Icma.az
close
up
RU
Təmənnasızlıq və məsuliyyət nümunəsi yaratmış sənətkar

Təmənnasızlıq və məsuliyyət nümunəsi yaratmış sənətkar

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Əlli ilə yaxındır ki, əlimdə qələm, önümdə dəftər var. Bu uzun müddətdə neçə ziyalı, yaradıcı insan, ictimai-siyasi xadimə sual vermişəmsə, müsahibə götürmüşəmsə, bir Allah bilir. Həmişə hiss etmişəm ki, Azərbaycanın elm, mədəniyyət, ədəbiyyat, incəsənət aləmi hüdudsuz, mən isə yaşımın bütün dövrlərində maraqlı “obyekt”lərlə görüşmək üçün həvəskaram. Hətta xarici ölkələrə səfərlər zamanı da bu adətimdən əl çəkə bilməmişəm. Ancaq Tofiq müəllim mənim həmsöhbətim olmuş 95 yaşlı ikinci adamdır

Daha doğrusu, mən görkəmli publisist, teatrşünas, salnaməçi, 1950-ci ildən Azərbaycan Yazıçılar İttifaqının üzvü, Əməkdar mədəniyyət işçisi, çoxsaylı mükafatların laureatı olmuş Qulam Məmmədlinin evinə gedəndə onun hələ cəmi 94 yaşı var idi. Təxminən qırx il dostluq və əməkdaşlıq etdiyimiz Tofiq Bakıxanov isə üç-dörd gündən sonra 95 yaşı tamamlayır. Ustadı təbrik edirəm. 

Tofiq müəllim haqqında – daha doğrusu, onun özü, atası – görkəmli tarzən Əhməd Bakıxanov, babası – böyük mütəfəkkir Abbasqulu Ağa Bakıxanov haqqında çox yazmışam. Hətta birlikdə bir neçə kitab da ərsəyə gətirmişik. Onun milli mədəniyyətimizin qarşısındakı məsuliyyəti, ömrü boyu təmənnasız olması barədə dəfələrlə söz açmışam. Odur ki, bu sətirlərdə daha onun yaradıcılığı və ya fərdi keyfiyyətləri barədə söz açmaq istəmir, şahidi olduğum bir neçə xatirəni qələmə alıram.

Xocalı soyqırımını Xorasanda andıq

.. 1997-ci ilin fevral ayı idi. İran İslam Respublikasının Azərbaycandakı səfirliyi bir qrup şəhid ailəsi təmsilçisini, Qarabağ əlilini və tanınmış ziyalılardan beş-on nəfəri Məşhəd ziyarətinə göndərmişdi. Tofiq Bakıxanov da həmin beş-on ziyalının sırasında idi. Tədbiri işıqlandırmaq üçün dörd nəfər mətbuat təmsilçisi də siyahıya daxil edilmişdi. Dörd avtobus adam idik.

Təşkilatçılar bildirdilər ki, Məşhəd yaxınlığındakı bir ordugahda (onlar zəvvarlar üçün yaradılmış düşərgəyə ordugah deyirlər) gecələyəcək, səhər tezdən isə ziyarətə gedəcəyik. Axşam yeməyindən sonra Tofiq müəllim mənim qapımı döydü: – İttifaq bey (bəy demək istəyirdi) bu gün ayın neçəsidir? Dedim: – 26-sı. Bir də soruşdu: – Bu gün nə günüdür? Dedim: – Şənbə. 

– A kişi yox ey, bu gün Xocalı soyqırımı günüdür. Yığışaq həyətə, sənin radiodan təcrübən var. Çıxış elə, Xocalı barədə danış. 

Mən razılaşdım. Rəhmətlik Baba Pünhan və jurnalist Əzizağa Elsevər yol yoldaşlarımızı həyətə çağırdılar. Hamının həyətə çıxmasından şübhələnən polislər narahat oldular. Daha doğrusu, tədbirin baş tutmasına mane olmaq istədilər. Tofiq müəllim özünü qabağa verdi. Onun İranda da tanınması, ad-sanı və xüsusilə döşündəki orden–medallar bizə Xocalı faciəsini Xorasanda da anmaq imkanı verdi. Yeri gəlmişkən, mənim çıxışımdan sonra Baba Pünhan da erməni işğalı mövzusunda olan şeir oxumuşdu.

“Təbriz”dən Araza baxırdı ustad...

