Icma.az
close
up
RU
Nazir: Bərpa olunan enerji layihələri üçün bütün imkanımızı səfərbər etmişik Xəbər saytı Son xəbərlər və Hadisələr

Nazir: Bərpa olunan enerji layihələri üçün bütün imkanımızı səfərbər etmişik Xəbər saytı Son xəbərlər və Hadisələr

Icma.az, Baku.ws portalına istinadən məlumat yayır.

Azərbaycan bərpa olunan enerji resursları üzrə konkret layihələrin qısa müddətdə həyata keçirilməsi üçün bütün imkanlarını səfərbər edib.

BAKU.WS xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində təşkil olunmuş "Nüvə enerjisi də daxil olmaqla aşağı karbon texnologiyasının maliyyələşdirilməsi" adlı tədbirdə deyib.

Azərbaycanın enerji ehtiyatları ilə zəngin ölkə olduğunu deyən nazir qeyd edib ki, ölkəmiz öz enerji ehtiyatlarını beynəlxalq bazara çıxarmaqda davam edir:

"Biz bərpa olunan enerji mənbələrinin inkişafı və istifadəsinə də çox diqqət yetirmişik. Biz 2030-cu ilə qədər enerji istehsalımızda bərpa olunan mənbələrin payının 30,5 %-ə çatdırmağı və bunu daha da artırmağı hədəfləyirik. Amma biz bununla kifayətlənməyəcəyik.

Biz bu fəaliyyətləri davam etdirmək və bərpa olunan enerji mənbələrimizdən daha çox istifadə etmək istəyirik. Çünki Xəzər dənizinin Azərbaycan sektorunda kifayət qədər çox alternativ enerji potensialımız var. Bütün bu resurslardan istifadə etməklə qlobal enerji təhlükəsizliyinə töhfə vermək istəyirik".

P. Şahbazov Azərbaycanın enerji sektorunda region ölkələri ilə əməkdaşlığına da toxunub: "Biz Avropa İttifaqına qədər uzanan "Yaşıl enerji dəhlizi" layihəsində iştirak edirik. Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında yaşıl enerji dəhlizləri ilə bağlı mühüm layihələrdə də iştirak edirik. Bu layihə ilə biz Azərbaycanı Mərkəzi Asiya ölkələri ilə birləşdirməyi hədəfləyirik. Bütün bu işlər enerji təhlükəsizliyi ilə yanaşı, enerji transformasiyasına da töhfə verəcək".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:53
embedMənbə:https://baku.ws
archiveBu xəbər 13 Noyabr 2024 18:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see204

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see191

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see167

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see167

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see153

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see143

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see143

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see141

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see140

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see138

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see137

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see136

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see134

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see130

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see129

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see127

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see127

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see124

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri