Icma.az
close
up
RU
Nazir Bakıda ələ keçirilən, Goranboyda izi itirilən şirkət maşını ilə bağlı göstəriş verdi Foto

Nazir Bakıda ələ keçirilən, Goranboyda izi itirilən şirkət maşını ilə bağlı göstəriş verdi Foto

Icma.az, Sitat.info saytına istinadən bildirir.

“Hörmətli cənab nazir Vilayət Eyvazovun qəbulunda oldum. Məni səbrlə dinlədi, şirkətimizə məxsus maşının ələ keçirilməsi ilə bağlı müvafiq araşdırmaların aparılması və nəticəsi barədə ona məruzə edilməsini tapşırdı. Bu gün artıq Gəncə Şəhər Polis İdarəsinə dəvət olunmuşam. İnanıram ki, cənab nazirin tapşırığından sonra tam və hərtərəfli qaydada araşdırılma aparılacaq, şirkətə məxsus olan, ələ keçirilən nəqliyyat vasitəsi bizə qaytarılacaq”
 Bu sözləri Sitat.info-ya “Fitstar Herbal Products” MMC-nin direktoru Firdovsi Vəliyev deyib.

O, keçmiş əməkdaşının MMC-yə məxsus “Mercedes-Benz” markalı, Az 77 AE 649 dövlət nömrə nişanlı avtomobili yoxa çıxarılmasından sonra çoxsaylı şikayətlər etdiyini, lakin aparılan araşdırmaların nəticəsiz olduğunu qeyd edib:
“Daxili işlər naziri Vilayət Eyvazovun bu işi nəzarətə götürməsi nəhayət ki, şirkətimizə məxsus “Mercedes-Benz” markalı, Az 77 AE 649 nömrə nişanlı avtomobilin tapılaraq geri qaytarılmasına yol açacağına inanıram. Şirkətə məxsus nəqliyyat vasitəsinin aşkarlanması, onu gizlədən şəxsin cəzalanması üçün təcili tədbirlər görüləcəyinə inamım var”. 


Firdovsi Vəliyev qeyd edib ki, direktoru olduğu şirkətin balansında olan nəqliyyat vasitəsi Goranboy rayon sakini Xəyyam Nəriman oğlu Rəhimov tərəfindən ələ keçirilib – faktiki olaraq oğurlanıb. Xəyyam Rəhimov şirkətə məxsus avtomobili saxta dövlət nömrə nişanı – Az 20 EU 594 nömrə bağlamaqla idarə edir. Sonuncu dəfə avtomobili 1 il əvvəl, 2024-cü ilin yanvarında Gəncə DYP əməkdaşları Xəyyam Rəhimov tərəfindən bu nömrə nişanı ilə idarə olunarkən saxlayıb. Gəncə Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis baş leytenantı Hüseynalı Məhərrəmov avtomobilə hal şahidlərinin müstəqil ekspertin iştirakı ilə baxış keçirib. Baxış zamanı müəyyən olunub ki, Xəyyam Rəhimov şirkətə məxsus “Mercedes-Benz” markalı, Az 77 AE 649 dövlət nömrə nişanlı avtomobilə saxta dövlət nömrə nişanı – Az 20 EU 594 nömrə bağlamaqla idarə edir. Cinayətə bərabər saxtakarlıq aşkar olunması ilkin baxış protokolunda qeyd olunub. Saxtakarlıq üzə çıxandan sonra təhqiqatçı Hüseynalı Məhərrəmov məhkəmə ekspertizası təyin edib. Təhqiqatçı ekspertin avtomobilə baxışı zamanı Firdovsi Vəliyevin iştirakını təmin etməyib: “Baxmayaraq ki, bunu ondan dönə-dönə xahiş edirdim. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti Ayaz mənim iştirakım olmadan avtomobilə baxış keçirib və saxta rəy verib. Mən əminliklə deyirəm ki, bu rəy saxtalaşdırılıb. Nəticədə “Mercedes-Benz” markalı, Az 77 AE 649 dövlət nömrə nişanlı avtomobilin geri qaytarılmasını təmin olunmadı”.


 Yazıda adı hallanan hər kəsi dinləməyə hazırıq.

Sitat.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://sitat.info
archiveBu xəbər 10 Fevral 2025 14:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see342

“Hər bir Azərbaycan vətəndaşına ildə 5 kq palma yağı yedizdirilir...”

03 Yanvar 2026 12:48see246

Enso Mareskanın Çelsi dən ayrılmasının səbəbi bəlli olub

03 Yanvar 2026 09:44see217

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see208

İranın silahlı qüvvələri hara zərbə endirəcəklərini dəqiq bilirlər Abbas Əraqçi

03 Yanvar 2026 10:23see202

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see186

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see175

Bakıya bu tarixdə qar yağacaq Dəqiq gün AÇIQLANDI

04 Yanvar 2026 06:07see158

İlham Yadullayev: Çalışacağıq ki, komandaya yeni futbolçular dəvət edək

03 Yanvar 2026 13:04see156

Nofəl Şahlaroğlu: Pula görə etdiyimi görsən, ürəyin bulanar

03 Yanvar 2026 23:35see156

Ukraynada kadr islahatlarının gerçək səbəbi: Zelenskinin yeni hərbi siyasi strategiyası

03 Yanvar 2026 22:08see144

Qarabağ Antalyada Özbəkistan və Polşa klubları ilə qarşılaşacaq

03 Yanvar 2026 23:33see141

Bu gün Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramıdır

04 Yanvar 2026 05:26see139

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see139

Zelenski Trampla görüşəcək

04 Yanvar 2026 00:10see139

“Temu” Azərbaycan bazarından “çıxarılır”?

03 Yanvar 2026 17:38see135

Maduro Nyu Yorka gətirilib Fotolar

04 Yanvar 2026 09:15see133

Ekspertlər ən etibarlı 10 krossoveri açıqladı SİYAHI

04 Yanvar 2026 00:03see132

“Dünya Bankı Azərbaycanda bank reallığını səhv ölçür” Əkrəm Həsənov

03 Yanvar 2026 17:39see129

2026 da işləri “yağ kimi” gedəcək 5 BÜRC KONKRET

04 Yanvar 2026 10:01see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri