Icma.az
close
up
RU
Nazir Emin Əmirullayevə bir neçə sual

Nazir Emin Əmirullayevə bir neçə sual

Azpost saytından alınan məlumata görə, Icma.az bildirir.

Hörmətli Emin müəllim, Sizə bir neçə sualım var. Bunu zəruri edən məzunu olduğum Boradigah (Masallı) Nizami Gəncəvi adına 1 saylı orta məktəbin acınacaqlı durumu ilə bağlı bir qrup müəllim və valideynin cənab prezidentə və Sizə ünvanladığı müraciət, daha doğrusu, tabeçiliyinizdə olanların bu müraciətə verdikləri rəsmi cavabdır. Sözün açığı, prezidentə və nazirə ünvanlanan müraciətə belə səthi cavab məni xeyli təəccübləndirdi.

Səbəbini suallarımda yazacam.

Öncə Sizi müraciətin yığcam mətni ilə tanış edim. Müraciət iki hissədən ibarətdir. Müəlliflər öncə məktəbin qəzalı, acınacaqlı durumuna diqqət çəkərək, yazırlar ki, bu təhsil ocağı qəzalı, istliksiz və xəstəlik mənbəyidir. Artıq bir hissəsi uçurulan məktəbdə vəhşi heyvanlar yuva qurub. İkinci hissədəki narazılıq direktor təyinatı ilə bağlıdır. Müəlliflər kollektivdə imtahan nəticələri yüksək olan bir neçə müəllimin və təcrübəli direktor müavinləri olduğu halda məktəbin rəhbərliyinin qonşu kəndin məktəbinin direktoruna həvalə edilməsinə etiraz edirlər. Müraciət kifayət qədər haqlıdır. Çünki şərəfli, fəxr ediləsi tarixi olan məktəb belə qeyri- ciddi münasibəti haqq etmir.

Hörmətli Emin müəllim, 100 ildən artıq yaşı olan Boradigah məktəbi təkcə bir qəsəbənin yox, bütün bölgənin təhsil həyatında böyük rol oynayıb. Hələ 1932-ci ildə keçirilən müsabiqədə ölkədə nümunə sayılan məktəblər sırasında olub. 1936-cı ildə Mirzə Ələkbər Sabirin ölümünün 25 illiyini yüksək səviyyədə keçirdiyinə görə rəsmi qaydada ölkə məktəblərinə nümunə göstərilib. 1938-ci ildə 830 şagirdi olan bu məktəb dövrünə görə ən müasir tələblərə cavab verən 3 orta məktəbdən biri olub. 1944-cü ildə  Boradigah məktəbi yanında  100 kimsəsiz uşağa təhsil verən internat məktəbi yaradılıb. Hələ 1958-ci ildə bu pedaqoji kollektivdə “Əməkdar müəllim” (Qayda Məmməfova) , SSRi Ali Sovetinin fəxri fərmanına layiq görülən ( Xanəli Zülfüqarov,  Saleh Zeynalov), “Qabaqcıl  maarif xadimi” (Əliniyaz Məmmədov) pedaqoqlar çalışıb. 1947-ci ildə Nizami Gəncəvinin 800 illiyini yüksək səviyyədə keçirdiyinə görə həmin ildən bu məktəb böyük şairin adını daşımaqla şərəfləndirilib. 1959-cu ildə şəraiti və kadr potensialına görə bu məktəbə istehsalat təhsili verən politexnik məktəb statusu verilib.

Ölkədə təhsilin və elmin inkişafında böyük xidmətləri olan  AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Fizika -riyaziyyat  elmlər doktoru Bahadur Tağıyev, əməkdar elm xadimi, əməkdar həkim Əli Bağırov, fizika-riyaziyyat elmləri doktoru, professor Vaqif Nəsir, orta məktəblərdə tədris edilən ingilis dili dərsliyinin müəllifi Sahib Məcidov və dövlət qarşısında böyük xidmətlərdən dolayı xeyli elmi, fəxri adlar daşıyan insanlar Boradigah məktəbinin məzunlarıdır.

Hörmətli nazir, bunları ona görə xatırlatdım ki, tabeliyinizdə olan Lənkəran-Astara regionlal təhsil idarəsinin cənab prezidentə və sizə ünvanlanan müraciətə qeyri- ciddi münasibət göstərməsinə Siz də əmin olasınız.

İndi keçək, müracətə verilən cavablara və Sizə ünvanladığım sualllara. Tabeçiliyinizdəki işçilər müraciətə cavablarında məktəbin qəzalı olduğunu təsdiqləyir və növbəlilik əsasında nə vaxtsa təmir olunacağını qeyd edərək, gözləməyi məsləhət bilirlər. Ancaq bu qəzalı vəziyyət, göbələk xəstəliyi mənbəyi olan kifli divarlar, məktəbdə yuva salan heyvanlar nə vaxta qədər zərərsiz olacaq, ciddi problemlər yaratmayacaq, bunu heç kim bilmir. 1974-cü ildə ən müasir istilik sistemi ilə təchiz olunan məktəb 50 il sonra odunla, hər an yanğın təhlükəsi olan qızdırıcılarla isidilir. Bundan xəbəriniz varmı?

İşçilərinizin direktor təyinatına verdikləri cavab da çox gülüncdür. Çünki bu cavab  təhsil sahəsində mövcud qaydaları və regionlarda təhsilin və pedaqoji kadrların səviyyəsi ilə bağlı vermiş olduğunuz raportları çox böyük sual altına alır.

Təhsil idarəsi yazır: “ Nizami Gəncəvi adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru 27 avqust 2025-ci il tarixindən etibarən başqa işə keçməsi ilə əlaqədar olaraq tutduğu vəzifədən öz istəyi ilə azad olunub. Sözügedən məktəbin idarə olunmasında fasiləsizliyin təmin olunması məqsədilə direktor vəzifəsinin icrası müvəqqəti olaraq Hişkədərə kənd tam orta məktəbinin direktoru, təcrübəli pedaqoq və uzun illər idarəçilik təcrübəsi olan İlham Ağayevə həvalə edilib. Qeyd olunan dəyişiklik təhsil prosesinin daha səmərəli təşkili və məktəbdə idarəetmənin təkmilləşdirilməsi məqsədini daşıyır”.

Hörmətli Emin müəllim, işçiləriniz qaş düzəltdikləri yerdə gözü də çıxarıblar. Mənim İlham Ağayevin pedaqoji biliyinə, bacarığına şübhəm yoxdur. Bunu dartışmaq niyyətindən də uzağam. Qiyabi də olsa, onu təcrübəli müəllim kimi tanıyıram. Fəqət, son illər tətbiq olunan qaydalar işçilərinizin mövcud qanunların sərhəddini xeyli pozduğunu göstərir.

Sualım belədir, cənab nazir: Necə olur ki, bir başqasının yaşı 65-i ötdüyündə, təqaüdə göndərilməsi vacib olur, digəri eyni zamanda bir- birindən kilometrlərlə aralıdakı iki məktəbə rəhbərlik edir?

Burada  “səmərəlilik, təkmilləşdirmə”  meyarı nədir?  Nə ilə ölçülür? Ortada bir narazılıq və budan doğan şikayət var. Ancaq Sizin regionun təhsilini etibar etdiyiniz məmurlar onları çağırıb dinləmək, araşdırmaq yerinə kollektivin qürurunu aşağılayacaq səviyyədə başdansovdu bir cavab yazmaqla kifayətlənirlər? Əgər bir kollektivdə direktoru müvəqqəti əvəz edəcək biri yoxdursa, yaxud, işçiləriniz onu tanımırsa, demək, səmərəli işləməyən, yerində olmayan onlardır, məktəb kollektivi yox. Səhv edirəmsə, bu məktəbdən hər il ali məktəblərə yüksək balla qəbul olunanları kimlər hazırlayır?

Hörmətli Emin müəllim, Sizdən bu müracətə yenidən baxmağı və göndərildiyi ünvanlara layiq səviyyədə müdaxilə etmənizi xahiş edirəm.

Sücəddin Şərifov

AzPost.az

Paylaş

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:205
embedMənbə:https://azpost.info
archiveBu xəbər 26 Oktyabr 2025 18:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see466

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see349

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see267

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see259

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see248

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see229

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see221

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see217

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see209

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see199

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see198

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see197

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see197

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see193

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see192

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see186

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see172

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see168

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see166

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri