkən orkestrə bir müddət rəhbərlik etmişdi.

Konsertin davamında Qara Qarayevin "Mən sizi sevirdim" və "Gürcüstan təpələrində" romansları səsləndi. Bu əsərlərin proqramda yer alması da dərin simvolik məna daşıyırdı. Fikrət Əmirovla bahəm, Qara Qarayev Azərbaycan Dövlət Kamera Orkestrinin yaranmasının əsas təşəbbüskarlarından biri olmuş, Nazim Rzayev isə bu romansları məhz kamera orkestri üçün işləyərək onlara yeni nəfəs vermişdir. Solist Aytac Şıxəlizadənin ifası səs tembrinin zənginliyi, mətnin emosional dərinliyinin incə şəkildə çatdırılması və orkestr ilə harmonik vəhdəti ilə seçilirdi.

Bakıda ilk dəfə ifa olunan Adam Veselovskinin "Mələklərin mahnısı" əsərinin səsləndirilməsi konsertə xəfif kədər aşılanmış lirik notlar gətirdi və proqramın üslub rəngarəngliyini artırdı. Ardınca  Çaykovskinin "Gün hökm sürür" romansı ifa olundu ki, bu da proqramın lirik xəttini daha da gücləndirdi.

Konsertin sonuna yaxın dirijor Əyyub Quliyev qısa çıxış edərək Nazim Rzayev irsinin Azərbaycan musiqi mədəniyyəti üçün əhəmiyyətini vurğuladı və bu irsin davamlı şəkildə tədqiq olunmasının vacibliyini qeyd etdi. Konsert Fikrət Əmirovun "Min bir gecə" baletindən "Şəhrizadın bayramı" və final səhnəsinin ifası ilə yekunlaşdı. Həmin musiqi parçasının ifası da təsadüfi deyildi. Bəllidir ki, məhz Nazim Rzayev "Min bir gecə" baletinin ilk musiqi rəhbəri olmuşdur. Bu möhtəşəm final proqramın ideya və emosional kulminasiyası oldu.

Ümumiyyətlə, konsert həm əsər seçimi, həm ifa səviyyəsi, həm də ideya yükü baxımından yüksək bədii dəyərə malik idi. Gecə Nazim Rzayev şəxsiyyətinin və irsinin layiqincə anılması ilə yanaşı, Azərbaycan musiqi həyatında kamera orkestrinin rolunu bir daha nümayiş etdirdi. İfaçılara və orkestrə gələcək yaradıcılıq fəaliyyətlərində uğurlar arzulayır və ümid edirik ki, Nazim Rzayevin zəngin irsi bundan sonra da layiqincə yaşadılacaqdır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:183
embedMənbə:https://525.az
archiveBu xəbər 29 Dekabr 2025 17:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see487

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see469

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see450

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see322

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see310

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see282

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see264

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see258

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see249

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see242

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see234

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see222

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see215

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see214

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see210

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see209

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see203

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see188

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see186

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri