Icma.az
close
up
RU
Nazir də narazıdır

Nazir də narazıdır

Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.

“Azərbaycanda şagirdlərin təxminən üçdə biri funksional savadlılıq səviyyəsinə çatmır”.

Bunu elm və təhsil naziri Emin Əmrullayev bildirib. Nazir vurğulayıb ki, beynəlxalq qiymətləndirmələrin nəticələri ölkədə təhsilin əsas istiqamətlərinin gücləndirilməsinin vacibliyini göstərir:

"Statistik göstəricilər aydın göstərir ki, təxminən hər üç şagirddən biri minimal savadlılıq tələblərini ödəmir. Bu isə gələcəkdə innovasiya və sahibkarlıqdan danışmazdan əvvəl funksional savadlılığın təmin olunmasının əsas prioritet olduğunu göstərir". 

Bu gün ölkədə 4400 məktəb var və ümumi təhsil müəssisələrində çalışan müəllimlərin sayı 143 min nəfərdir. Ümumilikdə isə təhsil icbaridir. Orta məktəblərdə hər üç şagirddən birinin minimal savadlılıq tələbini ödəməməsi nə ilə bağlıdır? Tədrisin səviyyəsi aşağıdır, yoxsa şagirdlər üçün məktəb təhsili yalnız ali məktəbə qəbul üçün trampilindir? 

Məsələ ilə bağlı təhsil üzrə ekspert Məzahir Məmmədli “Cümhuriyət” -ə bildirib ki, bu gün ölkədə bütün uğurlar və uğursuzluqlar məhz məktəbin adı ilə bağlıdır:

“Yəni əgər orada bir uğur varsa, bu, məktəb rəhbərliyinin, kollektivin əzmi sayəsində olub. Uğursuzluq varsa, deməli, idarə edənlərin, təhsilverənlərin savadsızlığı və yaxud da zəif idarəsi ucbatından baş verir. Ölkədə təhsil sisteminin ədalətlilik məsələsinə gəldikdə, burada fikirlər dəyişə bilir. Belə ki, “Bütün şagirdlərə eyni tədrisi, təhsili verə bilirikmi?” baxışından yanaşanda, burada bir qədər düzgün bölgü getmədiyini görürük.

Məsələn, məktəblərə son 10-15 ildir ki, müəllimləri işə yeni qaydalarla götürürük. Təəssüflər olsun ki, rayon yerləri, ucqarlara zəif nəticə göstərən müəllimlər gedir və vakansiyaları onlar təmin edirlər. Əlbəttə ki, orada nəticələr zəif olacaq. O şagirdin oxuma, anlama qabiliyyəti də zəif olacaq.

Çünki tədrisin keyfiyyəti aşağıdır. Ona görə ki, orada keçid balını təmin etmiş müəllim dərs deyir. Ancaq mərkəzi şəhərlərdə müəllimlərin işə qəbulu (MİQ) imtahanında sualların 90 faizinə cavab vermiş müəllimlər iştirak edir. Bu baxımdan, burada ədalət prinsipi müəyyən qədər pozulur. Yəni tədrisə eyni cür yanaşma yoxdur. Ucqarlarda şagirdlər bir başqa cür təlim görürlər, bəzən elə ənənəvi təhsil alırlar.

Yəni onlar kuruklumdan yararlana bilmirlər. Çünki yaşı 40-dan artıq olan müəllimlər dərsi ənənəvi qaydada aparırlar. Ancaq 10 ildən artıqdır ki, təsdiq edilmiş kurukumla yanaşsalar, nəticələr fərqli olar. Ona görə də nəticələri analiz etdikdə ürəkaçan mənzərə ortaya çıxmır”. 

Ekspert deyir ki, ümumiyyətlə, tədrislə məşğul olanların bir nəsil dəyişməyənə qədər şagirdlər bu əziyyəti çəkəcəklər:

“Biz kuriklum sisteminə qoşulandan sonra müəllimləri təlimlərə cəlb etdik ki, bu sistemə uyğunlaşdıraq. Həmin dövrdə birbaşa kuriklum sistemini keçən müəllimlər artıq yenilikçi, bir qədər islahatçıdırlar. Bu, onların tədris keçdiyi siniflərdə, qəbul prosesində də hiss olunur. Problem odur ki, uzun illərdir yaşı 65-ə çatan müəllimlər tədrisi hələ müasir standartlara uyğun tətbiq edə bilmirlər.

Onların savadlarına şübhə yoxdur. Ancaq indi ümumi yanaşma dəyişib. Bizim zamanımızda internet, smart telefonlar yox idi. İndi xüsusilə də yuxarı sinif şagirdləri artıq müəllimi qabaqlaya biliblər. Şagirdin müəyyən informasiyalarla əldə etdiyi biliyi, bacarığı müəllim hələ mənimsəməyib. Bu problemimiz də var.

Bəzən belə fikirlər səslənir ki, şagirdlərə telefonları birmənalı qadağan etmək lazımdır. Mən düşünürəm ki, dərs müddətində bəlkə qadağan etmək olar. Ancaq ümumilikdə məktəb həyatından silmək əvəzinə, ondan düzgün istifadəyə sövq etsələr, daha yaxşı olar.

Ona görə məktəblərdə tədrisi yeni standartlara uyğun tam təmin edə bilsək, o zaman nəticə əldə edəcəyik. Həm oxuyub anlama nəticəsini, həm də tədrisə, fənnə yanaşmanı təmin edə biləcəyik”.

Ekspertin sözlərinə görə, tədris birbaşa ali məktəblərə qəbula köklənib, qəbula hesablanıb:

“Yəni artıq nəticəyönümlü yox, qəbula hazırlaşan abituriyentlər hazırlayırıq. Birbaşa qəbul hədəfdir və onu şablonlaşdırırıq. Digər fənnləri bir kənara qoyuruq, repetitor yanına getməsi buna kifayət edir. Ona görə də dünyagörüşündən daha çox geri qalır. Musiqini, təsviri sənəti, idmanı çalışırıq ki, ləğv edək. Uşaq bir sıra hisslərindən məhrum olur.

Ona görə də qəbul qaydalarını sadələşdirməliyik. Bölgələrdən olan şagirdlərin nəticələri həm də ona görə yaxşı deyil ki, böyük şəhərlərdə DİM-in özünün xüsusi dərs vəsaitləri var.

Hazırlıq keçən müəllimlər ümumtəhsil məktəblərdə Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş kitablardan dərs keçmirlər. Onlar birbaşa DİM-in dərs vəsaitlərindən istifadə edirlər. Ona görə də həmin vəsaitləri birbaşa kim əldə edə bilirsə, onlar yüksək nəticə göstərirlər. Ucqar yerlərdə zəhmətlə, əziyyətlə, gündəlik təsdiq olunmuş proqramı mənimsəmiş uşaqlar kənarda qalırlar. DİM-in resurslarından istifadə edənlər yüksək nəticə göstərə bilirlər”. 

Nigar Abdullayeva
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:193
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 03 Oktyabr 2025 13:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see314

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see256

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

14 Oktyabr 2026 18:54see242

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see231

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see228

Türkiyə və Azərbaycanın ortaq dil və ədəbiyyat irsi Bakıda bir araya gəldi

14 Oktyabr 2026 15:52see215

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see212

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

14 Oktyabr 2026 21:46see204

Bakı Beynəlxalq İnklüziv Məşğulluq Konfransına ev sahibliyi edəcək

14 Oktyabr 2026 10:04see192

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

14 Oktyabr 2026 23:05see188

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see187

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see185

Qvardiola Mançester Siti nin matçında

15 Oktyabr 2026 00:33see184

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

15 Oktyabr 2026 00:04see184

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib EKSKLÜZİV

14 Oktyabr 2026 17:59see183

Ankara və İrəvanın yeni məramları nədir?

14 Oktyabr 2026 18:43see182

Bakı Limanında konteyner daşımaları 30% artıb

14 Oktyabr 2026 10:04see172

OPEC+ ölkələrinin hasilat güclərinin qiymətləndirilməsi ilin sonuna hazır olacaq

14 Oktyabr 2026 17:16see171

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see167

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see152
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri