Nazir: Azərbaycan mövcud avtobus parkını genişləndirməyi və 2030cu ilə qədər tamamilə elektrikləşdirməyi planlaşdırır
Operativmedia saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Azərbaycan mövcud avtobus parkını genişləndirməyi və 2030-cu ilə qədər tamamilə elektrikləşdirməyi planlaşdırır.
"Operativ Media" xəbər verir ki, bu barədə Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "Şəhər nəqliyyatının yaşıllaşdırılması" mövzusunda keçirilən yüksək səviyyəli dəyirmi masada çıxışı zamanı bildirib.
"Azərbaycan mövcud avtobus parkını genişləndirməyi və 2030-cu ilə qədər tamamilə elektrikləşdirməyi planlaşdırır. Hərəkətlilik proqramı çərçivəsində bir neçə mərkəzi küçə avtomobillər üçün bağlanaraq yalnız piyadaların istifadəsinə verilib. Bundan əlavə, son illərdə hökumət ekoloji cəhətdən təhlükəsiz nəqliyyat vasitələrinin istifadəsini stimullaşdırmaq üçün ƏDV və gömrük rüsumlarından azadolma kimi tədbirlər tətbiq edib. Bu intensiv stimullar idxal olunan nəqliyyat vasitələri arasında elektrik və hibrid avtomobillərin payını demək olar ki, iki dəfə artıraraq, ümumi göstəricini 10,5 faizdən 20 faizə yaxınlaşdırıb", - deyə nazir bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 20 Noyabr 2024 12:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















