Bir neçə universitetimiz TOP siyahıya düşüb Emin Əmrullayev
Icma.az, Unikal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Azərbaycanın ali təhsil müəssisələri son illər reytinqlərdə öz yerlərini yaxşılaşdırıblar.
"Unikal" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev AZCON Mühəndislik və Texnologiya Məktəbinin təqdimatına həsr olunan mətbuat konfransında deyib.
Nazir bildirib ki, istər əmək bazarı göstəriciləri, istər dövlət göstəriciləri üzrə artıq bir neçə universitetimiz TOP siyahıya düşüb: “Amma bu, hələ azdır. Son illərdə Azərbaycanın bir çox böyük müəssisələri, xüsusilə sənaye müəssisələri istedad axtarışındadır. Onlar da ali təhsil müəssisələrinin məzunlarına və ümumiyyətlə innovasiya sahəsində kadr potensialının üzə çıxarılmasına böyük diqqət ayırırlar.
Biz xaricdə təhsil proqramlarından istifadə edirik, azərbaycanlıları xarici universitetlərə göndəririk. Artıq bir neçə ildir ki, dünyanın aparıcı universitetlərinin Azərbaycan universitetləri ilə birlikdə ikili diplom və ya əməkdaşlıq çərçivəsində belə bir modelindən istifadə olunur”.
Baxış sayı:134
Bu xəbər 14 May 2026 10:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