Azərbaycan Prezidenti İlham Əliyevin “Abbasqulu ağa Bakıxanovun 220 illik yubileyinin keçirilməsi haqqında” 12 fevral 2014-cü il tarixli Sərəncamından sonra yubiley tədbirlərindən biri də Naxçıvanda keçirilirdi. Həmin ilin avqustunda Naxçıvana Tofiq müəllimin ailə üzvləri, professor Ağaverdi Paşayev və mən getmişdik (həmin səfər barədə ətraflı təəssüratlarım “Xalq qəzeti”nin 10 avqust 2014-cü il sayında verilmişdi. Orada yazılırdı: “ ... Naxçıvan şəhəri, ilıq yay səhəri, “Təbriz” mehmanxanasının 13-cü mərtəbəsindəki yeməkxana. Görkəmli Azərbaycan ziyalılarından olan Tofiq Bakıxanovla üzbəüz əyləşib səhər yeməyi gözləyirik. Bir neçə dəqiqədən sonra iki gənc – bir oğlan, bir qız yemək məcməyiləri ilə gəlirlər. Qız xeyli aralıda dayanır. Oğlan əlindəki məcməyidə olanları süfrəyə düzəndən sonra ehtiramla geri çəkilir və ...qızın əlindəki məcməyini alır.

Çöhrəsindən abır-həya, ailə tərbiyəsi süzülən qız ehtiram əlaməti olaraq bizə – biri 60-ı, o biri isə 80-i geridə qoymuş qonaqlara yaxın gəlmir. Sonra növbəti təamlar gətirilir və həmin qayda təkrar olunur… bu mənzərə beynimdə təxminən əlli il əvvəlki xatirələri canlandırır. Bizim 8-10 yaşımız olanda anam evə gələn qonağın qabağına yemək aparmaz, əlindəki tabağı qapıya qədər gətirib ya bizə, ya da atama verərdi... 

Ani olaraq atalı-analı günlərimin xatirələrinə qovuşuram və Tofiq müəllimin pəncərədən baxaraq xidmətçi oğlandan soruşduğu “Bu, hansı göldür?” – sualıyla yenidən “süfrəyə qayıdıram”. 

– Bu, göl deyil, Araz çayıdır. Burada qabağına bənd vurulub deyə, göl kimi görünür, – deyə oğlan cavab verir.

Tofiq müəllimin Araza baxıb hansı hissləri keçirdiyini bilmirəm. Amma o yadımdadır ki, həmişə Arazdan o biri taya baxan ağsaqqalın həmin məqamı olduqca maraqlı idi: “Təbriz”dən Araza baxırdı ustad.

Abbasqulu ağanın yadigarı

Abbasqulu Ağa Bakıxanovun yubileylərindən hansındasa böyük bir qrupla Qubaya – böyük mütəfəkkirin Amsar kəndindəki ev–muzeyinə getmişdik. Qonaqlardan bəziləri həyətdəki ağaclardan gilas yeyirdilər. Mən isə muzeyi namünasib gündə görəndən sonra dilxor olub bir kənarda dayanmışdım. 

Əhvalımın xoşa gəlmədiyini sezən Tofiq müəllim vəziyyəti bir az “düzəltməyə” çalışdı: “İttifaq bəy, get sən də gilas ye. Amsar gilası Bakıda tapılmaz. Abbasqulu ağanın özünün əkdiyi ağaclardır”. 

O, dedi, mən isə gilas yesəm də, ustadın sözünə inanmadım. Çünki gilas ağacının iki yüz ildən çox yaşaya biləcəyi inandırıcı deyildi.

Bilgəhdə görüş Bir gün eşitdim ki, Tofiq müəllim Bilgəhdə – Kardioloji sanatoriyada müalicə olunur. İşdən çıxan kimi evə – Müşfiqabada qayıtmadan yay mer-meyvələrindən, yer-yemişdən ibarət bazarlıq edərək, təxminən, on kiloqramlıq zənbillə Bilgəhə – Tofiq müəllimin yanına getdim. Xeyli söhbət elədik (sanatoriyada da stolunun üstündə kitab, dəftər, qələm var idi). 

Mən durub getmək istəyəndə əvvəlcə xahiş elədi ki, burada mənim heç nəyə ehtiyacım yoxdur, üstəlik, hər gün evdən yanıma gələn olur. Ona görə də gətirdiyin zənbili də götür. Yəni apardığım şeyləri qəbul etmək istəmədi. O, qəbul etmək istəmədi, mən isə geri götürməkdən utandım. Sonra tələb elədi. Hər halda, ikimiz də dirəşdik. Axırda o qalib gəldi. 

Mən yayın istisində Bülbül prospektindən Bilgəhə apardığım həmin ağır zənbili oradan da Müşfiqabada aparmalı oldum. 

95 yaşın mübarək, ustad! Daha yüzə nə qaldı ki? Allah qalan yolu da asan eləsin!

İttifaq MİRZƏBƏYLİ, 

Əməkdar jurnalist

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:282
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 29 Noyabr 2025 14:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see301

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see290

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see287

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see257

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see243

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see240

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see234

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see230

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see222

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see220

İcbari tibbi sığorta ilə bağlı şad xəbər...

06 Noyabr 2026 22:30see213

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see212

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see209

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see208

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see203

Qadınlar niyə 40 yaşından sonra daimi yorğunluq hiss edirlər?

06 Noyabr 2026 21:51see202

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see201

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see198

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see195

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri